Sirus Qoçqaninin “Milana” hospitaldan qovulmasının pərdəarxası - İLGİNC

10:38 5.09.2019 457
Sirus Qoçqaninin “Milana” hospitaldan qovulmasının pərdəarxası - İLGİNC

“Baku Medical Plaza”da plastik əməliyyatlar gerçəkləşdiriən Sirus Qoçqani Xətai Rayon Məhkəməsinə iddia ərizəsi təqdim edib və ictimai vəkil Samir Zeynalovun cərimələnməsini, onun barəsində mətbuatda yazılanların təkzib edilməsini istəyir. İddia üzrə baxış sentyabrın 12-də, hakim Aygün Həsənovanın sədrliyi ilə keçiriləcək.

Sirus Qoçqani 2019-cu ilin mayında həkim Sona Gürgün Vəliyevanı əməliyyata götürüb. Əməliyyat acı sonluqla başa çatıb, Sona Gürgün Vəliyeva əməliyyat masasında dünyasını dəyişib. Bundan sonra həmin xəstəxanada plastik əməliyyatlar gerçəkləşdirən Sirus Qoçqanin adı növbəti qalmaqalın əsas fiquru kimi yenidən mətbuatın gündəminə qayıtdı. Məlum oldu ki, Sona Gürgün Vəliyeva Sirus Qoçqaninin əli altında dünyasını dəyişən ilk pasiyent deyil. 2 il əvvəl Sirus Qoçqani daha bir ölüm işində əsas fiqur kimi keçib. “Zəfəran” hospitalda 22 yaşlı model Leyla Oruclu Sirus Qoçqaninin etdiyi əməliyyatdan bir neçə saat sonra dəhşətli ağrılar içində dünyasını dəyişib. Məlum olub ki, Sirus Qoçqani modelin əməliyyata götürülməsinə əks göstərişlər olmasından xəbərdar ola-ola onu əməliyyata götürüb. Nəticə isə pasiyent üçün acınacaqlı olub. Sona Gürgün Vəliyevanın ölümündən sonra da bilinmişdi ki, onun da lipoksasiya əməliyyatına götürülməsinə əks göstərişlərdən Sirus Qoçqani xəbərdar olub. Buna baxmayaraq, pasiyent əməliyyat masasına qaldırılıb və ölüm qeydə alınıb. Modelin ölümündən sonra Sirus Qoçqani iş yerini dəyişməli olmuşdu. Hətta özünün psixoloji durumunda gərginlik yaranması haqda da məlumatlar vardı. Sona Gürgün Vəliyevanın ölümündən sonra Qoçqaninin iş yerini dəyişib-dəyişməməsi bilinmir, psixoloji durumu haqda da məlumatlar yoxdur.

Bunlar iranlı Sirus Qoçqaninin 2 Azərbaycan vətəndaşını əməliyyata götürməsi və həyatlarına son qoyan hərəkətləri haqda faktlardır. Sona Gürgün Vəliyevanın ölümündən sonra onun ailəsi ictimai vəkil Samir Zeynalova müraciət edərək ölüm işi üzrə günahkarların cəzalandırılmasına yardım etməsini xahiş ediblər. Olay ictimailəşib, Samir Zeynalov hüquq-mühafizə orqanlarına müraciət edərək məsələnin araşdırılmasını istəyib. Sirus Qoçqani isə ictimailəşən məlumatlara münasibət bildirməkdən yayınır, bunun əvəzində onun yaxın ətrafı ictimai vəkilə hədə mesajları yazırlar. Halbuki Samir Zeynalovun çıxışlarından əvvəl də Sirus Qoçqani haqda mətbuatda bu səpkili və daha sərt fikirlər, iddialar, hətta ittihamlar səsləndirilib.

Məsələn, 2017-ci ildə model Leyla Oruclunun ölümündən sonra Leyla Şıxlınskaya klinikasında çalışan cərrah Rafiq Dəmirçalov Sirus Qoçqani haqda “Bu həkim ildə bir neçə nəfəri öldürür” deyə bildirmişdi.

Onun axar.az saytına 2017.06.26-da dediklərindən sitat:

“İranlı estetik cərrah Sirus Qoçqanini ”Milana" hospitalından qovmuşdum. O, ildə az qala neçə nəfəri bu günə qoyur".

Eyni zamanda Rafiq Dəmirçalov feysbuk səhifəsində model Leyla Oruclunun ölümündə Sirus Qoçqaninin günahkar olduğunu yazmışdı. Sirus Qoçqani ilə bir yerdə işlədiyini, onu yaxşı tanıdğını qeyd edən Rafiq Dəmirçalov modelin ölümünə səbəb kimi həkim səriştəsizliyini göstərmişdi.

“İranlı estetik cərrah Sirus Qoçqaninin əməliyyat etdiyi 22 yaşlı model dünyasını dəyişdi. Burada ölümə səbəb əsasən həkim səriştəsizliyidir. Əvvəla gənc, həm də model olan bir qızı əməliyyata alarkən onun valideyinləri ilə məsləhətləşmə aparılmalı idi. Bunu etməyiblər. Pula görə belə işlər görmək olmaz”, - deyə Rafiq Dəmirçalov qeyd etmişdi.

Sirus Qoçqanini də dinləməyə, mövqeyini dərc etməyə hazırıq.
“Yeni Müsavat”
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO