"Dedi, anamla cinsi münasibətdə olub" - Toydakı qətlin ŞOK TƏFƏRRÜATLARI

05:42 8.04.2022 200
"Dedi, anamla cinsi münasibətdə olub" - Toydakı qətlin ŞOK TƏFƏRRÜATLARI
Daşkəsən rayonunda toy mərasimində qohumunu öldürən Tahir Tağıyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Tahir Tağıyevin hansı səbəbdən tanışlarının toyunda qohumunu öldürməsinin təfərrüatları açıqlanmamışdı.

Zamant.vaz həmin cinayət işi üzrə materialları əldə edib.
İttihama görə, hadisə 2021-ci il iyulun 25-də Daşkəsən şəhərində baş verib.

Rayonun Alaxançallı kənd sakini, 1997-ci il təvəllüdlü Tağıyev Tahir Şükür oğlu şəxsi münasibətlər zəminində həmyerlisi və qohumu, 1998-ci il təvəllüdlü Namazov Eldəniz Mustafa oğlunu qətlə yetirib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Tahir Tağıyev bildirib ki, ailə üzvləri ilə birlikdə Daşkəsən rayonu Alaxançallı kəndində yaşayır:

“2018-ci ildə ailə qurmuşam, 2 azyaşlı övladım var. Mən mərhum Eldənizlə kənddə birlikdə böyümüşəm. Həm də Eldənizin əmisi mənim bibimin əri idi. Münasibətlərimiz əvvəllər çox yaxın idi, dostluq münasibətlərimiz vardı. Lakin son dövrlər aramızda soyuqluq yaranmışdı. Buna səbəb hadisədən təxminən 2-3 ay əvvəl söhbət zamanı Eldənizin məni təhqir etməsi oldu. Bir gün “Whatsapp” proqramı ilə yazışan vaxt Eldənizdən məni “bazlıq” etmək üçün qadın yanına aparmasını istədim. O da mənə kobud formada kişi olmadığımı dedi. Bu səbəbdən aramız dəydi. Həmin vaxt Eldəniz “Whatsapp”la zəng edərək guya onun anam və bacım Gülnarə ilə “gəzdiyini” deyərək “peysər” olduğumu bildirdi. Eldənizin bu sözü pis təsir etdi. Evdə Eldənizin bu cür söz dediyini bildirdim. Lakin evdəkilər Eldənizin yalan danışdığını dedilər”.

Tahir Tağıyev qeyd edib ki, 2021-ci il tarixdə o, tanışı Rəsmiyyənin toy məclisinə dəvət olunub, toy şənliyinin keçirilməsi Daşkəsən şəhərində yerləşən “Elnur” restoranında nəzərdə tutulub:

“Toy şənliyinə valideynlərim və həyat yoldaşımla gəldim. Hər ehtimala qarşı, Gəncədən aldığım bıçağı da maşında gizlətdim. Bıçağı götürdüyümdən ailədən heç kimin xəbəri yox idi. Bıçağı götürməkdə məqsədim Eldənizin toyda mənə qarşı bir neçə gün əvvəl davrandığı kimi, yəni anamla və bacımla “gəzməsi” barədə ifadələr işlədəcəyi halda onu vurmaq idi. Toyda masada həmkəndlilərim Mayis, Dilqəm, atası Şükür, yeznəsi Samir, əmisi oğlanları Asif, Aqşin, qonşusu Elvin, Elçin adlı şəxslərlə birlikdə oturdum. Toyda Eldənizi gördüm və onunla söhbət etmək qərarına gəldim. Mən maşından bıçağı götürüb, Eldənizi çölə çıxartdım. Restoranın arxasında tualet vardı. Ora getdik, Eldənizdən anam və bacımla bağlı dediklərini sübut etməsini tələb etdim. O, yenidən nalayiq söyüşlər işlədərək, anam və bacımla gəzdiyini təkidlə sübut edə biləcəyini, onlarla cinsi əlaqədə olduğunu dedi. Bundan sonra əlbəyaxa olduq. O, mənim boğazımdan tutaraq burnuma yumruq zərbəsi vurdu. Həmin vaxt yanımızda heç
kim yox idi. Səs-küyə adamlar gəldi. Bizi ayırdılar. Eldənizə gücüm çatmayacağını görüb, anam və bacımla intim münasibətdə olmasını dediyinə, həmçinin, məni yumruqla vurduğuna görə qisas almaq üçün qəsdən öldürmək qərarına gəldim. Cibimdən bıçağı çıxardaraq onun ürək nahiyəsinə bir neçə zərbə vurdum. Həmin vaxt birdən ayıldım. Qırağa çəkildim, dərindən nəfəs aldım. Daha sonra atam yanıma gəldi və məni danlayaraq nə üçün belə bir hadisə törətdiyimi soruşdu. Eldənizin yaxınlarının məni öldürəcəklərindən qorxub oradan yaxınlıqda yerləşən dağlıq-meşəlik əraziyə tərəf gedərək uzaqlaşdım. Atamın xalası oğlu Elmana zəng edərək bir nəfəri bıçaqladığımı, həmin şəxsin yaxınlarının məni öldürəcəklərindən qorxduğum üçün dağlıq ərazidə olduğunu bildirdim. Polisə könüllü təslim olmaq üçün ondan kömək etməsini xahiş etdim. Elmana dağ yolu ilə Daşkəsən rayonu, Yuxarı Daşkəsən qəsəbəsinə gedəcəyimi, oradan məni götürməsini xahiş etdim. O gələrək məni götürdü və polisə təslim oldum. Törətdiyim əməldən çox peşmanam”.

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə prosesdə Tahir Tağıyev 10 il müddətə azadlıqdan məhrum edilib.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO