Vaqif Əliyev qohumunun maliyyə fırıldaqçılığı ilə bağlı DANIŞDI - "hər kəsin qohumları arasında müxtəlif əməlli adamlar ola bilər"

15:28 31.07.2019 588
Vaqif Əliyev qohumunun maliyyə fırıldaqçılığı ilə bağlı DANIŞDI - "hər kəsin qohumları arasında müxtəlif əməlli adamlar ola bilər"

SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev bacanağının oğlu Nicat Qarayevin maliyyə fırıldaqçılığında iştirakı ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq gətirib.

- Vaqif müəllim, bu gün bir sıra saytlarda və sosial şəbəkələrdə sizin və ailə üzvlərinizin qohumunuz - bacanağınızın oğlu Nicat Qarayevlə əlbir bəzi maliyyə fırıldaqçılığında iştirakınız barədə məlumatlar yayılıb. Bu məlumatları necə şərh edərdiniz?

- İlk başdan deyim ki, həqiqətən mənim çoxsaylı bacanaqlarımdan biri Maarif Qarayevdir və onun Nicat adlı oğlu var. Məsələ burasındadır ki, mənim və ailə üzvlərimizin bacanağım və onun oğlu ilə təmaslarımız yox dərəcəsindədir. Onun nə işlə və kimlərlə gördüyü işlərdən xəbərsizik, ola bilsin və çox ehtimal bu belədir, o həqiqətən kimləri isə dələduzluq yolu ilə aldadıb. Təəssüf edirəm ki, bu dələduzluqda mənim və ailəmin adı hallandırılır.

- Bu fırıldaqçılıq barədə sizdə əvvəldən məlumat vardımı?

- Təxminən iki həftə bundan öncə mənim və həyat yoldaşımın telefonuna bir neçə zəng daxil oldu və zəng edən şəxslər Nicata böyük məbləğdə “faiz”ə pul verdiklərini və bu məsələni mənimlə müzakirə etmək istədiklərini, guya mənim və ailə üzvlərimin bu əməliyyatlardan xəbərdar olduğumuz barədə danışmaq istədiklərini bildirdilər. Mən onlara bütün bunlar barədə xəbərsiz olduğumuzu bildirdim və şikayətləri barədə hüquq- mühafizə orqanlarına müraciət etmələrini tövsiyyə etdim.

Baş vermiş dələduzluq hadisəsində mənim və ailəmin adının hallandırılmasıda maraqlı olan bəzi şəxslərin olması qənaətindəyəm, bu adamlar hadisəni ictimailəşdirməklə və mənimlə bağlamaqda maraqlıdırlar. Ehtimal edirəm ki, o adamların bəziləri Nicatla əlbir ola bilərlər.

O ki qaldı Nicatın əməllərinə, hər kəsin qohumları arasında müxtəlif amallı və əməlli adamlar ola bilər, bütün yaxın-uzaq qohumlarının bunda nə suçu ola bilər?

Onu da deyim ki, bizə olan telefon zənglərindən və danışmalardan sonra uyulun 15-də oğlum Orxan ailəmizin reputasiyasına təhdidlərə görə rəsmi olaraq Respublika Prokurorluğu yanında Korrupsiya İdarəsinə şikayətlə müraciət edib, sual edirəm, şikayətçilər niyə bunu etmirlər, xəbəri ictimailəşdirirlər?

- Nicat Qarayevin "Azfen" BM şirkətində çalışması və bu şirkət vasitəsi ilə böyük məbləğdə pulların nağdlaşdırılması barədə nə deyə bilərsiniz?

- Bu absurd fikirdir, "Azfen" 20 ildən çox müddətdə SOCAR və "Tekfen" şirkətlərinin təsisçiliyi ilə yaradılmış şirkətdir və ölkəmizdə həyata keçirilən ən böyük layihələrin mühüm iştirakçılarından biridir. Şirkət müvafiq qaydada səhmdarlar tərəfindən idarə olunur, hər il audit olunur, vergi orqanları tərəfindən yoxlanılır. Şirkətlə bağlı absurd fikirləri yalnız bəsit düşüncəli adamlar danışa bilər. Onu da deyim ki, şirkətin işgüzar etibarına xələl gətirməyə görə yoxlanmamış məlumat yayılması məsuliyyətini unutmaq lazım deyil.

Fürsətdən istifadə edərək kütləvi informasiya vasitələrinin təmsilçilərinə müraciət etmək istəyirəm, yoxlanılmamış, qərəzli məlumatın yayılmasına yol verilməsin, heç bir əsası olmayan xəbəri öncə yayıb, sonunda qarşı tərəfin mövqeyini dinləməyə hazırıq məntiqini qəbul etmək mümkün deyil.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO