“Leş mafiyası”nın əlaqəli olduğu restoranların adı niyə açıqlanmır? - İLGİNC

17:00 17.09.2019 431
“Leş mafiyası”nın əlaqəli olduğu restoranların adı niyə açıqlanmır? - İLGİNC

Qidaya yararsız, ölmüş iri buynuzlu mal və at ətlərinin toplanması, tədarükü və emalı ilə məşğul olan dəstənin həbsi ictimai rezonansa səbəb olub. Bir neçə gündür ki, bu məsələ sosial şəbəkələrdə müzakirə mövzusudur.
“Yeni Sabah” xəbər verir ki, hadisəyə ictimai diqqətin bir səbəbi də “Leş Tofiq” ləqəbilə tanınan Alıxan Rzaxanovun rəhbrəlik etdiyi dəstənin ifşasından sonra restoran və kafelərdə ət məhsullarından hazırlanan yeməklərin bahalaşmasıdır. İnsanlarda şübhələr yaranıb ki, “Leş Tofiq” və dəstəsi restoran, kafe və şadlıq sarayları ilə işbirliyində olub.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun açıqlaması isə bu şübhələrin əsassız olmadığına əminlik yaradıb. Eyyub Hüseynov saytımıza açıqlamasında bildirmişdi ki, “Leş Tofiq” və dəstəsinin əsas müştəriləri restoran, kafe və şadlıq sarayları olub.

Bu açıqlamadan sonra ictimaiyyət “leş mafiyası”nın işbirliyində olduğu iaşə obyektlərinin adlarının açıqlanmasının zəruriliyini önə çəkir və istintaq orqanının bu barədə geniş məlumat verməsini tələb edir. Lakin hələ ki, bu barədə heç bir açıqlama verilməyib.

“Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev Yenisabah.az-a bildirib ki, bu məsələdə tələsmək olmaz. “Təbii ki, jurnalistlərin, vətəndaşların məlumat almaq hüququ var. Lakin bu kifayət qədər ciddi məsələdir. Ona görə də tələsmək olmaz. İstintaq nə zaman lüzum görərsə, o zaman müəyyən detallar açıqlana bilər.

Bilirsiniz, belə məslələrdə dozadan artıq məlumat veriləndə bu istintaqın gedişinə təsir edə bilər. İstintaq yanlışistiqamətə yönələ bilər. Ona görə də mən müstəqil şəkildə araşdırma aparan media nümayəndələrinə də tövsiyyə edrədim ki, əldə etdikləri məlumatları yaymamışdan əvvəl istintaq orqanının razılığını alsınlar. Əks halda yaydıqları məlumatdan sonra baş verə biləcək hər hansı hadisə ilə bağlı onlar məsuliyyət daşıyır”,- deyə Şəmsəddin Əliyev vurğulayıb.

Birlik sədri həmçinin qeyd edib ki, bu kimi hallara qarşı mübarizədə vətəndaşlar da fəal olmalıdır: “Əgər biz vətəndaş cəmiyyəti qurmuşuqsa, o zaman vətəndaşlar da bu kimi məsələlərdə fəallıq nümayiş etdirməli, dövlət qurumlarına yardım etməlidirlər. Əvvəllər İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi var idi. “OBEXESS” kimi tanınan qurumu nəzərdə tuturam. Bu qurumun əməliyyatlar məlumatlarının əhəmiyyətli hissəsi vətəndaşlardan daxil olurdu.

Müvafiq dövlət qurumları da vətəndaşlarla işləməyi bacarmalıdır. Məsələn, indi Qida Təhlükəsizliyi Agentliyi var. Bu qurum vətəndaşlarla sıx əlaqədə olmalı, onlarla işləməlidir, bunu bacarmalıdır”.

Eyyub Hüseynov bu məsələdə din xadimlərinin də fəallıq etməyə çağırmışdı. İlahiyyatçı Elşad Miri Eyyub Hüseynovun çağırışına dəstək verdiyini deyir. “Leş əti həm insan sağlamlığına zərər verdiyinə, həm də “Quran”la qadağan edildiyinə təbii ki, dindarlar da bu məsələyə biganə qalmamlıdır.

“Quran”ın “Maidə” surəsinin 3-cü ayəsində aydın şəkildə buyurulur ölmüş heyvan əti haramdır. Dəniz heyvanları istisnadır. Lakin qanı axmamış digər heyvanlar leş sayılır və onların yeyilməsi, tədarükü, satışı haramdır”,- deyə ilahiyyatçı bildirib.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO