Poçt göyərçini 1 milyon 600 min avroya satılıb
"New Kim" adlı poçt göyərçini Belçikada keçirilən hərracda 1 milyon 600 min avroya satılıb.
Bu, Avropada indiyə qədər Avropada ən yüksək qiymətə satılan göyərçindir.
Belçikanın Brugge şəhərinin yaxınlığındakı Knesselare qəsəbəsində keçirilən onlayn hərracda belçikalı poçt göyərçini çinli bir göyərçin pərəstişkarı tərəfindən alınıb.
Belçikalı poçt göyərçini eyni zamanda ən yüksək qiymətə satılan dişi olma xüsusiyyəti də daşıyır.
"New Kim" təhvil vermə prosesi başa çatana qədər oğurlanma təhlükəsinə qarşı gizli bir yerdə saxlanır.
Poçt göyərçini Çinə getdikdən sonra geri Belçikaya uçmaması üçün xüsusi bir ərazidə olacaq.
Zamantv.az