Deputat gələn həftə istefa verəcək – Cəbrayılovun deputatlığı bitdi

12:35 28.09.2019 495
Deputat gələn həftə istefa verəcək – Cəbrayılovun deputatlığı bitdi



Deputat Rafael Cəbrayılov deputat vəsiqəsini girov qoyaraq külli miqdarda borc götürməsi, onun borclarının ümimilikdə bir neçə milyonu ötməsi barədə xəbərlər siyasi gündəmin əsas mövzularındandır.
“Yeni Sabah” xəbər verir ki, R.Cəbrayılov əvvəlcə Fətəliyeva Təranə Rasim qızından 300 min dollar borc alması müqabilində deputat vəsiqəsini girov qoyub. O, notarial qaydada təsdiq olunmuş şəkildə 9 sentyabr 2015-ci ildə Təranə Fətəliyevadan 300 min ABŞ dolları borc alıb, lakin ödəyə bilməyib.

Buna görə də Təranə Fətəliyeva Abşeron Rayon Məhkəməsinə müraciət edib və məhkəmə 15 fevral 2019-cu ildə iddiaçının xeyrinə qiyabi qətnamə qəbul edib. Rafael Cəbrayılov isə məhkəmənin qərarı ilə razılaşmayıb və apellyasiya şikayəti verib. Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Bu barədə məlumatlar xəbər portallarında yayılar-yayılmaz o da məlum oldu ki, deputat Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin müəlliməsi Xatirə Nəcəfovadan 300 min dollar borc alıb və qarşılığında deputat vəsiqəsini ona girov olaraq verib.

Başqa bir məlumata görə isə, Rafael Cəbrayılovun AG Bank ASC-yə ümumilikdə 2.222.232 ABŞ dolları (3.777.794 manat) və 326.848.80 min manat məbləğində kredit borcu var. Bu borc öhdəliyi ilə bağlı məhkəmə də keçirilib və prosesdə sözügedən məbləğin cavabdeh Cəbrayılov Rafael Kamil oğlundan AG Bank ASC-nin xeyrinə tutulmasına qərar verilib.

Beləliklə, millət vəkili Rafael Cəbrayılovun AG Bank ASC-yə 4.104.642, ayrı-ayrı şəxslərə (Təranə Fətəliyeva və Xatirə Nəcəfova) 1.020.000 manat, ümumilikdə 5.124.642 manat məbləğində borcu olduğu bəlli olur.

Göstərilən məbləğin deputat Rafael Cəbrayılovun borcunun yalnız bir hissəsini təşkil etdiyi, onun müxtəlif banklara və ayrı-ayrı şəxslərə yenə külli miqdarda borcu olduğu deyilir.

Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abıyev Rafael Cəbrayılovun 300 min ABŞ dolları borc qarşılığında deputat vəsiqəsini girov qoymasına münasibət bildirib. A. Abıyev açıqlamasında demişdi ki, hazırda deputatlar məzuniyyətdədirlər:

"Hazırda məzuniyyətdəyik, bir həftədən sonra məzuniyyət başa çatır. Yəqin ki, Rafael Cəbrayılovun deputat vəsiqəsini banka girov qoyması ilə bağlı məsələni məzuniyyətdən qayıdandan sonra müzakirə edəcəyik. Ancaq bununla bağlı əvvəlcə Milli Məclis rəhbərliyi ilə müzakirə aparılmalıdır. Müzakirə aparılandan sonra İntizam Komissiyasının müvafiq qərarı olacaq. Gəlin, hələ tələsməyək. Məzuniyyət bitsin, millət vəkilləri bir araya gəlsin ki, yığılıb müzakirə apara bilək".

YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov isə bildirib ki, deputat vəsiqəsini girov qoymaq ən azı cinayətdir:

"Xalq verib bu mandatı deputata. İnsanlar, cəmiyyət seçib, etibar edib, həmçinin, xalq təmsilçisi kimi parlamentə göndəriblər. Hər hansısa şəxsi marağa görə, nəinki şəxsiyyət vəsiqəsini, hansısa sənədi, deputat vəsiqəsini girov qoymaq ən azı cinayətdir. Bu məsələyə ancaq İntizam Komissiyası baxa bilər, o da ancaq MM sədri təklif verərsə. Bizim daxili nizamnaməyə görə, parlamentin sədri bununla bağlı İntizam Komissiyasına müraciət edir. İntizam Komissiyası da baxır, araşdırır və əgər belə fakt ortaya çıxırsa, o zaman İntizam Komissiyası bunu parlamentə çıxarır. Parlamentin qərarı ilə Mərkəzi Seçki Komissiyasına göndərilir və deputat mandatdan məhrum olunur”.

Siyavuş Novruzov həmkarını bu proseduru gözləməməyə və istefa verməyə çağırmışdı.

Rafael Cəbrayılov özü isə Real TV-yə açıqlamasında mətbuat konfransı keçirəcəyini və jurnalistlərdən onun açıqlamalarını geniş işıqlandırmağı xahiş etmişdi.

AzNews.az-a kifayət qədər mötəbər mənbələrdən daxil olan məlumata görə, siyasi hakimiyyət və mənsub olduğu partiya Rafael Cəbrayılovla bağlı artıq qərar verib və onun deputat vəsiqəsini girov qoyaraq borc almasını bağışlamaq fikrində deyil:

"Gələn həftə Milli Məclisin payız sessiyası başlayacaq. Cəbrayılov deputat səlahiyyətlərinə xitam verilməsi üçün parlamentə müraciət edəcək. Diqqət etdinizsə, Siyavuş Novruzov da ona məhz bunu təklif etmişdi. Siyavuş Novruzovun bu təklifini hakim partiyanın ümumi mövqeyi kimi qarşılamaq olar”.

Xatırladaq ki, Milli Məclisin payız sessiyasının ilk plenar iclası bazar ertəsi, yəni sentyabrın 30-da keçiriləcək. Ehtimal etmək olar ki, Cəbrayılov istefa ərizəsini parlament rəhbərliyinə ya toplantıdan əvvəl, ya da iclas başlayan zaman təqdim edəcək.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO