Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib, nəticədə bir nəfər ağır xəsarət alıb.
APA xəbər verir ki, hadisə Kürdəxanı qəsəbəsində qeydə alınıb.
Paytaxt sakini, 1965-ci il təvəllüdlü Ağayarov Kazım Ağayar oğlu yolun kənarı ilə hərəkət edən zaman yüksək sürətlə gələn minik avtomobili onu vurub. Yaralanan şəxs təcili təxirəsalınmaz tibbi yardım xidməti vasitəsilə 3 nömrəli şəhər klinik xəstəxanasına yerləşdirilib.
Həkimlərin verdiyi məlumata görə, yaralı xəstəxanaya komatoz vəziyyətdə daxil olub.
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünü saxlayıblar.
Zamantv.az