Bakıda minlərlə manatlıq fırıldaq – Pulları götürüb aradan çıxdı – FOTOLAR,VİDEO

16:22 29.03.2018 794
Bakıda minlərlə manatlıq fırıldaq – Pulları götürüb aradan çıxdı – FOTOLAR,VİDEO
Taksi şirkəti tərəfindən aldadılan taksi sürücüləri aksiyaya davam edirlər.

Xəbər verdiyimiz kimi 200 nəfərə yaxın şəxs “Taksi Park” adlı şirkət tərəfindən aldadılıb. Şirkət internet üzərindən elan yerləşdirərək taksi maşınlarının günlük ödənişlə icarəyə verildiyini bildirib.

Bu elanı görən onlarla şəxs şirkətə gəlib, tələb olunan sənədləri və pulu veriblər.

Aldadılan şəxslərdən biri Əli Mahmudov bu formada taksi icarəyə verən şirkətlər olduğu üçün “Taksi Park”ın da bu təcrübəyə əsaslandığını güman edib: “Taksi maşınlarını bu cür icarəyə götürmək mümkün olduğu üçün, düşündüm ki, bu da onlardan biridir. Mənə möhürsüz bir müqavilə imzalatdılar, üzərində sadəcə Əliyev İbrahim Hidayət oğlunun adı var. Mən də 600 manatı onlara verdim. Burada elə adam var ki, günlük ödənişi az olsun deyə, 5000 manat ödəyib. 1 həftə sonra da, “müqaviləni itirmişik, gəl yenisini bağla” dedilər. Fevralın 27-dən bəri hər dəfə maşının nə zaman veriləcəyini öyrənmək üçün zəng edəndə bir bəhanə gətirdilər. Gah dedilər, 8 martdır, gah da Novruz bayramıdır, proses uzanır. Axırı mənə bir tarix dedilər, o tarixdə maşın bazarına getdim, gördüm ki, nə gələn var, nə də gedən… Sonda 27 martda ofisə getdim ki, hər kəs ora toplaşıb, ofisi də daşımağa çalışırlar, artıq kameraları yığışdırıblar”.

Bazar ertəsi keçirilən aksiyadan sonra adıçəkilən şirkətin iki məsul şəxsi saxlanılmışdı. Hazırda aksiyanın davam etməsinə səbəb də, bu iki şəxsin azadlığa buraxılmasıdır.

Aldadılan şəxslər bildirirlər ki, onlara işin gedişatı ilə bağlı heç nə deyilmir: “Bizdən şikayət ərizəsi yazmağımızı tələb etdilər, daha sonra zəng edib bəzi şikayətçiləri yenidən çağırıblar. Dünən saxlanılmış şəxslərdən biri barədə xəbər almışıq ki, buraxılıblar. Şirkətin ofisində əyləşən iki xanım əməkdaş isə hələ də tapılmır. Biz o xanımlara zəng edə bilirik, amma necə olursa onlar polisə çağırılmayıblar. Əlimizdə səs yazıları, faktlar var”.


Şikayətçilərin sözlərinə görə, onların sənədlərini polis bölməsindən çıxarmağa belə cəhd ediblər: “Bir də gördük ki, bölmədən bir adam çıxdı, əlində şirkətdən götürülmüş notebook, sənədlər və s. Arxasınca düşdük. Sənədləri əlindən aldıq, kimliyini soruşduq heç nə demədi. Yaxasından tutub polis bölməsinə tərəf apardıq, polislər də deyir ki, biz bu insanı tanımırıq. 28-ci polis bölməsindən Xəqani müəllim sənədləri ona gətirməsi üçün göndərib. Halbuki, bu adam bizə kimliyini və səlahiyyətini təsdiq edən heç bir sənəd göstərə bilmədi. Bizim işimizlə bağlı sənədləri əlindən alıb polisə təhvil verdik. 27-ci polis bölməsinin 1-ci otağından, tədqiqatçının yanından sənədləri belə götürüblər.

Saxlanılıb daha sonra azadlığa buraxılan Elşən adlı şəxs də daha sonra gəldi və gördük ki bölmədən sənəd oğurlayanla göz qaş edir. Polis rəisi də, sənədləri oğurlayan adamı heç nə olmamış kimi sərbəst buraxdı.

Bu adam da seriya nömrəsinin sonu 300 olan “Porche” markalı maşına minib hadisə yerindən çox rahatca uzaqlaşdı. Bizim işimizin üstünü ört-basdır etməyə, faktları yığışdırmağa çalışdıqlarını düşünürük”.

Aksiya iştirakçıları məsələnin gündəmdə qalmasını istəyirlər: “Prezidentimizdən, yuxarı dairələrdən xahiş edirik, kömək etsinlər bizə, dərdimizə şərik olsunlar. Eləsi var ki, qızılını lombarda qoyub. İmkanı olan şəxs belə bir şirkətə heç müraciət edib, 500-600 manata maşın istəməz. Bura toplaşan hamı aşağı məvaciblə yaşayır. Bir cavab, bir hərəkət gözləyirik, bizə bir söz desinlər. Heç bilmirik, bizim işə kim baxır”.

Taksi sürücüləri onlara açıqlama verilmədiyi müddətcə aksiyaya davam etməkdə qərarlıdırlar.

Bakıda minlərlə manatlıq fırıldaq – Pulları götürüb aradan çıxdı – FOTOLAR,VİDEO
Bakıda minlərlə manatlıq fırıldaq – Pulları götürüb aradan çıxdı – FOTOLAR,VİDEO
Bakıda minlərlə manatlıq fırıldaq – Pulları götürüb aradan çıxdı – FOTOLAR,VİDEO
Bakıda minlərlə manatlıq fırıldaq – Pulları götürüb aradan çıxdı – FOTOLAR,VİDEO
Bakıda minlərlə manatlıq fırıldaq – Pulları götürüb aradan çıxdı – FOTOLAR,VİDEO
Bakıda minlərlə manatlıq fırıldaq – Pulları götürüb aradan çıxdı – FOTOLAR,VİDEO
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO