Azərbaycanda vəhşi heyvan saxlayan şəxslərə xəbərdarlıq olunub

17:38 27.09.2019 541
Azərbaycanda vəhşi heyvan saxlayan şəxslərə xəbərdarlıq olunub

Bakıda Böyük Britaniya vətəndaşını meymun dişləyərək xəsarət yetirməsi xəbəri narahatlıqla qarşılanıb.

"Report" xəbər verir ki, 58 yaşlı əcnəbi vətəndaş dərhal həkimə müraciət edib və ona zərdab vurulub.

"Report" məsələ ilə bağlı Respublikanın Baş Dövlət baytarlıq müfəttişi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) şöbə müdiri Qalib Əbdüləliyevin fikirlərini öyrənib. Q.Əbdüləliyev ölkədə vəhşi heyvanların ev şəraitində saxlanılması ilə bağlı baytarlıq tələblərinin “Heyvanlar aləmi haqqında” qanunla tənzimləndiyini vurğulayıb: "Mövcud qanunvericiliyə görə, bu tələblər heyvanların xəstəliklərdən mühafizə edilməsi, dövri olaraq peyvəndlənməsi, qeydiyyatının aparılması, növündən asılı olaraq pasportlaşdırılmasından ibarətdir".

Q.Əbdüləliyev qeyd edib ki, evində, yaxud obyektində vəhşi heyvan saxlayan hər bir şəxs onu AQTA-nın regional bölməsində qeydiyyatdan keçirməlidir: "Heyvanlara ərazi üzrə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Agentlikdə qeydiyyatdan keçmiş baytarlıq klinikaları tərəfindən baytarlıq xidməti göstərilməlidir. Dövri olaraq heyvanlar peyvənd olunmalı, dezinfeksiyaedici maddə və qurd əleyhinə dərmanlardan istifadə edilməlidir. Heyvanı incitmək, ac saxlamaq, cinsi aktivliklə əlaqədar fəallığına kənar təsirlər göstərmək, bəzi hallarda təbii xüsusiyyətində müşahidə olunan mövsümü passivlik və aktivlik dövrünün qarşısını almaq olmaz.

Bu cür hallar heyvanların aqressivləşməsinə, həm özlərinin, həm də ətrafdakı insanların sağlamlığına təsir göstərə biləcəyinə diqqət çəkən AQTA rəsmisi əlavə edib ki, qanunvericiliyə görə heyvanları 18 yaşından yuxarı insanlar gəzdirə bilərlər: "Bu zaman heyvanın növündən asılı olaraq həm yedək, həm də ağızlıqdan istifadə edilməlidir".

O vurğulayıb ki, heyvanlardan insanlara keçə biləcək bəzi potensial xəstəliklər var: "Məsələn, quduzluq, brusellyoz və qarayara xəstəlikləri misal göstərə bilərik. Bundan başqa helmint xəstəlikləri də var ki, heyvanlar tükləri və təbii ifrazat vasitəsilə onların yumurtalıqlarını yaya bilərlər. Bunun qarşısını almaq üçün heyvanın saxlanıldığı ərazidə xəstəlik riskindən asılı olaraq baytarlıq-sanitariya tədbirləri aparılmalıdır.

Əgər heyvan insanı dişləyibsə, yaxud hər hansı zədə və ya yara yaradıbsa ilk növbədə həmin ərazi üzrə səhiyyə təşkilatına müraciət etmək lazımdır. Bu zaman səhiyyə təşkilatı dərhal hadisəyə reaksiya verməli, yaranmış zədə və yaxud heyvanın sağlamlıq vəziyyətindən asılı olaraq müvafiq tədbirlər görməlidir".

Qeyd edək ki, mövzu ilə bağlı bu ay "Report" material dərc etmişdi.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO