Daxili İşlər Nazirliyi Ağsuda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.
Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 14-də saat 17 radələrində Ağsu rayonunun Cəfərli kəndi ərazisində kənd sakini E.Qiyasov idarə etdiyi "VAZ-21074” markalı avtomobillə yolu keçən həmkəndlisi 5 yaşlı Gülər Əsədovanı vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.
Ağsu RPŞ tərəfindən araşdırma aparılır.
Zamantv.az