Əkbər Hacıyev də belə narazılıq yaradır... - GİLEY

16:37 11.09.2019 449
Əkbər Hacıyev də belə narazılıq yaradır... - GİLEY

Azərbaycan neft-qaz ölkəsidir, enerji ixracatçısıdır. Qonşu ölkələr vasitəsilə hətta bizim «mavi yanacağımızın» düşmən ölkəyə də çatdırılması barədə xəbərlər yayılıb ki, bu da Azərbaycanın özündə qaz təminatı sarıdan korluq çəkən ucqar kənd sakinlərində hiddət doğurub. Amma bu dəfə hiddətlənənlər hansısa ucqar dağ kəndinin deyil, paytaxt qəsəbələrindən birinin sakinləridir. Bakının Xəzər rayonunun Zirə qəsəbəsinin bir qrup sakini redaksiyamıza bildirirlər ki, dəfələrlə «Azəriqaz» İB-nə onların evlərinə qaz çəkilişi ilə bağlı müraciət etsələr də, xahişləri yerinə yetirilməyib. Mamed adlı iş icraçısı ortaya çıxaraq çəkiləcək olan 0,75 m diametrlik boru xətti üçün onlardan pul tələb edib. Əlacsız qalan sakinlər onun istəyi ilə hər dəfə 250 manat olmaqla iki dəfə pul yığıb ümumilikdə hərəyə 500 manat ödəyiblər. Lakin iş icraçısı verdiyi vədi tam yerinə yetirməyib: 0,75 diametr əvəzinə 0,5 diametrlik boru çəkdirib, ən son qoşulan evlər isə 0,25 diametrlik boru ilə xəttə birləşdirilib.Bununla belə hələ də xəttə qaz vurulmayıb. Redaksiya olaraq, məsələ ilə bağlı araşdrma apararkən, ilk növbədə Xəzər Rayon İcra Hakimiyyəti başçısının Zirə qəsəbəsi üzrə nümayəndəsi əvəzi Fikrət müəllimlə və qəsəbə bələdiyyəsinin sədri Anar Hüseynli əlaqə saxladıq. Amma onlar bu işdən xəbərlərinin olmadığını dedilər. Eyni cavabı müraciət etdiyimiz növbəti vəzifəli şəxsdən — RİH-nin iqtisadiyyat şöbəsinin müdiri Azər müəllimdən də aldıq. Daha sonra müraciət etdiyimiz «Azəriqaz» İB-nin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov isə nə qədər araşdırsa da, sözügedən ünvanda qaz xətti çəkilişinin hansı şirkət tərəfindən həyata keçirildiyini müəyyənləşdirə bilmədi. Belə çıxır ki, qəsəbədə qaz xəttinin çəkilişi üçün «Azəriqaz» İB ilə podratçı şirkət arasında müqavilə də yoxdur, xəttin çəkilməsinin texniki şərtləri də tərəflər arasında razılaşdırılmayıb. Sakinlər müraciətlərində xatırladırlar ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Milli Məclisin deputatı olanda onun seçiciləri olmuş, lehinə səs vermişlər. Onlar əmindirlər ki, çox hörmətli Mehriban xanım indi mandat daşımasa da, böyük anlamda millət vəkili statusunu itirməyib. O üzdən redaksiyamızdan xahiş edirlər ki, problemlərini ictimailəşdirmək yolu ilə Birinci vitse-prezidentin yüksək diqqətinə çatdırmağı xahiş etmişlər. \\deryaz.az//
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO