"Azərbaycan Hava Yolları alverçilərlə iş görür?" - Müraciət

10:51 31.07.2019 444
"Azərbaycan Hava Yolları alverçilərlə iş görür?" - Müraciət

Mən neçə illərdir yazıram, deyirəm ki, turizm məntəqələrində insanları aldadırlar. Hər hansı bir istirahət məkanına paket satanda gərək 200-300 manat, bəzən daha çox əlavə pul alıb, kəf gəlsinlər. Üstəlik təyyarə biletlərini də qiymətindən xeyli baha satırlar. Qəribədir, kassalarda bilet olmur, amma bütün turizm məntəqələrində həmişə bilet tapılır...Bu nə deməkdir? Azərbaycan Hava Yolları alverçilərlə iş görür?
Nəhayət, Nəsimi rayonunda yerləşən "Like travel" adlanan turizm məntəqəsində məni və bir neçə nəfəri yaxşıca aldatdılar. Yox, artıq pul alıb turpaket satmadılar, heç bir qəbz-filan da vermədilər, sadəcə pulumuzu alıb üstündən su içdilər! Mənə və başqalarına fırıldaq gələn, pulumuzu alıb dələduzluq edən özünü baş direktor adlandıran Azər Şükürov adlı birisidir. O, məndən ailə üzvüm üçün və başqalarından cəmi 10.000 dollardan çox pul alaraq, əvəzində turizm paketi verməmiş, bir gecənin içərisində pulların başına necə daş salmışdırsa, səhəri gün heç birimiz ondan pulumuzu geri ala bilmədik. Şəxsən mən iyulun 26-da 1070 dolları ödədim, iyulun 27-də məlum oldu ki, Azər Şükürov fırıldaqçıdır, dələduzdur! Mən və pul ödəyən bir neçə şəxs iyulun 27-də məntəqəyə gedib pulumuzu tələb etdik. Azər Şükürov "bir saata pullarınızı qaytaracam" deyə-deyə, bizi səhərdən axşam saat 16-ya kimi ləngitdi. Gördük bu gədə pul qaytaran deyil, mən DİN-in 102 xidmətinə 2 dəfə zəng vurdum. Nəhayət Nəsimi rayonundakı 20 saylı polis bölməsindən mayor Ramil Əliyev gəldi və şikayətçilərlə birlikdə 20 saylı polis bölməsinə getdik. Mayor dələduz Azər Şükürovu polis bölməsinə öz maşınında gətirdi... Azər Şükürov orada da dedi ki, "bir-iki saata pulları qaytaracam". Polis mayoru Ramil Əliyev bu müddətdə bizimlə birlikdə gözlədi, puldan xəbər çıxmadı. Bu müddətdə heç bir izahat-filan almadı. Mən ona bildirdim ki, "bu pul verən deyil, nəhayət sənədləşməyə başlasanız yaxşıdır." Ramil Əliyev də cibindən 2000 dollar çıxarıb bizim yanımızda saydı və dedi ki, "bu sizin pulların bir hissəsidir, ondan almışam, qalanını da alım, hamınızı bir yerdə dəvət edib pullarınızı verəcəm". Zərər çəkənlər yuxarı orqanlara şikayət edəcəklərini bildirəndən sonra mayor hamımızın ərizə və şikayətlərini aldı. Gecə 23-dək yorğun, əsəbi gözlədik, pul gəlmədi, ki, gəlmədi! Mayor Ramil Əliyev dedi ki, "siz gedin, mən Azər Şükürovdan da izahat alıb, evinə buraxacam. Sabah- iyulun 28-i istirahət günüdür, birinci gün, yəni iyulun 29-da gəlib pullarınızı məndən götürərsiniz". Həmin gün zəng etdim, mayor bildirdi ki, "qaldı iyulun 30-u, ikinci günə". Dünən 5 dəfə mayor Ramil Əliyevə zəng vurdum, nəhayət dedi ki, "axşam 21-də sizə zəng vuraram, gəlib pullarınızı götürırsiniz". Axşam mayor telefonunu bağlamışdı... Bu gün üçüncü gündür pullardan xəbər yoxdur. Yaxşı, Azər Şükürov dələduz, fırıldaqçıdır, bəs polis mayoru bizi niyə aldadır?
Bildirməliyəm ki, mayor Ramil Əliyev hələ də işi istintaqa verməyib!..

Redaksiyadan: Bu məktubu saytımıza tanınmış publisist-jurnalist, Azərbaycanın ilk diplomatlarından olan fövqəladə və səlahiyyətli səfirimiz Xeyrəddin Qoca göndərib və saytda yayımlanması ilə bərabər məktubunun hörmətli daxili işlər naziri Vilayət Eyvazova göndərilməsini xahiş edib. Biz cənab nazirin bu məsələni şəxsi nəzarətinə götürəcəyinə və ümumiyyətlə vətəndaşların başına oyun açan turizm şirkətlərinə qanunlarımızın sərt üzünü göstərəcəyinə ümid edirik. Öncədən Xeyrədin müəllimin və öz adımızdan təşəkkür edirik. \\moderator.az\\
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO