İqtisadçı: “May-iyun aylarında nefin qiymətləri 40 dolları ötəcək və biz bu prosesdən ən az ziyanla çıxacağıq”

16:40 30.03.2020 550
İqtisadçı: “May-iyun aylarında nefin qiymətləri 40 dolları ötəcək və biz bu prosesdən ən az ziyanla çıxacağıq”
Moody's COVID-19 pandemiyasının təsirlərini nəzərə alaraq "Böyük İyirmilik" (G20) iqtisadiyyatı üçün 2020-ci il proqnozu yeniləyib. Agentlik cari ildə dünya iqtisadiyyatının 45 faizini özündə birləşdirən bu ölkələr üzrə ümumilkdə 0.5 faiz kiçilmə proqnozlaşdırır.
ÜDM istehsalında azalma gözlənilən ölkələr aşağıdakılardır:

ABŞ: (-2%)

Kanada: (-2.2%)

Meksika: (-3.7%)

Brazilya: (-1.6%)

Argentina: (-3.9%)

Almaniya: (-3.0%)

Birləşmiş Krallıq: (-2.6%)

Fransa: (-1.4%)

İtalya: (-2.7%)

Türkiyə: (-1.4%)

CAR: (-2.5%)

Yaponya: (-2.4%)

Bir çox ekspertlərin fikirlərinə görə, hətta ilin 2-ci yarısından bərpa başlasa belə, azalma daha böyük olacaq. Onlar Moody's-un bu proqnozların çox konservativ və ehtiyatlı proqnozlar kimi dəyərləndiriblər.

G20 dövlətlərinin iqtisadiyyatı bu vəziyyətdə silkələnirsə Azərbaycanda bu özünü necə göstərəcək. İqtisadi böhran, neftin ucuzlaşması fonunda manatın taleyi necə olacaq? İnsanlar bank borclarını ödəmək və gələn ay yaşaya biləcəkləri iqtisadi qayğılarla tədirgindirlər. Maliyyə eksperti, iqtisadçı Xəyyam Zülfüqarlı ilə bu problemlər barədə danışırıq. Xəyyam Zülfüqarlı Bizimyol.info-ya verdiyi açıqlamada Azərbaycan üçün nikbin düşüncələrdə olduğunu açıqladı və fikrinə rəqəmlərlə açıqlıq gətirdi. Bizimyol.info iqtisadçı Xəyyam Zülfüqarlı ilə qısa müsahibəni təqdim edir.

Xəyyam Zülfüqarlı Xəyyam Zülfüqarlı
- Xəyyam bəy, Azərbaycan səhiyyəsi bu gün koronavirusla mübarizədə digər ölkələrə nisbətən daha yaxşı mübarizə aprırmış kimi görünür. Azərbaycanda səhiyyəyə ayrılan maliyyə Avropa ilə müqayisədə nə səviyyədədir?

- Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hər bir vətəndaş üçün səhiyyə xərclərini 170 manat müəyyən edib. Azərbaycanın 2020-ci il üçün büdcəsində səhiyyə xərcləri 1,4 milyard manat, üstələk İcbari Tibbi Sığortadan proqnozlaşdırılan gəlir 500 milyon manat nəzərdə tutulub. Bu da ümumilikdə 2 milyard manat edir.Bu nəyin göstəricisidir? 2 milyard manatı əhali sayına böldükdə bir nəfərin səhiyyə xərci hardasa 117 dollar civarında olur. Bu sırf bu günkü səhiyyə ilə bağlı məlumatdır. Bu gün Azərbaycanın səhiyyə xərcləri bu qədərdir. Bu ÜST-ə üzv olan ölkələr qarşısıda qoyulan tövsiyədir.

- Neftin qiymətlərinin yenidən yüksələcəyini gözləmək nolarmı?

-Neftin qiymətinin aşağı düşməsi ilə bağlı onu deyə bilərəm ki, dünya iqtisadi çöküş yaşayır. Bu vəziyyətdən isə ehtiyatlı dayanıqlı iqtisadiyyata malik və valyuta ehtiyatları yetərincə olan dövlətlər daha az ziyanla çıxacaqlar. Ölkəmizə gəldikdə dünya bazarında neft qiymətlərinin rekord səviyyədə aşağı düşməsinə baxmayaraq, ilin başlanğıcında ( yanvar- fevral aylarında) ÜDM 2,8 % artıb. 12 milyard 578 milyon səviyyəsində rəsmiləşib. Bu sevindirici xəbərdir. Qeyri- neft sektorundə əlavə dəyər 6,7 faiz artıb. Bu da neftin qiymətinin düşməsinə baxmayaraq, büdcənin normal idarə edilməsinə təsir etməyəcək.Neftin qiymətlərinin yüksəlməsi barədə fikirlərim nikbindir. May-iyun aylarında neftin qiymətlərinin ən azı 40-42 dollar səviyyəsini keçəcəyinə inanıram. Böyük 20-lik böhranla mübarizəyə 5 trilyon dollar büdcə ayırıb. Büdcəmizdə kəsir yaranarsa kredit reytinqimizin BB+ səviyyəsində olması işimizə yarayacaq və kəsiri ehtiyat aktivlərlə maliyyələşdirə biləcəyik. Cənab Prezident dövlət televiziyasında çıxışı zamanı bildirdi ki biz tranzit ölkə kimi öhdəliklərimizi yerinə yetiririk, yük daşımalar normal şəkildə davam edir, bu da büdcə gəlirlərinə təsir edir.

-Bəs manatın taleyi barədə düşüncələriniz nələrdir?

-Manatın səviyyəsi ilə bağlı da nikbin düşünürəm. Yuxarıda qeyd etdiyim fikirlər də belə düşünməyə əsas verir.Onlar manatın səviyyəsini saxlayan amillərdir.Əgər bütün hallarda bu gün dünyada baş verən proseslər inkişaf etmiş ölkələdə problemlər yaradırsa, təbii ki, Azərbaycandan da yan keçməyəcək. Lakin, dərin fəsadlar törətməyəcək, az hiss olunacaq.Cənab prezident dövlət büdcəsindən 1 milyard manat vəsait ayırdı.Korona ilə mübarizə mqəsədi ilə. Bu yalnız tibbi avadanlıq və səhiyyə ilə bağlı ayırmalar olmayacaq. Ayrılan vəsaitin xərclənmə prosesi, hansı istiqamətə yönlənəcəyi 1 ay ərzində Nazirlər Kabinetində da işlənməlidir. Bu 1 milyard müəyyən istehsalat sahələrinin yaranması, kiçik, orta saibkarların bu vəziyyətdən ziyansız çıxması üçün ayrılan vəsaitdir. İlkin 10, sonra 20 milyon ayrılan vəsait və Koronavirusla Mübarizə Fonduna yığılan təxminən 110 milyon manat vəsait sırf koronavirusla mübrizəyə aiddir və səhiyyə probelmlərinə həsr olunacaq. Müalicə və maddi texniki bazanın yaxşılaşdırılmasına yönəldiləcək. Ona görə ÜST-ün Azərbaycanla bağlı proqnozları bir başa nikbin düşünməyə əsas verir, görülən zəruri tədbirlər, vaxtında atılan addımlar pandemiyanın böyük fəsadlar törətmədən ötüşəcəyinə ümid yaradır. Böyük mağazalar şəbəkəsi öz kredit ödənişlərinin 1 aylıq təxirə salınmasını təklif ediblər. Deputatlarımız bankların da bu addımı atmasını təklif edirlər və ola bilər ki bu banklara da şamil edilsin.

Ərzaqla bağlı bəzi insanlarda təşfiş yaranmışdı. Amma Azərbaycanın yetərli qədər ərzaq ehtiyatı var. Problem yaranmayacaq.

İndi ən böyük sıxıntını günəmuzd işləyənlər və kiçik sahibkarlar çəkirlər.Hesab edirəm ki, bu probelmlər ayrılmış vəsaitin işlənmə mexanizmində öz əksini tapacaq. İlkin 6 aylıq iqtisadi proqnozlarıla bağlı nikbin düşünürəm, nüfuzlu reytinq sıralamalarında Azərbaycan normal mövqeyini qoruyub saxlayır. Bu da bizim bu proseslərdən minimum ziyanla çıxacağımıza əminlik yaradır.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO