Pandemiya uzanır: Azərbaycan sahibkarları nə etməlidir? - TƏHLİL

12:59 3.12.2020 372
Pandemiya uzanır: Azərbaycan sahibkarları nə etməlidir? - TƏHLİL
Bütün dünyada olduğu kimi, Azərbaycanda da koronavirus (COVID-19) pandemiyasının 2-ci və daha güclü dalğası başlayıb. Artıq virusa gündəlik yoluxma sayı onlarla, yüzlərlə deyil, minlərlə ölçülür. Bunu nəzərə alan hökumət xüsusi karantin rejiminin müddətini dekabrın 28-nə qədər uzadıb, şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla digər bütün sahələrdə yerində xidmətlərin dayandırılmasına qərar verib. Bu cür qadağalar isə biznesə təsirsiz ötüşə bilməz. Bəs Azərbaycan sahibkarları “ayaq üstə” qalmaq üçün nə etməlidir? “Report” bu məsələlərlə bağlı iqtisadçı-ekspert Rəşad Həsənovun fikirlərini öyrənib.

“Dövlət bütün yükü üzərinə götürə bilməz”

Onun fikrincə, yerli biznesin çətin günləri hələ qabaqdadır və dövlət pandemiya ilə bağlı bütün yükü üzərinə götürə bilməz: “Mövcud şərtlər daxilində dövlətin maliyyə yükü formalaşıb. Üstəlik sentyabrın 27-dən sonra torpaqların işğaldan azad edilməsi ilə bağlı əməliyyatların da maliyyə yükü olub. İstənilən halda post-müharibə və post-pandemiya dövründə Azərbaycan iqtisadiyyatının əsas lokomotivi məhz kiçik və orta sahibkarlıq subyektləri olacaq və onların pandemiya dövrünü hansısa formada fəaliyyətlərinin davam etdirilməsi təmin edilməlidir. Hesab edirəm ki, ilk olaraq fəaliyyətlərin tam olaraq məhdudlaşdırılması istiqamətində qərarlar qəbul edilməməlidir. Müəyyən şərtlər daxilində, müəyyən gigiyenik normalara əməl edilməklə fəaliyyətin davamlılığı təmin edilməlidir. İqtisadi fəaliyyət sahəsində tam olaraq fəaliyyətin məhdudlaşdırılmasına gedilməməlidir.

İkincisi, sabit xərclərin konpensasiya məsələsi müəssisələrin maliyyə fəaliyyətinin nəticələrinin müəyyən qədər qorunması və likvidliliyin dəstəklənməsi məsələsidir. Yəni, hansısa formada sabit xərc yükü formalaşdıran sosial siğorta öhdəlikləri, vergi öhdəlikləri və kredit xərclərinin konpensasiya yolu ilə məhdudlaşdırılması, əvəzlənməsi haqqında qərarlar qəbul edilməlidir. Biz bunu əvvəlcədən də təklif etmişdik. Bizdə icarə haqqlarına təklif edilən faiz dərəcəsi 14%-dən 8%-ə qədər azaldılıb. Amma bu o demək deyil ki, burada sahibkar icarədara güzəşt edir. Bəzi hallarda güzəşt olmaya da bilər. Bundan başqa, maliyyə istiqamətində də dəstək göstərilməlidir. Maliyyə bazarlarına əlçatanlığın artırılması müəyyən mənada təmin edilməyə çalışılır. Lakin bir çox hallarda pandemiyanın yaratdığı konyuktur bankların kiçik və orta sahibkarlar da daxil olmaqla subyektlərə kredit verməsində əngəllər yaradır. Çünki banklar müəssisənin likvidliyini qiymətləndirir, onun kredit qaytarma qabiliyyətini qiymətləndirir və bu əsasda kreditlər təşkil edirlər. İndiki şərtlər daxilində bu çətin görünür”.

“Kredit tətilləri verilməlidir”

R.Həsənov hesab edir ki, indiki halda mövcud öhdəliklər üzrə kredit tətillərin verilməsi mütləqdir: “Kredit tətilləri verilməlidir, bunun əvəzində Azərbaycan Mərkəzi Bank banklara likvidlilik dəstəyi, faizsiz mərkəzləşdirilmiş kredit verməlidir və ən azından növbəti bir ildə sahibkarlıq subyektlərinin kredit öhdəlikləri dondurulmalıdır. Bu yolla hansısa formada müəssisələrin maliyyə dayanıqlığının qorunmasına çalışmaq lazımdır. Bu istiqamətdə görüləsi çox işlər var. Amma çalışmaq lazımdır ki, bu işlər dövlətə həm fiskal yük formalaşdırmasın, həm də ciddi maliyyə itkilərinə gətirib çıxartmasın. Həm də müəssisənin müəyyən müddətdə fəaliyyətlərinin qorunub saxlanılması üçün hardasa bir yol olsun.

Dünyanın ən inkişaf etmiş ölkələrində belə biznes şəbəkələri pandemiya şəraitində özünü ayaqda saxlaya bilmirlər, çünki pandemiya faktiki olaraq istehlak gücünün azalmasına, fəaliyyətlərinin məhdudlaşmasına səbəb olur. Bəzi hallarda işçilərin xəstələnməsi səbəbindən əmək münasibətlərin pozulmasına, bütün seqmentlər üzrə dəyər zəncirinin bütün halqaları üzrə fasilələrə gətirib çıxarır. Bu isə sahibkarlara müəyyən zərər formalaşdırır".

“Pandemiya şəraitində inkişaf edən sahələr də oldu”

Mütəxəssisin sözlərinə görə, pandemiyanın yaratdığı çətinliklərdən müəyyən nəticələr çıxarılmalıdır: “Ümumiyyətlə, pandemiya dövründə hansı sahələrin inkişaf etdiyinə diqqət etmək lazımdır. Səhiyyə xidmətlərinə və dərman vasitələrinin istehsalına tələb artdı. Səhiyyə sahəsinin inkişafı pandemiyanın mövcudluğu şəraitində anlaşılandır. Amma onlayn xidmətlərin göstərilməsi, yəni digital sfera üzərindən xidmətlərin təklif edilməsi, fəaliyyətlərin təmin edilməsi kimi sahələrə cəmiyyətin marağı həddindən çox artdı. Bu sahələrdə çox sürətlə böyümələr oldu. Xüsusilə onlayn xidmət, onlayn ticarət sahəsində əhəmiyyətli artımlar müşahidə edilir.

Burdan çıxarılan böyük nəticələr var. Birincisi, yeni yatırımlar edilərkən hansı istiqamətlərə yönəlmək lazımdır?! İkincisi şirkətlər, müəssisələr fəaliyyətlərini mümkün qədər hansısa formada qeyd edilən texnologiyalardan istifadə edərək onlayn platformalar üzərindən təklif etməlidirlər. Bu il bizdə elektron ticarət sahəsində maraqlı statistik göstəricilər qeydə alınıb. Bu ilin 9 ayında ötən illə müqayisədə elektron ticarət dövriyyəsi 3,1 milyard manat artıb. Bu, ötən illə müqayisədə 2,4 dəfə çox mal və xidmətlərin onlayn qaydada satışını təşkil edə bilmişik. Yəni, biz 15 il ərzində əldə etdiyimiz nəticə 2-3 milyard manat idi. Bu il bu göstərici 5 milyard manatdan çox oldu. Bu, çox böyük nəticədir və çıxarılmalı dərslər var. Sahibkarlıq subyektləri diqqət etməlidir. Həm sahibkarlar , həm də istehlakçılar bu kimi texnologiyaları tətbiqinə konservativ yanaşırlar. Amma sahibkar çalışmalıdır ki, onun nagdsız ödənişin həyata keçirilməsi üçün müvafiq infrastrukturu olsun. Onlayn xidmətləri təklif etmək üçün müvafiq platformaların imkanlarından istifadə edilsin. Yəni, müsbət məqam ondan ibarətdir ki, pandemiya dövründə bu istiqamətdə müəyyən irəliləyişlər əldə edildi. Pandemiya dövründə həm biznesin davranışında, həm də istehlakçının davranışında müəyyən irəliləyişlər var. İstehlakçılar da əvvəlki kimi məsələlərə konservativ yanaşmırlar. Mümkün qədər bu istiqamətdə müəyyən meylilik hiss edilir. Hətta orta və yaşlı nəsildə elektron ticarətə maraq var. Bu digital bacarıqların inkişafı nagdsız ödəniş sistemlərinin onlayn platformalardan istifadəyə maraq müşahidə edilir. Şirkətlər bu istiqamətə də yönəlməlidirlər”.

“Biznes gəlir əmsalını yüksəltməlidir”

R.Həsənov biznes fəaliyyətində optimallaşdırmanın da vacib olduğunu deyir: “Düzdür, bu gün dövlətin siyasəti hansısa formada işçilərin işdən çıxarılmaması, məşğulluğun müəyyən qədər təmin edilməsidir. Bu məqsədlə də müxtəlif proqramlar çərçivəsində sahibkarlıq subyektlərinə birbaşa maliyyə dəstəyi verildi. Bununla yanaşı, orta və uzun müddətli dövrdə şirkətlər çalışmalıdır ki, müasir texnologiyalardan tətbiq etməklə mümkün qədər əmək qüvvəsinə olan ehtiyacı azaltsınlar. Bu şəkildə maliyyə təsərrüfat fəaliyyətlərini hardasa xarici şoklara qarşı dayanıqlığını artırsınlar və gəlir əmsalını da yüksəltsinlər. İndiki halda dövlətin də maarifləndirmə və təşviq işlərini öz üzərinə götürməklə hansısa formada prosesdə lokomativ rolunu oynaması zərurəti var.

Biznes qaydalara riayyət etməyi öyrənməlidir. Pandemiyanın ortaya qoyduğu çağırışlardan biri də budur. Biznes nə dərəcədə yeni sanitariya gigiyena tələblərinə uyğun fəaliyyət göstərir, o qədər də yoluxma hallarının sayı daha az olur. Bizdə biznesin və vətəndaşların davranışlarının, vərdişlərinin dəyişdirilməsins ehtiyac var. Karantin qaydalarına yumşalma olan kimi tibbi maskanı hamı atacaq. İsveçrə pandemiya dövründə çox ciddi sərt karantin tədbirləri qəbul etmədi. Bu ölkənin prezidenti bildirmişdi ki, bizdə qanunların, rəsmi qərarların verilməsinə ehtiyac yoxdur. Çünki vətəndaşlar tövsiyyələrə belə əməl edir. Ancaq bizdə bu yoxdur. Biznes yeni qaydalarla fəaliyyət göstərdiyi təqdirdə, qaydalara uyduğu təqdirdə daha az yoluxma olacaq. Bu da növbəti mərhələdə məhdudlaşdırma qərarlarının tətbiq edilməməsinə və karantin qaydalarının yumşalmasına gətirib çıxaracaq”.

“Azərbaycana məmur biznesi lazım deyil”

İqtisadçı-ekspertin fikrincə, pandemiya dövründə ən çox ziyan çəkən sahə turizm olub: “Azərbaycan hökumətinin də qiymətləndirilməsində turizm sektoru pandemiyadan ən ciddi təsirlənən sektordur. İqtisadiyyat Nazirliyi onu 100% təsirlənmiş seqmentlər sırasına daxil edib. Lakin hökumət turizm sektoruna daha çox dəstək verməli idi. Səyahətin təşkili sahəsinin və bələdçi sahəsinin 100% fəaliyyəti dayanıb. Pandemiyaya qədər Azərbaycanda səyahət və tur paketlərinin gəlirlərinin 88 %-i yalnız gəlmə turizmindən formalaşmışdı. Ölkədə getmə turizminə xidmətlər formalaşmayıb. Sərhədləri bağlamışıq. Belə olduğu təqdirdə isə onların sabit xərcləri var. Ən azı sabit vergi öhdəlikləri, kredit öhdəlikləri yerinə yetirilməlidir.

Bundan başqa, turizm şirkətləri müəyyən tur paketlər satmışdılar, həmin paketlərə görə geri ödənişlər edilməli idi, bu, bir zəncir idi, aldığı vəsaiti ötürmüşdü dəyər zəncirinin növbəti halqasına - yerləşdirmə xidmətinə, onu geri ala bilmirdi. Bu sahədə çox ciddi diferensial yanaşmanın ortaya qoyulmasına ehtiyac var. Bizdə sabit yanaşma ortaya qoyuldu. Turizm sektoruma edilən dəstəklə digər sahələrə edilən dəstək arasında fərq olmadı”.

Onun sözlərinə görə, hər bir böhranın yaratdığı fürsətlər var: “Bu fürsətlərə bizim investorlar daha geniş aspektdən baxmalıdır. Bizim invesitorlar bundan sonra taktiki deyil, starteji maraqlar üzərində öz fəaliyyətlərini qurmalıdırlar. Biznesin böyük əksəriyyəti məmurlara bağlı idi. Məmur da bu gün varsa, biznesi aktiv idi, yoxdursa biznesi məhv olurdu. Ona görə məmura bağlı olan şirkətlər strategiya qurmurdular. Bütün məsələlərə baxış dəyişməlidir, həm hökumətdə, həm də sahibkarlarda dəyişməlidir. Bizim həm xarici, həm də yerli investisiyaya ehtiyacımız var. Bizim təşəbbüskar sahibkara ehtiyacımız var. Məmurun yaratdığı passiv seqment subyektləri bizə lazım deyil".
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO