Masallıdakı yanğında ölənlərin sayı 3-ə çatdı – Video
Kriminal
17:298.05.2018584
Masallının Təzə Alvadı kəndində ikimərtəbəli evdə baş verən yanğında ölənlərin sayı 3-ə çatıb.
ARB-yə istinadən xəbər verir ki, 1973-cü il təvəllüdlü Əzimov Namiq Kamran oğlu və onun həyat yoldaşı 1983-cü il təvəllüdlü Əzimova Zeynəb Soltanabad qızı ilə yanaşı ev sahibi Kamran Əzimov da həyatını itirib.
O, ağır yanıq xəsarətləri ilə Masallı Mərkəzi rayon xəstəxanasına çatdırılarkən yolda dünyasını dəyişib. Ailənin digər 3 üzvü isə xilas ola bilib.