Bakıda “WhatsApp” cinayəti - Anasına nalayiq mesaj yazdığına görə ... - VİDEO

11:24 4.01.2021 370
Bakıda “WhatsApp” cinayəti - Anasına nalayiq mesaj yazdığına görə ... - VİDEO
2019-cu il dekabrın 20-i gecə saat 3 radələrində 3 saylı şəhər klinik xəstəxanasına (ŞKX)-dan çoxsaylı bıçaq xəsarətləri ilə kişi cinsli şəxsin daxil olması barədə Xəzər RPİ 3-PB-nə məlumat verilib.

Zamantv.az BAKU.TV-yə istindən xəbər verir ki, xəstəxanaya yollanan polis əməkdaşları yaralanan Şahin Yusifovun yanına gələn Binə qəsəbə sakini Sevinc İmaməliyevanı araşdırma üçün bölməyə dəvət ediblər. Qadın bildirib ki, həmin şəxsin oğlu Murad İmaməliyev bıçaqlayıb. Hadisə Ə.İsazadə küçəsi, ev 1, mənzil 26-da
baş verib.

Xəzər RPİ İstintaq şöbəsində faktla əlaqədar cinayət işi başlanılıb, günorta saatlarında Murad İmaməliyev (2000-ci il təv.) zəng edib, könüllü şəkildə olduğu yeri polis əməkdaşına bildirərək, təslim olub.

DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnaməyə görə, o, Xəzər rayon məhkəməsinin
9 aprel 2019-cu il tarixli hökmü ilə CM-nin 177-ci (oğurluq) maddəsi ilə 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.

İstintaqla müəyyən edilib ki, dekabrın 19-da Murad İmaməliyev yaşadığı evdə anasına məxsus mobil telefonda müxtəlif videolara baxıb, asudə vaxtını keçirərkən qadının iş yoldaşı Şahin Yusifovdan “WhatsApp” proqramına mesaj gəldiyini görüb.

Həmin proqrama daxil olub, sonuncunun anasına qarşı nalayiq ifadələr işlətməsini görüb, bundan qəzəblənərək qisas almaq üçün əlverişli məqam gözləyib.

Dekabrın 20-i gecə saat 1 radələrində mətbəxdən götürdüyü məişət təyinatlı bıçağla silahlanıb, Yusifovun qaldığı otağa daxil olub. İşıqların söndüyünü görüb, müqavimət göstərmək iqtidarında olmamasına əmin olub və bıçaqla ona 13 dəfə zərbə vurub.

Həmin vaxt anası və qardaşı otağa daxil olaraq ona mane olduğundan, həmçinin Şahin Yusifov xəstəxanaya çatdırılaraq, həyatı xilas edildiyindən İmaməliyev niyyətini başa çatdıra bilməyib.

Cinayət işi istintaqın davam etdirilməsindən ötrü Xəzər rayon prokurorluğuna göndərilib.

İş üzrə dindirilmiş Murad İmaməliyev bildirib ki, Şahin Yusifov anasının işlədiyi şirkətdə işləyib.

Bildiyinə görə, Şahin Biləsuvar rayonunda yaşayıb, 2019-cu ilin iyun ayından Bakıya gəldiyi vaxtlar bir neçə dəfə onların evində qalıb. Gecələr o və anası bir otaqda, Şahin və qardaşı digər otaqda yatıblar. Mobil telefon işlətmədiyindən, lazım olduqda anasının telefonundan istifadə edib.

Dekabrın 19-u saat 23 radələrində anasının telefonunu götürüb internetdə müxtəlif videolara baxarkən, “WhatsApp“ proqramına ismarıc göndərilib. Şahinin anasına nalayiq sözlər yazdığını görüb.

Çox əsəbləşsə də, bu haqda anasına bir söz deməyib. Yusifovun Əmircan qəsəbəsində, kirayə evdə qaldığını bildiyi üçün, ora gedib, onu cəzalandırmağı düşünüb.

Həyətə düşüb, artıq evdən çıxmağa hazırlaşarkən anası ona getməməyini və Şahinin gəlib onlarda qalacağını deyib. Bir müddətdən sonra qardaşı, gecə saat 1 radələrində isə Şahin onlara gəlib.

Anası və qardaşı yatmağa hazırlaşıblar. Yusifov keçib, digər otaqda uzanıb. O, əlində mətbəx bıçağı ilə onun olduğu otağa girərək, qapını örtüb, ancaq açarla bağlamayıb.

Şahindən, anasına niyə təhqiredici sözlər yazdığını soruşanda, o özünə bəraət qazandırıb, yerindən ayağa qalxmaq istəyib. Bu vaxt onun boyununa və bədənin digər nahiyələrinə zərbələr vurub.

Şahin zərbələrdən qabağa doğru əyildikdə, kürəyinə də bir neçə zərbə endirib. Səs-küyə otağa anası ilə qardaşı gəlib, nə baş verdiyini soruşanda, Şahinin təhqiredici mesajlar yazdığını bildirib.

Yusifovun huşu özündə olub, otaqda dayanıb, artıq onu vurmamağını xahiş edib. O, bıçağı otağa qoyaraq, evdən çıxıb, səhərə kimi “Neftçilər” metrosunun yaxınlığında olub.

Səhər, saat 15 radələrində taksofondan zəng edib, Şahinin vəziyyətini soruşanda anası polis bölməsində olduğunu deyib.

Bundan sonra telefonu polis əməkdaşı götürərək, harda olması ilə maraqlanıb və qaçmağın mənasız olduğunu bildirib. O da, Nizami rayon İcra Hakimiyyətinin yanında olduğunu və onları gözlədiyini söyləyib.

Bir müddət sonra polis əməkdaşı gəlib onu Xəzər RPİ 3-cü PB-nə aparıb.

Məhkəmə Murad İmaməliyevə təqsirli bilindiyi CM-nin 29, 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürməyə cəhd) maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni hesab edib.

Baki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.İmaməliyev 11 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO