Banklar kredit verməyə çəkinir: Gələn il devalvasiya gözlənilir - GƏLİŞMƏ

12:14 7.12.2020 378
Banklar kredit verməyə çəkinir: Gələn il devalvasiya gözlənilir - GƏLİŞMƏ
"Bu il dünyada və Azərbaycanda banklar üçün ağır, çətin ildir. Çünki problemli kreditlər dünyada hər yerdə artır və bunun əsas səbəbi pandemiyadır. Pandemiya dövründə insanların bir qismi banklarda olan əmanətlərini çıxarır və bizdə də bu, müşahidə edilir".

Bunu "Əkrəm Həsənov və partnyorları" hüquq şirkətinin direktoru, iqtisadçı Əkrəm Həsənov Sputnik Azərbaycan-a "S&P Global Ratings" agentliyinin Azərbaycanın bank sektorunun risklərini qiymətləndirməsinə münasibət bildirərkən deyib.

İqtisadçı bildirib ki, digər tərəfdən problemli kreditlər artır: "Yəni dünyada insanların, o cümlədən sahibkarların işsiz qalması, maaşların azalması, gəlirlərin düşməsi və yaxud olmaması onlara kredit borclarını ödəməkdə problem yaradır. Bizdə də bunu görürük".

"Hətta Mərkəzi Bank bu ilin aprel ayında banklara tövsiyə edib ki, sentyabrın 30-dək olan bütün gecikmələri gecikmə kimi qeyd etməsinlər, cərimə hesablamasınlar. Sonra bu tövsiyənin müddəti 2021-ci ilin yanvarın 1-dək uzadılıb. Ona görə də bu problemlər hazırda bankların maliyyə hesabatlarında hələlik görünmür. Amma qayıtmayan kreditlər çoxdur. Digər tərəfdən, müharibənin də olması bu və ya digər şəkildə problemli kreditlərin artmasına təsir edib - döyüşə gedənlər və s. Buna görə də bankların bir qismi üçün çox ağır ildir", - deyə o qeyd edib.
Ekspert bildirib ki, bu il banklar tərəfindən yeni kreditlərin verilməsinin yavaşlayacağı gözlənilir: "Sahibkarlıq subyektlərinin çoxu fəaliyyətlərini dondurub. Banklar insanlara da kredit verməyə çəkinir. Hazırda bütün dünyada vəziyyət belədir, təkcə bizdə deyil. Sadəcə bizim bank sistemimiz onsuz da problemlərin içərisində idi. İndi isə vəziyyət daha da ağırlaşır. Çıxış yolu bankların kapitallaşmasıdır, yəni bankların yeni səhmlər buraxması, yeni səhmdarlar cəlb etməsidir. Amma bunun üçün də bank sistemi şəffaflaşmalıdır. İnkişaf etmiş ölkələrdə bankların əsas kapitalı elə adi vətəndaşların səhm alması yolu ilə formalaşır, etimad var".

Manatın məzənnəsindən danışan ekspert bildirib ki, manat təzyiq altındadır: "Pandemiya, müharibə, işğaldan azad edilmiş ərazilərin bərpası və s. ilə bağlı xeyli vəsait gedib və gedəcək. Təbii ki, dövlət büdcəsində bunun üçün vəsait nəzərdə tutulmamışdı. Bunun üçün Neft Fondunun valyuta ehtiyatlarından istifadə ediləcək. Valyuta ehtiyatları azalan kimi manata təzyiq artır, yəni manatın məzənnəsini saxlamaq çətinləşir. Bu baxımdan gələn il devalvasiya istisna deyil".

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov isə Sputnik Azərbaycan-a deyib ki, karantin ilə bağlı olan məhdudiyyətlər, eyni zamanda dünya iqtisadiyyatında struktur problemləri Azərbaycanın bank sektorunda dayanıqlığın qorunmasında xeyli çətinliklər yaradacaq: "Bu, gözləniləndir və bu istiqamətdə proseslərin gedişatı bank sektorundakı sağlamlaşdırma siyasətinin, bank sektorunun fəaliyyətinin təkmilləşdirilməsi məsələlərinin aktuallığını bir qədər də artırmış olur. Belə ki, biz bu il ərzində 4 bankın lisenziyasının ləğvi barədə qərarın şahidi olduq. Bank sektorunda bu ilin sonunda və əsasən də gələn il ərzində problemlərin olması mümkündür".

"Problemli kreditlər ilə bağlı da ödənişlərin ləngiməsi, ümumiyyətlə həyata keçirilməməsi ilə bağlı problemlərin olması hazırki şəraitdə tam realdır. Mərkəzi Bank tərəfindən hazırki dövrdə bank sektorunun öhdəlik və aktivləri ilə bağlı çox dəqiq təhlilin aparılması və lazım gəldikdə müdaxilələrin edilməsinə ehtiyac var. Bununla yanaşı, qanunvericilikdə boşluqların da aradan qaldırılması ilə bağlı təcili tədbirlər görülməlidir. Bank sektorunun passivlərinin və aktivlərinin strukturunda ciddi keyfiyyət dəyişikliyinə nail olmaq lazımdır", - deyə professor bildirib.

Onun fikrincə, bank sektoru problemlərdən çıxışı məhz kreditləşmənin azalmasında görürsə, bu, adekvat çıxış yolu kimi dəyərləndirilə bilməz: "Çünki kredit siyasətinin sərtləşdirilməsi, maliyyə resurslarının daralması bütövlükdə milli iqtisadiyyata ciddi mənfi təsir göstərəcək. Digər tərəfdən elə bank sektorunun özündə də bunun mənfi təzahürünü açıq və dərin şəkildə görəcəyik. Belə ki, bunun özü bank sektorunun tənəzzülünə gedən bir yol kimi dəyərləndirilməlidir. Ona görə də bank sektorunu 2021-ci ildə o qədər də rahat inkişaf gözləmir, böyük ehtimalla bank sektorunda mürəkkəb vəziyyət olacaq".

"Amma bir çox məsələ bank sektorunun adekvat idarəetməsindən asılı olacaq. Əgər bank sektorunun real sektora doğru istiqamətlənməsi olarsa, bank kreditlərinin, risklərin idarəedilməsi ilə bağlı adekvat siyasət aparılarsa, pul hərəkətinin izlənməsi və idarəedilməsi prosesi tətbiq edilərsə, bank sektoru gözlənilən problemlərdən daha dayanıqlı şəkildə çıxa və öz dayanıqlığını qoruya bilər", - deyə ekspert əlavə edib.
Qeyd edək ki, "S&P Global Ratings" agentliyi Azərbaycanın bank sektorunun risklərini qiymətləndirib. Beynəlxalq agentliyin açıqlamasına görə, bu ilin sentyabrın sonlarında Qarabağda münaqişənin eskalasiyası Azərbaycanın maliyyə göstəriciləri, xarici balans və makro-maliyyə sabitliyi üçün riskləri artırıb.

"S&P" mütəxəssisləri bildiriblər ki, aşağı neft qiymətləri Azərbaycanın iqtisadi inkişaf perspektivlərini daha da çətinləşdirir.

Açıqlamada deyilir ki, bəzi banklar öz xərclərini çətinliklə ödəyəcək və bu ili çətinliklə itkisiz başa vuracaq. Səbəb olaraq, problemli kreditlərin 2020-ci ildə ikiqat artacağı və gəlirliliyin azalacağı göstərilir.

Bu il kreditləşmədə artım gözləməyən agentlik, gələn il bu göstəricinin 8% artacağını proqnozlaşdırır: "Ötən il artım 14,9% təşkil edib. Bu il Azərbaycanda banklar tərəfindən yeni kreditlərin verilməsinin yavaşlayacağını gözləyirik".

Lakin agentlik onu da bildirir ki, problemli kreditlərin həcminin artmasının pik nöqtəsi və aktivlərin böyük hissəsinin keyfiyyətinin pisləşməsi 2021-ci ildə dayana bilər.

"S&P"yə görə, manatın məzənnəsi volatil olan makroiqtisadi mühitdə təzyiq altında qalır.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO