Şabranda icra başçısı dəyişsə də... - GİLEY

16:37 16.09.2019 463
Şabranda icra başçısı dəyişsə də... - GİLEY

Keçən ilin avqust ayında Şabranın küçələrinin həddindən artıq bərbad gündə olması haqda ölkənin əksər mətbu orqanları yazmışdı və bu şikayət böyük rezonans doğurmuşdu.

DİA.AZ xəbər verir ki, yazıda ələlxüsus dahi ədiblərin – Nizaminin və Füzulinin adını daşıyan küçələrdəki vəziyyətin qətiyyən dahi şairlərin adına yaraşmadığı vurğulanırdı. Xatırladaq ki, həmin şikayətdə bildirilirdi ki, nə köhnə icra hakimləri, nə də ozmankı icra başçısı Novruz Novruzovun vaxtında Füzuli küçəsinə asfalt çəkilməyib və çəkilmir, Nizami küçəsi də bərbad durumdadır:

“Şabran şəhərinin Heydər Əliyev prospektinin cüzi bir hissəsini saymasaq, rayonun bütün küçə və yolları həddindən artıq bərbad vəziyyətdədir. “Stansiya”ya – Şabran dəmiryolu vağzalına yaxınlıqda yerləşən Füzuli və Nizami küçələri adama daha çox 1941-1945-ci illər müharibəsindən sonrakı ilk illərə xas kimsəsiz, boz və yeknəsəq mənzərələri xatırladır. Bu baxımdan müharibədən kino çəkmək istəyən kinostudiya təbii fon üçün heç bir qəpik də xərc çəkmək istəmirsə, tam uğurla Şabranın bu hissəsini seçə bilər. Şabranın, stansiyaətrafı yerləri isə Afrika və Hindistan küçələrini xatırladır. Füzuli küçəsinin sakinləri yollarının bərbad olması səbəbindən yayda toz-torpaqdan, qışda isə palçıqdan əziyyət çəkirlər. Payızın gəlişi, yağışların başlaması ilə yol palçıqlı və keçilməz hala düşür.

Səngəri xatırladan küçədə yaşayan sakinlər yağışlar yağanda bu küçələr təmir olunmadığından həmin ərazidən keçmək lap müşkülə çevrilir. Hətta taksi sürücüləri Füzuli küçəsinin lap bərbad, kələ-kötür olduğundan buraya gəlmək belə istəmirlər”.

Bu problem mediada geniş işıqlananadan sonra məsələ ilə bağlı Şabran rayon İcra Hakimiyyəti müəyyən addımlar atmağa başladı. “Stansiya” adlanan ərazisindəki Nizami küçəsində 3 aya da olsa bardür,səkiyə daş plitələr düzdülər,ərazidəki dəhşətli zibil yığnağı müvəqqəti təmizləndi. Bir neçə gün əvvəl isə Nizami küçəsinin müəyyən hissəsinə qədər asfalt örtüyü çəkilib.Ən maraqlısı odur ki,bu küçəyə yol boyu işıq dirəyi çəkiblər,amma dirəklərə nə plafonlar qoyublar ,nə də ümumiyyətlə elektrik xəttini qoşublar. Sadəcə dirəkləri basdırıblar vəssalam.Bununla sanki küçə işıqlanacaq.

Füzuli küçəsində isə asfalt çəkməyi icra hakimiyyəti lazım bilməyib, küçəyə sadəcə bir neçə maşın daş töküb yaydılar və buunla iş bitdi.

Füzuli küçəsində yol necə acınacaqlı durumda idisə indi də elədir.Bu küçəyə asfalt çəkilməsinə böyük ehtiyac var.Ələlxüsus nəzərə alsaq ki,payızın gəlişi ilə bu küçənin palçıqlı,demək sakinlərin əzablı günləri başlayır.Həmçinin bu küçədə işıqlandırma sistemi ümumiyyətlə quraşdırılmayıb ki,sakinlər bundan çox əziyyət çəkirlər.

Belə ki, qaranlıqda küçədə göz-gözü görmür deyə tək çıxıb küçə ilə getmək qorxuludur və təhlükəlidir. Özü də nəzərə almaq lazımdır bu yol ilə intensiv olaraq avtomobillər hərəkət edir.Gecə vaxtı bu ərazilər zil qaranlığa qərq olur, itlər ulaşır,ərazi vahiməli bir yerə çevrilir.

Təbii ki,bu sakinlərdə haqlı narazılıq doğrurur.Düzdür sakinlər deyir ki, illərdir küçənin gecə vaxtı qaranlıq olmasını öyrəşiblər,amma onların bildirdiyinə görə 1 il əvvəl Nizami küçəsinə elektrik dirəkləri basdırılanda onlar seviniblər ki,artıq böyüklər qarışıq uşaqlar belə gecə vaxtı küçə ilə rahat gedib-gələ biləcəklər bu yolla.

Amma məlum olub ki,işıq dirəkləri elə-velə görünüş üçün qoyulub.Çünki indiyəcən elektrik dirəklərinə plafonlar belə qoyulmayıb.

Maraqlıdır şəhər büdcəsinə milyonlarla pyl ayrılır şabran işıq idarəsinin bu qədərişçisi var,niyə görəsən adi bir şeyi bu qədər uzadırlar.əgər işiq çəkməyəcəkdilər isə onda niyə dirəkləri basdiriblar

Füzuli küçəsinin isə belə bərbad vəziyyətdə olmasının əsas səbəblərindən biri “gözdəiraq”, diqqətdən kənar olmasıdır. Lakin 800 metr məsafətən artıq uzunluğu olan Füzuli küçəsi rayonun ən uzun və ən qədim ( 1940-1950) küçələrindən biridir.Bu müddət ərzində icra icra başçısısı dəyişdi (bu ilin aprelində Novruz Novruzovun yerinə Asif Hüseynov təyin olunub) amma problemlər olduğu kimi qaldı.

Doğrudanmı icra hakimiyyətinə bir balaca yolu çəkmək, 2 küçəni normal təmir etmək və onları işıqlandırmaq bu qədər çətindir?!Nəzərə alsaq ki,Şabranın abadlışdırılması üçün hər il dövlət büdcəsindən milyonlarla manat pul ayrılır.Digər bir problem isə isə 2-dən sonra Stansiya ərazisinə,həmçinin Şabranın digər yerlərinə avtobusun artıq işləməməsi,nəqliyyat problemidir.Bu səbəbdən şabranlılar 2-3-dən sonra bir qədər aralı məsafəyə,bazara,avtovağzala,harasa taksi ilə getmək məcburiyyətindədir ki,bu da heç də ucuz başa gəlmir onlara.

Yenə də ümid edirik ki, axır-əvvəl Şabranın icra başçısı bu “qlobal” problemlərin öhdəsindən gələcək və bu küçələri işıqlandıracaq ,şəhər daxili nəqliyyat problmeni həll edəcək ,yolları təmir edəcək ki,bununla vətəndaşları az da olsa sevindirəcək.Dia.az
.
Şabranda icra başçısı dəyişsə də... - GİLEY
Şabranda icra başçısı dəyişsə də... - GİLEY
Şabranda icra başçısı dəyişsə də... - GİLEY
Şabranda icra başçısı dəyişsə də... - GİLEY
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO