Azərbaycanda daha bir kişi arvadını bıçaqlayaraq intihar edib.
Zamantv.az-ın əldə etdiyi məlumata görə, hadisə Abşeron rayonu Güzdək qəsəbəsində qeydə alınıb.
Eldar adlı kişi həyat yoldaşı S.H-nı (şərti ad) bıçaqlayıb. Arvadının öldüyünü zənn edən kişi daha sonra özünü asaraq intihar edib.
Bıçaqlanan qadın isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Zamantv.az