BNA-nın dayanma-durma oyunbazlığı... - Belə qayda yaratmırlar, narazılıq yaradırlar...

10:59 14.10.2019 440
BNA-nın dayanma-durma oyunbazlığı... - Belə qayda yaratmırlar, narazılıq yaradırlar...

Bakı Nəqliyyat Agentliyinin dayanma-durma qaydalarını pozan sürücülərə qarşı cərimə tətbiq etməsi, uzun müddətdir ki, ictimaiyyətdə sərt şəkildə tənqidlərə səbəb olur. Sürücülər bildirirlər ki, ilk növbədə BNA avtomobillərin qanuni park edilməsi üçün yerlər yaratmalı, təkliflər verməli, sonra bu cür cərimələri yazmalıdır. Eyni zamanda bildirilir ki, bu cür cərimələr BNA tərəfindən heç bir xəbərdarlıq edilmədən yazılır.

Qurumla sonuncu bu cür qalmaqal müğənni Aybəniz Həşimovanın arasında yaşanıb. Belə ki, A.Həşimova sosial şəbəkədə yazdığı statusda BNA-nın işçilərinin yazdığı cərimələrdən gileylənmiş, bunu biabırçılıq adlandırmışdı. Söyləmişdi ki, əgər marketlərin qarşısında maşın saxlamağa qadağanız varsa, onda zəhmət olmasa bunu insanlara bildirin. Onlar da bilsinlər ki, marketdən alış-veriş etmək üçün yalnız taksidən istifadə etməlidirlər:

“Ödəniş aparatı qoyulub bir neçə marketin qarşısına. İnsanlar orada pulu ödəyib, marketə daxil olurlar. Evə çatmamış isə artıq BNA-nın cəriməsi gəlir. Bunu necə başa düşək? Zəhmət olmasa bu yerlərə bir işarə qoyun, insanlar da bilsin ki, orada maşın saxlamaq olmaz”.

BNA-nın mətbuat katibi Mais Ağayev isə İTV-də yayımlanan “3D” verilişində qonaq olarkən, A.Haşımovanı tənqid edərək, bunları deyib:

“Əməkdar artist Aybəniz Həşimova səhər saat 7-8 arası bir status paylaşmışdı ki, BNA bizim insanlara həyətlərində belə maşın saxlamağa imkan vermir. Dərhal xanım müğənnimizlə əlaqə saxladım və avtomobilinin dövlət qeydiyyat nişanını istədim. Əməkdar artist avtomobilin nömrəsini verdi, sağ olsun. Baxdım ki, düz 4 yerdə qayda pozub. Sual verdim ki, bu ünvanların hansında yaşayırsınız? Heç birində. Biri restoranın qarşısıdır, biri gözəllik salonunun qarşısı, digəri isə ticarət mərkəzinin. Yəni bu gün mən restorana və ya başqa yerə gedirəmsə, mənim ora getməyimə görə ictimai nəqliyyatdan istifadə edənlər əziyyət çəkməməlidir”.

“Yeni Müsavat”a danışan nəqliyyat eksperti İlqar Hüseynli bildirib ki, əslində BNA ondan gözlənilənləri tam doğrultmadı:

“Əsas gözləntilər ondan ibarət idi ki, şəhər ərazisində ciddi infrastruktur imkanları yaradılacaq və BNA da buna hər hansı bir töhfələr verəcək. Eyni zamanda ölkənin ən ciddi problemlərindən olan parklanma ilə bağlı ciddi irəliləyişlərin olacağına ümid var idi. Lakin çox təəssüf ki, Bakı Nəqliyyat Agentliyi vətəndaşlara xidmət sektorundan daha çox, cərimə yazan, sürücülərin problemlərini artıran qurum funksiyasına gəlib-çıxdı. Bu qurum özünü ölkə ictimaiyyətinə dediyim formada təqdim edə bilib. Əgər biz məsələyə sırf qanunvericilik baxımından yanaşarsaq, dayanma və durma ilə bağlı qadağan olunan işarələrin olduğu yerdə sürücüyə cərimənin yazılmasında qanunsuz məqam yoxdur. Burada deyə bilmərəm ki, Bakı Nəqliyyat Agentliyi qanunu pozub. Əvvəllər məlum olduğu kimi bu məsələlərlə Azərbaycan Dövlət Yol Polisi məşğul olurdu. Ancaq dəyişikliklərdən sonra bu işlə məşğul olmaq bilavasitə Bakı Nəqliyyat Agentliyinin səlahiyyətlərinə verildi. O cümlədən də cərimələrin tətbiqi məsələsi də bu quruma tapşırıldı. Ona görə də işarələrin olduğu yerdə yazılan cərimələr, qanunvericiliyə uyğundur. Konkret olaraq Aybəniz Həşimovanın məsələsinə gəlincə isə burada da məsələnin qeyd etdiyim tərəfinə baxmaq lazımdır. Lakin məsələ başqadır”.

Ekspert bildirib ki, istər prospektlərin infrastruktur imkanlarının artırılması, istərsə də ölkədə ödənişli parklanmaların təşkili baxımından ciddi işlər görülmür:

“Şəhərdə nəqliyyatın durmadan artımı bu məsələlərdə də ciddi problemlər yaradır. Vətəndaş maşınını saxlayıb bir neçə dəqiqəlik aptekə, mağazaya daxil olur, qayıdanda isə cərimələrlə üzləşir. Yaxud da nəqliyyat vasitəsinin aparılması halları ilə üzləşirsə, sözsüz ki, narazı qalacaq və qalır da. Ona görə də öncə infrastruktur imkanları artırmaq lazımdır. Parklanma və dayanma-durma yerlərinin sayı nə qədər çoxalacaqsa, o qədər də vətəndaşların rahatçılığını təmin edib, cərimədən yaxa qurtarma hallarını artıracağıq.

Burada məsələ mübahisəlidir. Sözsüz ki, Bakı Nəqliyyat Agentliyini bu məsələ üzərində düşünməlidir. Onlar öz fəaliyyətlərini elə qurmalıdırlar ki, vətəndaşlar narazı qalmasınlar. Burada vətəndaş konkret olaraq qeyri-bərabər vəziyyətə salınıb. Çünki parklanma üçün yer yoxdur, bir tərəfdən də harada saxlayırsa, gəlib cərimə yazırlar. Yəni məsələyə vətəndaşların gözü ilə baxdıqda, onlar haqlı durumdadırlar. Ona görə ki, ilk növbədə maşın saxlamaq üçün şərait yaratmaq lazımdır. Bu şəraitə əməl edilmədikdə isə cərimə yazmaq haqqın var. Əgər dayanmağa başqa yer yoxdursa, insanlar nə etməlidirlər? Bütün bunlar nəzərə alınarsa, vətəndaşlarla BNA arasında yaşanan və davamlı hala gələn narazılıq aradan qalxar. Əks halda problem daha da genişlənəcək və narazılıqlar getdikcə artacaq”.

“Yeni Müsavat”
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO