Gəncənin abadlaşmasına ayrılan milyonlar necə xərclənir?

14:40 22.10.2019 426
Gəncənin abadlaşmasına ayrılan milyonlar necə xərclənir?

Azərbaycanda şəhər və rayonlarda tikinti-quruculuq və abadlıq işləri aparılmasına dövlət büdcəsindən hər il yüz milyonlarla vəsait ayrılır. Ancaq bəzən ayrılan vəsaitlər təyinatı üzrə xərclənmir və yaxud görülən işlər keyfiyyətsiz aparılır.

Tikinti-quruculu və abadlıq işlərinə böyük miqdarda vəsait ayrılan regionlardan biri də Gəncə şəhəridir.

Bu ilin mart ayının 4-də Prezident İlham Əliyev Gəncə şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi haqqında sərəncam imzaladı. Dövlət başçısının imzaladığı sərəncama əsasən Gəncə şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 11 milyon, küçələrin əsaslı təmiri üçün 4 milyon, işıqlandırma sistemlərinin yenilənməsi üçün 1 milyon, əhaliyə kommunal xidmətlər göstərilməsi sahəsində istifadə olunan maşın və mexanizmlərin alınması üçün 6 milyon, ümumilikdə 22 milyon manat ayrıldı.

Dövlət başçısının Gəncə şəhərinin abadlaşmasına ayırdığı milyonlarla vəsait necə xərclənir?

Qlobal.az saytının bu dəfəki araşdırması Gəncə Şəhər İcra Hakimiyyətinin cari ilin iyul ayının 25-də keçirdiyi katirovka sorğuları və tenderlər üzərindədir.

Gəncə Şəhər İcra Hakimiyyətinin qeyd olunan tarixdə səkkiz lot üzrə keçirdiyi katirovka sorğularının və açıq tenderlərin ümumi məbləği 298.403 (iki yüz doxsan səkkiz min dörd yüz üç) manat təşkil edib.

Gəncə Şəhər İcra Hakimiyyətinin sifarişçisi olduğu "idarənin sair xərcləri" (31.120), "bərk inventarın alınması" (60.716), "digər maşın və avadanlıqlar" (62.780) üzrə katirovkanın və tenderin qalibi "ELEQANT R" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) olub.

Gəncə Şəhər İcra Hakimiyyətinin sifarişçisi olduğu "avadanlıqların alınması" (19.492), "əsaslı təmir işləri" (54.890), "digər alış və xidmətlər" (13.000) üzrə katirovkanın və tenderin qalibi isə "QUBA TİKİNTİ SERVİS R" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

Gəncə Şəhər İcra Hakimiyyətinin sifarişçisi olduğu "Xidməti maşınlar üçün alınacaq maşın - mexanizmlərin ehtiyat hissələrinin satın alınması" (10.650) və "sair xərclər" (15.880) üzrə katirovkaların qalibi isə "STAMUS R" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) olub.


Gəncə Şəhər İcra Hakimiyyətinin tenderlərinin qalibi hansı MMC-lərdir?


Qlobal.Az İnformasiya Portalının araşdırması zamanı məlum oldu ki, Gəncə Şəhər İcra Hakimiyyətinin iyul ayının 25-də keçirdiyi katirovka sorğuları və tenderlərin qalibi olan hər üç şirkət ("QUBA TİKİNTİ SERVİS R", "STAMUS R", "ELEQANT R") eyni ildə, eyni ayda və eyni gündə - 2017-ci ilin noyabr ayının 27-də təsis edilib.

Nizamnamə kapitalları 10 (on) manat olan hər üç MMC-nin hüquqi ünvanı da həm eyni, həm də qeyri müəyyəndir: Quba rayonu, Amsar kəndi.

"Dövlət Satınalmaları Haqqında" Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 6.2.1 bəndində malgöndərən-podratçı təşkilatların satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığının olmasının vacibliyi qeyd edilir.

Bu şirkətlərin isə nə əlaqə telefonu, nə faktiki ünvanı, nə də Web ünvanı yoxdur.

Bəs, görəsən, maliyyə imkanları, hesabatları, maddi-texniki bazaları, əmək müqaviləsi ilə çalışan işçilərinin sayının nə qədər olması da qaranlıq olan şirkətlər necə oldu ki, Gəncə Şəhər İcra Hakimiyyətinin səkkiz lot üzrə sifarişçi olduğu katirovka və tenderlərin qalibi ola bildi?


Qalib olan şirkətlər ata-oğulundur


Gəncə Şəhər İcra Hakimiyyətinin cari ilin iyul ayının 25-də sifarişçi olduğu iki katirovka sorğusunun və bir açıq tenderin qalibi olan "QUBA TİKİNTİ SERVİS R" MMC-nin qanuni təmsilçisi Cəfərov Rafiq İmamqulu oğludur.

İcra Hakimiyyətinin tenderlərinin digər qalibi - "ELEQANT R" MMC-nin qanuni təmsilçisi isə Cəfərov Mehman Rafiq oğludur.

Gəncə Şəhər İcra Hakimiyyətinin iyul ayının 15-də sifarişçisi olduğu tenderin üçüncü qalibi "STAMUS R" MMC-nin qanuni təmsilçisi də Cəfərov Mehman Rafiq oğludur.

Məlumata görə Qaradağ rayonu Qobustan qəsəbəsində yaşayan, "QUBA TİKİNTİ SERVİS R" MMC-nin rəhbəri 1966-cı il təvəllüdlü Cəfərov Rafiq İmamqulu "ELEQANT R" və "STAMUS R" MMC-lərin rəhbəri Mehman Cəfərovun atasıdır.


"Dövlət Satınalmaları Haqqında" Azərbaycan Respublikasının Qanununda tender sifarişçisi olan təşkilatın formalaşdırdığı komissiyada təmsil olunan şəxslərlərdən hər hansı ilə tenderdə iştirak edən təşkilatın rəhbəri qohum ola bilməz. Bu cür halların olması keçirilən kotirovka və tenderlərin şəffaflığını ciddi şübhə altına alır. Yaxın qohumluq əlaqələri olan şəxslərin rəhbər olduqları şirkətlərin eyni qurumun sifarişçi olduğu kotirovka və tenderlərin eyni gündə qalib olması mövcud qanunvericiliklə birbaşa qadağan edilməsə də, hər halda müyyən şübhələrə yol açır.

Yuxarıdakı faktlara aydınlıq gətirilməsi üçün ölkədə keçirilən satınalmalara nəzarət edən quruma - Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə rəsmi müraciət edib. Lakin Xidmət mövzu ilə bağlı müraciətimizi cavablandırmadı.

Gəncə Şəhər İcra Hakimiyyətindən də mövqe bildirilmədi.

Müəllif Cahandar İsmiyev

Mənbə Qlobal.az
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO