[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Psaki: “ABŞ Ukraynanın güclənməsi üçün hər şeyi edir”
Vaşinqton Ukraynanın hərbi potensialının güclənməsi və Kiyevin danışıqlarda mövqeyinin möhkəmlənməsi üçün mümkün olan hər şeyi edir.

Zamantv.az xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Cen Psaki məlumat verib.

“Dediyimiz kimi, biz Ukraynanın qələbəsini istəyirik. Biz mümkün olan hər şeyi edəcəyik ki, Ukrayna öz suverenliyini və ərazi bütövlüyünü müdafiə edə bilsin, Kiyevin danışıqlarda mövqeyinin möhkəmlənsin” – deyə Psaki bildirib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
 KİV : ABŞ Kiyevə döyüş meydanından məlumat ötürübABŞ-ın yüksək vəzifəli şəxsləri etiraf edirlər ki, Vaşinqton Rusiya hərbçilərinin ölümünə dair kəşfiyyat məlumatlarını Ukrayna tərəfə ötürüb.

Zamantv.az xəbər verir ki, bu barədə New York Times öz mənbələrinə istinadla məlumat yayıb. Nəşr yazır ki, döyüş meydanından əldə edilən məlumatlar real vaxt rejimində ötürülüb. Ötürülən informasiyalar arasında rus qoşunlarının hərəkəti də yer alır.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kosmosa bir dəfəyə 8 peyk qaldırıldı
Çinin Long March-2D da-şıyıcı raketi 8 zondlama peykini orbitə qaldırıb.

Lent.az xəbər verir ki, bu barədə Çinin Kosmik elm və Texnika Korporasiyası məlumat verib.

Buraxılış səhər saatlarında Çanye kosmodromundan həyata keçirilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda ana 2 uşağını atıb qaçdı
Azərbaycanda ana uşaqlarını sığınacağın qapısına ataraq qaçıb.

Zamantv.az xəbər verir ki, bu barədə məlumatı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova yayıb. O bildirib ki, ana böyük qızını da evdən qovub:

“Ana 2 azyaşlı körpəsini sığınacağın qapısına qoyaraq qaçıb. Uşaqlar baxımsız və ayaqyalın vəziyyətdədirlər. Hazırda uşaqları yemək və isti yerlə təmin edib cimizdirdik. Onu da qeyd edim ki, ana böyük qızını da evdən qovub və aylardır böyük qızı sığınacağımızda qalır”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda AĞIR QƏZA - 2 ÖLÜ - YENİLƏNİB
Şəmkirdə baş verən qəzanın təfərrüatları məlum olub.

Zamantv.az-ın APA-ya istinadla məlumatına görə, rayon sakini T.Cəfərovun idarə etdiyi “Schacman” markalı yük avtomobili hərəkətdə olarkən əyləc sistemi sıradan çıxıb və o qarşıda gedən digər yük avtomobilinə çırpılıb. Hadisə nəticəsində hər 2 avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı 2 nəfər ölüb. Hadisəyə səbəb kimi Cəfərovun idarə etdiyi avtomobilin əyləcinin imtina etməsi göstərilir.
Şəmkirdə ağır yol qəzası baş verib.

Zamantv.az APA-ya istinadən xəbər verir ki, hərəkətdə olan iki yük maşını toqquşub.

Qəza zamanı 1984-cü il təvəllüdlü Asif Əliyev və Möhübbət Kazımov ölüb. 1990-cı il təvəllüdlü Tural Cəfərov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dnepr raket atəşinə tutuldu
Ukraynanın Dnepr şəhəri raket hücumuna məruz qalıb.

Zamantv.az-ın UNİAN-a istinadla xəbərinə görə, bu barədə Dnepr şəhər meri Boris Filatov məlumat verib.

Raket zərbəsi nəticəsində dəmir yolu infrastrukturu zədələnib. Mer əhaliyə sığınacaqlarda qalmağı tövsiyə edib. Hücumun nəticələri barədə əlavə məlumat veriləcək.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Zəngəzur dəhlizi reallıqdır" - İlham Əliyev
"Biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik və Zəngilan rayonu bu sahədə birinci rayondur ki, artıq keçmiş məcburi köçkünlər yaxın gələcəkdə oraya qayıdacaqlar. Bildiyiniz kimi, birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirilir. Ağalı kəndi faktiki olaraq yenidən qurulur, böyük və rahat kənd olacaq. Ağalı kəndinin timsalında hər bir Azərbaycan vətəndaşı və ümumiyyətlə, hər bir insan bizim planlarımızı görə bilər. Biz azad edilmiş torpaqları necə görmək istəyirik? Biz insanlara, oraya qayıdacaq insanlara hansı şəraiti yaratmaq istəyirik? Hər kəs görəcək ki, işlərimiz planlı və sistemli şəkildə aparılacaq, bütün amillər nəzərə alınacaq – təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişaf".

"Zamantv.az" xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 4-də Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

"Eyni zamanda, hazırda Zəngilan rayonunda böyük infrastruktur layihələri icra edilir. Onların arasında Zəngəzur dəhlizinin tərkib hissəsi olan nəqliyyat infrastrukturunu mən qeyd etmək istərdim. Bu il Zəngilan Beynəlxalq Hava Limanı istismara veriləcəkdir. Əminəm ki, bu hava limanının çox böyük funksiyaları olacaqdır. Çünki biz Zəngilanı gələcəkdə beynəlxalq nəqliyyat-logistika mərkəzi kimi görürük. Rayonun yerləşməsi, beynəlxalq bazarlara yaxın olması və digər amillər bunu təmin edəcək. Azad edilmiş torpaqlarda Füzulidən sonra ikinci hava limanının məhz Zəngilanda yaradılması əlbəttə ki, coğrafi vəziyyəti nəzərdə tutur, buna əsaslanır, eyni zamanda, bizim həm iqtisadi, nəqliyyat, həm də təhlükəsizliklə bağlı məsələlərimizi həll etmək üçün vacib vasitə olacaqdır. Zəngəzur dəhlizinə gəldikdə, artıq bu dəhliz reallıqdır. Zəngilan rayonunun ərazisindən keçən həm dəmir yolu, həm avtomobil yolu nəinki Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, eyni zamanda, beynəlxalq yükdaşımaları üçün yeni bir yol olacaq, beynəlxalq bir yol olacaq. Ona görə və eyni zamanda, keçmiş məcburi köçkünlərin rahatlığı üçün biz dörd və altı zolaqdan ibarət olan avtomobil yolunu sürətlə inşa edirik. Bu yolun hissə-hissə istifadəyə verilməsi gələn ildən başlayacaq", - dövlət başçısı bildirib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Güclü külək əsəcək, qar yağacaq - HAVA XƏBƏRDARLIĞI
Havanın kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə,

Bakıda və Abşeron yarımadasında
Mayın 6-dan 8-i səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi, 6-da yarımadanın bəzi yerlərində arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında

May ayının birinci ongünlüyünün sonunadək ölkə ərazisində yağıntılı hava şəraitinin davam edəcəyi, şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi 15-20 m/s, 06-07-də ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda bayram günləri 12 nəfər İNTİHAR ETDİ: sabiq məmur, məktəbli...
Azərbaycanda Ramazan bayramı günlərində bir neçə intihar hadisəsi olub.

Zamantv.az-ın məlumatına görə, hadisələrdən biri Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda qeydə alınıb.

Rayonun Dərəkənd kənd sakini 18 yaşlı Rüfət Əmoyev yaşadığı evdə özünü asıb.
Bundan başqa, Şabran sakini, 40 yaşlı İntiqam Azayev yaşadığı yataqxanada, Tovuz sakini, 26 yaşlı Ülvi Məhərrəmov yaşadığı evdə, Zaqatalanın Göyəm kənd sakini, 37 yaşlı Sərxan Mustafayev qardaşının evində, Bakının Xətai rayonunda 35 yaşlı Seymur Əliyev yaşadığı evin həyətində, Cəlilabad sakini, 30 yaşlı Qamət Qasımov yaşadığı evdə, Goranboy rayonu Borsunlu kənd sakini, 46 yaşlı Rəsmiyyə Qurbanova yaşadığı evdə, Qəbələ rayonunun Nic qəsəbəsində 57 yaşlı Nəbi Hacıyev yaşadığı evin həyətindəki fındıq bağında, Sabunçu rayonu, Ramana qəsəbə sakini, 42 yaşlı Fuad İbrahimov yarımtikilidə, Abşeron rayonu Güzdək qəsəbə sakini 51 yaşlı Eldar Məmmədov isə yaşadığı evin damında özlərini asaraq intihar ediblər. Sonuncu arvadını bıçaqlayandan sonra canına qəsd edib.

Bayram günü Zaqatalada daha bir intihar hadisəsi baş verib. Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin sabiq rəhbəri Mehdi Seyidov yaşadığı evin həyətində ağacdan özünü asıb.

Ötən gün həmçinin Bakının Xətai rayonunda da ikinci intihar hadisəsi qeydə alınıb. 11-ci sinif şagirdi olan Xumar Babayeva yaşadığı binanın 7-ci mərtəbəsindən özünü ataraq, intihar edib. Bu zaman binanın həyətində onu tutmağa çalışan kişi isə ağır yaralanıb.

Bütün faktlarla bağlı aidiyyəti üzrə rayon Prokurorluqlarında araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda şirkətin həyətində MEYİT TAPILDI
Azərbaycanda şirkətdə meyit tapılıb.

Zamantv.az-ın məlumatına görə, hadisə Kürdəmir rayonunda qeydə alınıb.

Rayon ərazisində fəaliyyət göstərən “Azbiyan” MMC-nin həyətində kişi meyiti aşkar edilib.
Araşdırma nəticəsində meyiti tapılan şəxsin elə həmin şirkətdə işləyən 50 yaşlı Vidadi Nəsirov olması müəyyən edilib.

Meyitə ilkin baxış keçirilərkən onun üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Lakin buna baxmayaraq, meyit müayinə olunmaq üçün məhkəmə-tibbi ekspertiza şöbəsinə təhvil verilib.

Onun ölümün dəqiq səbəbləri ekspertizanın rəyindən sonra müəyyən olacaq.

Faktla bağlı Kürdəmir rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO