Maliyyə Bazarlarına Nəzarət Palatasında süründürməçilik... - İTTİHAM

15:44 14.10.2019 465
Maliyyə Bazarlarına Nəzarət Palatasında süründürməçilik... - İTTİHAM
Ölkə başçısının vətəndaşların banklardakı problemli kreditlərlə bağlı qərararının əsas icraçılarından olan Maliyyə Bazarlarına Nəzarət Palatasının(MBNP) işi heç də bütün vətəndaşları qane etmir. Məlum olduğu kimi, MNBP problemli kreditlər məsələsinin həlli üçün ayrılan vəsaitin istifadəsi və bölüşdürülməsi ilə yanaşı, vətəndaşların bu məsələ ilə bağlı şikayətlərini və müraciətlərini də araşdırmalıdır.

Lakin son zamanlar MBNP-yə öz problemli kreditlərilə bağlı hesablamalardan, ödənilən vəsaitlərdən narazı qalan vətəndaşların müraciətlərinin baxılması işində ciddi ləngimələr və süründürməçilik müşahidə olunur.

Bununla bağlı “AzPolitika.info”nun ünvanına da şikayətlər daxil olmaqdadır. Palatanın işindən şikayət edən vətəndaşlar bildirirlər ki, hələ iyun-iyul aylarından müraciət etmələrinə baxmayaraq, MBNP-dən bu günə qədər cavab ala bilmirlər. Hansı ki, onların şikayət və müraciətlərinə bir ay müddətində cavab veriləvcəyi bildirilirdi. Elə vətəndaşlar var ki, açıq-aşkar onlara ayrılan vəsaitin düzgün hesablanmadığını, azaldıldığını iddia edirlər. Lakin qeyd edirlər ki, MBNP onların müraciətlərinə vaxtında baxmır və süründürməçiliyə yol verir, vətəndaşların qəbulu isə MBNP-nin heç olmasa birinci mərtəbəsində də deyil, zirzəmisində aparılır. Bir sözlə, şikayətçilər iddia edirlər ki, MBNP ölkə başçısının məlum fərmanının icrasını lazım olan səviyyədə aparmır.

Bu arada Hesablama Palatası dövlət büdcəsindən fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı MBNP-nin vəsaitlərin istifadəsinə dair audit yoxalaması keçirib. Bu barədə Hesablama Palatasından məlumat verilib.

“Kollegiya iclasında nəzarət tədbiri üzrə Auditor hesabatı barədə müvafiq qərar qəbul olunub. Nəzarət tədbirinin nəticələri üzrə qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara Kollegiya qərarının və Auditor hesabatının göndərilməsi qərara alınıb”, – Hesabalama Palatasından məlumat verilir. Lakin Hesablama Palatası yoxlamarın nəticələrini nədənsə hələ dərc etmir.

İyunun əvvəlində MBNP-dən məlumat verilib ki, kompensasiya hesablanmış vətəndaşların 95,5%-nə ödənişlər edilib ki, bu da cəmi ayrılmış məbləğin 91,4%-ni təşkil edir.13 minə yaxın vətəndaşın müraciəti üzrə isə araşdırmalar davam edir ki, Palatada yaradılmış Apellyasiya Komissiyası çərçivəsində bu müraciətlərin növbəlilik prinsipi əsasında cavablandırılması təmin ediləcək. Lakin yaranan mənzərə onu deməyə əsas verir ki, müraciətlərə baxılmasının nə vaxt başa çatacağı barədə konkret nəsə söyləmək çətindir. Baxmayaraq ki, məlum fərmanın verilməsindən 8 ay, kompensasiyaların ödənişlərinə başlanmasından isə 6 aya yaxın vaxt keçir, vətəndaşların böyük bir qismi hələ də şikayət və müraciətlərinə cavab ala bilməyiblər.

Qeyd edək ki, MBNP-yə 2016-cı ildən 2018-ci ilin oktyabrına qədər qalmaqallı fəaliyyətilə yadda qalan Rüfət Aslanlı rəhbərlik edib. Hazırda isə qurumun İdarə Heyətinin sədri vəzifəsini İbrahim Alışov icra edir…

Xatırladaq ki, Prezident İlham Əliyevin fevral ayının 28-də fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb. Fərmana əsasən Azərbaycan Mərkəzi Bankı (AMB) fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 min ABŞ dollarınadək, milli valyutada isə 17 min manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında banklara 682 mln. manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etməlidir. Bir fiziki şəxsə ödəniləcək vəsaitin ümumi məbləği isə 5 min ABŞ dollarının manat ekvivalentindən çox olmayıb.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO