Rusiyada keçirilən məclislərdən birində maraqlı hadisə yaşanıb.
ZamanTV.az xəbər verir ki, azərbaycanlıların və ermənilərin iştirak etdiyi mərasimdə əvvəl ermənilər öz mahnılarını sifariş edərək onun sədaları altında rəqs ediblər.
Azərbaycanlı xanım isə erməniləri qıcıqlandıracaq addım atıb. O, qəfil erməni mahnısını dayandırıb və "Yaşa Azərbaycan" adlı mahnını sifariş edib. Xanımlar bu mahnıya uzun müddət rəqs ediblər.
Lentə alınan video minlərlə izləyici olan səhifələrdə paylaşılıb. "Instagram", "Tiktok", "Facebook" kimi sosial şəbəkələrdə trendə çevrilib.
Qeyd edək ki, videoda səsləndirilən kompozisiya müğənni Nurlan Ordubadlının mahnısıdır. Həmin ifa II Qarabağ müharibəsi zamanı təqdim edilib və populyarlaşıb.
Zamantv.az