Zimbabvedə qab-qacaq yuduqdan sonra çayda çimmək qərarına gələn 13 yaşlı qıza timsah hücum edərək öldürüb.
Zamantv.az xarici mediaya istinadla xəbər verir ki, Nomatter Raymond səkkiz yaşlı bacısı ilə birlikdə qabları yumaq üçün çaya gedib.
Onlar işini bitirdikdən sonra Raymond bacısına təmiz qabları götürüb evə aparmasını söyləyib, o isə özü çimmək qərarına gəlib.
Qız çaya girəndən bir neçə dəqiqə sonra timsah ona hücum edib: o, qurbanı suyun altına sürükləyib. Raymondun yaxınlıqda balıq tutan iki dostu, 14 yaşlı Linett Mazove və 12 yaşlı Anjela Çiedza hadisənin şahidi olub və kömək çağırıblar.
Kənd sakinləri hadisə yerinə qaçaraq axtarışlara başlayıblar, lakin nəticəsiz qalıb. Sonra polisə müraciət ediblər. Maşonalend polisinin müfəttişi Milton Mundembenin sözlərinə görə, qızın cəsədi iki gün sonra suya girdiyi yerdən təxminən 70 metr aralıda tapılıb.
Zamantv.az