XƏZƏR RAYONUNUN İNDİKİ BAŞÇISI SƏLƏFİNƏ QARŞI SAYMAMAZLIQ EDİB?

13:59 17.10.2019 486
XƏZƏR RAYONUNUN İNDİKİ BAŞÇISI SƏLƏFİNƏ QARŞI SAYMAMAZLIQ EDİB?

Elşən Rövşən oğlu Salahov Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməzdən əvvəl - 2018-ci il sentyabrın 5-dən Xəzər rayon sabiq icra başçısı Gülağa İslamovun birinci müavini vəzifəsində çalışıb. Ona qədər isə Xəzər Rayon İcra Hakimiyyətində təsərrüfat şöbəsinin müdiri olub. Xəzər rayon Ağsaqqallar Şurasının sədri, "Abşeron" marketinin direktoru Hacı Rövşən Salahovun oğlu olan Elşən Salahov ümumiyyətlə dövlət qulluğuna keçməzdən qabaq "Bank Standart" KB-da işləyib. G.İslamov vəzifədən azad ediləndən sonra E.Salahov başçı vəzifəsini icra edirdi.
Qeyd edək ki, Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı G.İslamov Prezidentin sərəncamı ilə dekabrın 21-də vəzifəsindən azad ediləndən ay yarım sonra 5 fevral 2019-cu ildə E.Salahov icra başçısı təyin edildi.
Mediatv.az saytına daxil olan məlumata görə, E.Salahovun Rayon İcra Hakimiyətində məsul vəzifələrə irəli çəkilməsinin səbəbi onun atasının sabiq başçı G.İslamovla yaxın dostluq münasibətində olması imiş. Di gəl, Elşən müəllim özü həmin ənənəni davam etdirə bilməyib, dostluğa xilaf çıxıb. Məlumata görə, G.İslamov rayon rəhbəri postundan gedəndən sonra Xəzər rayonunun qəsəbələrindən birində bələdiyyədə işləyən oğlunu İcra Hakimiyyətində vəzifəyə düzəltmək istəyib. Amma gözləmədiyi halda E.Salahov onun xahişini yerə salıb.Keçmiş müavininin bu saymamazlığı G.İslamovu hiddətləndirib və o üzdən sələf və xələf arasında ciddi inciklik yaranıb.
E.Salahovun qeyri-sabit xasiyyəti, heç kəsə inanmaması barədə başqa söhbətlər də dolaşır. Bildiyimiz kimi zəbt olunmuş və kənd təsərrüfatı təyinatlı torpaq sahələrində qanunsuz tikilmiş fərdi evlər raon rəhbərlərinin əsas gəlir mənbələrindəndir. Bu sahəyə nəzarəti daim öz əllərində saxlamağa çalışırlar. Ümumiyətlə, bu müstəvidə tez-tez anlaşılmazlıqlara rast gəlinir. Lakin paytaxtın Xəzər rayonunun qəsəbələrində vətəndaşlar hər hansı nahiyyədə fərdi ev tikmək məqsədilə bir daşı digərinin üstünə qoyan kimi RİH başçılarının "qoçu"ları həmin şəxsin başının üstünü kəsdirib rüşvət istəyirlər: "Ya pul ver, ya da tikdiyini başına uçurarıq!" Əvəzində isə icra hakimiyyətlərinin heç biri tikiləcək ev üçün heç bir sənəd təklif eləmir, torpağın təyinatını dəyişmirlər. Di gəl, qanunsuz tikilmiş evlərdən ibarət massivlər küçələrə bölünür, onlara elektrik xətləri, su, qaz çəkilir. əni, istəməsələr, həmin fərdi aşaış evlərini kommunal xidmətlərdən məhrum edərlər. Amma etmirlər, çünki bu gəlirli biznesin bitməsini istəmirlər, cazibədarlığını saxlayırlar. Mediatv.az-a daxil olan informasiyaya görə, bu sahədə korrupsiya və özbaşınalıq artıq o həddə çatıb ki, E.Salahov daha heç kəsə etibar etmədiyindən, şəxsən özü ərazilərə baxış keçirərək qanunsuz tikililəri müəyyənləşdirir.
Dövlətin rayon rəhbərinə verdiyi birinci tələb onun işlədiyi kadrlara etibar etməsi, güvənməsidir. Belə etibar yoxdusa, komanda işləyə bilməz. Görünür, E.Salahov "Abşeron" marketdə və "Bank Standart"da işləyən zaman işçilərin çox əliəyriliyinin şahidi olub, ona görə də insanlara inamı itib. Özünə söz verib ki, heç kəsə, hətta keçmiş xeyirxahına da yaxşılıq eləməyin yeri yoxdur.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO