Məmurun istefaya getməsi partiyanın ona münasibətinin dəyişməsi üçün əsas deyil və ola bilməz - Əli Əhmədov

14:21 9.09.2019 468
Məmurun istefaya getməsi partiyanın ona münasibətinin dəyişməsi üçün əsas deyil və ola bilməz - Əli Əhmədov
Baş Nazirin müavini, YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədovun Trend-ə müsahibəsi:

- Əli müəllim, son dövrlərin əhəmiyyətli siyasi meyllərindən biri geniş spektrli siyasi qüvvələrin Prezident İlham Əliyevin yürütdüyü siyasəti dəstəkləməsindən ibarətdir. Bunun səbəblərini Siz nədə görürsünüz?

- Azərbaycanın inkişafı, uğurlarımız, əhalinin rifahının yaxşılaşdırılması istiqamətində atılan möhtəşəm addımlar göz qabağındadır. İnsanlar Prezident İlham Əliyevin siyasətini, onun nəticələrini yüksək qiymətləndirir. Biz bunu əhalinin bütün təbəqələrinin davranışında və baxışlarında hiss edirik. Hesab edirəm ki, dediyiniz geniş spektrli siyasi qüvvələrin hökümətin siyasətini dəstəkləməsi ilk növbədə bununla əlaqədardır. Onlar bununla dövləti, dövlətçiliyi partiya maraqlarından üstün tutduqlarını nümayiş etdirirlər. Mahiyyət etibarilə, Yeni Azərbaycan Partiyası onlarla siyasi rəqib olsa da, dövlətçilik maraqları naminə vahid mövqe nümayiş etdirilməsini alqışlayırıq.

Başqa bir səbəbi də vurğulamaq olar. Prezident İlham Əliyevin dövlət maraqlarının ən yüksək səviyyədə ifadə olunmasına və həyata keçirilməsinə yönəldilmiş siyasəti eyni zamanda həmin maraqlar naminə bütün siyasi qüvvələrin birliyini, dialoqunu və əməkdaşlığını həm nəzərdə tutur, həm də mümkün edir. Hakimiyyət milli maraqlar naminə konstruktiv mövqedə olan siyasi partiyaların vahid mövqeyinin formalaşmasını alqışlayır və bu zəmində əməkdaşlığa hazır olduğunu bildirir. Yaxşı haldır ki, siyasi partiyaların böyük bir qismi dediyim bu xətti dəstəkləyir və adekvat cavab verir. Nəticədə müxtəlif siyasi partiyaların ümummilli məsələlərdə vahid mövqeyinin yaranması, səmərəli əməkdaşlığı sahəsində ciddi irəliləyişlər əldə edilmişdir.

- Yeni Azərbaycan Partiyasının bir sıra tanınmış simaları milli maraqlar naminə hakimiyyətlə əməkdaşlıq mövqeyində olan partiyaları, onların rəhbərlərini yumşaq şəkildə desək, qeyri-səmimilikdə suçlayır, onları hətta düşmən adlandırmaqdan belə çəkinmirlər. Deputatlar Eldar İbrahimovun və Tahir Rzayevin bu məzmunda verdiyi müsahibələr partiyanızın mövqeyidir, yoxsa onların şəxsi mövqeyi?

- Mən qaldırdığınız məsələ ilə əlaqədar partiyamızın mövqeyini yuxarıda bildirdim. Bu gün ölkəmizdə həyata keçirilən siyasətdə milli birlik, milli həmrəylik ideyası mühüm yer tutur. Biz bunu sadəcə bəyanat kimi deyil, real siyasət olaraq qəbul edir və həyata keçirilməsi naminə real addımlar atırıq. Həmin fundamental dəyərlər naminə bütün insanların, siyasətçilərin, partiyaların və ya ictimai təşkilatların birləşməsinə nail olmağa çalışmağımız əsas vəzifələrdəndir. Dövlətçilik naminə əməkdaşlıq etdiyimiz hər kəsə və hər bir siyasi partiyaya hörmətlə yanaşırıq, onlara vətənini və dövlətini ürəkdən sevən insanlar kimi baxırıq. Düşünürəm ki, onları qeyri-səmimilikdə suçlamağa heç bir əsas yoxdur və partiyamız kiməsə belə bir səlahiyyət verməyib. Bu gün Milli Məclisdə təmsil olunan partiyaların nümayəndələri xalqın elçisidir, onun səsi ilə millət vəkili mandatını qazanıb. Hakim partiya kimi məmnunluğumuzu ifadə etmək istəyirəm ki, xalqın etimadı ilə Milli Məclisdə təmsil olunan ayrı-ayrı partiyaların nümayəndələri ümummulli məsələlərdə, islahatların həyata keçirilməsində Prezident İlham Əliyevi dəstəkləyir. Biz buna İlham Əliyevin yürütdüyü siyasətin bütün xalq tərəfindən dəstəklənməsinin daha bir ifadəsi kimi yanaşırıq. Bu, həqiqətən belədir. Azərbaycan siyasətində uzun illər tanınan həmin adamlar hörmət və nüfuz sahibləridir, partiya rəhbərləridir, ziyalılardır. Onlar əhalinin müəyyən qisminin maraqlarını ifadə edir və ölkəmizdə milli həmrəyliyin daha da möhkəmlənməsində əhəmiyyətli rol oynayırlar. Bunu görməmək və qiymətləndirməmək ədalətsizlik olardı.

- Əli müəllim, partiyanın vaxtilə yüksək vəzifə tutmuş keçmiş məmurlara münasibəti necədir?

- Uzun illər Yeni Azərbaycan Partiyasının iqtidarında vəzifə tutmuş bütün keçmiş məmurlara münasibətimiz onların vəzifədə olduğu dövrdəkindən fərqlənmir. Vəzifədə olarkən ciddi səhvlərə yol verdiyinə görə işdən kənarlaşdırılan və haqqında qanuna uyğun olaraq tədbirlər görülənlər istisna olunmaqla. Məmurun istefaya getməsi partiyanın ona münasibətinin dəyişməsi üçün əsas deyil və ola bilməz. İstefaya getmək onun cəzalandırılması deyil. Bizim hər birimiz nə vaxtsa istefaya gedəcəyik. Bunu normal yeniləşmə prosesi kimi qəbul etmək lazımdır və biz məhz belə edirik. İstefaya gedən və ya Milli Məclisə növbəti dəfə deputat seçilə bilməyən keçmiş millət vəkili yenə də bizim yanımızdadır, yenə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğur qazanmasına öz imkanları çərçivəsində dəstək verir. Onların xidmətləri və zəhmətləri də unudulmur. Əgər siz diqqətlə müşahidə edirsinizsə, həmin qəbildən olan insanlar partiyamızın keçirdiyi bütün tədbirlərdə iştirak edir, bizimlə bir sırada dayanır. Söhbət siyasi əqidədən gedir. Vaxtilə vəzifədə olan insanların hər biri Heydər Əliyev ideyalarına, İlham Əliyevin siyasətinə, dövlətə və dövlətçiliyə sadiq insanlardır. İstefaya çıxdıqdan sonra da onların hamısı həmin dəyərlərə sədaqətini saxlayırlar. Onlar bizim əqidə dostlarımız, yol yoldaşlarımızdır. Onlar bu iqtidarın təəssübünü çəkən, qədrini bilən, hər addımda onu dəstəkləyən hörmətli insanlardır.

Onu da demək istəyirəm ki, hər bir iqtidarın gücü həm də onun daxili əqidə birliyində, qarşılıqlı inam və hörmət mühitinin olmasındadır. Biz keçmiş məmurları əqidə və sədaqət baxımından indi vəzifədə olan məmurlardan fərqləndirmirik. Onların hər biri xalqını, dövlətini, dövlətçiliyi və prezidenti yolunda sədaqət və fədakarlıq göstərmiş və göstərən dəyərli insanlardır. Biz bir yerdə daha güclü oluruq.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO