“VTB Bank Azərbaycan” heç cür “qara zolaqdan” çıxa bilmir - 257 milyon manat ziyandadır

17:29 24.07.2019 495
“VTB Bank Azərbaycan” heç cür “qara zolaqdan” çıxa bilmir - 257 milyon manat ziyandadır

Azərbaycandakı Rusiya kapitallı banklardan biri olan "VTB Bank Azərbaycan” heç cür "qara zolaqdan” çıxa bilmir. İldən-ilə zərərini çoxaldan bankın demək olar ki, bütün göstəriciləri onu yaxın gələcəkdə yaxşı heç nə gözləmədiyindən xəbər verir.

"Marja.az” Bankın maliyyə hesabatlarına istinadla xəbər verir ki, 30 iyun 2019-cu il tarixində "VTB Bank Azərbaycan”ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 47 milyon 67 min manat təşkil edib. Bu, 2018-ci ilin sonu ilə müqayisədə 2 milyon 335 min manat azdır.

Kredit portfeli 8 dəfə(!) azalıb

Devalvasiyaların ən pis "vurduğu” banklardan biri olan "VTB Bank Azərbaycan”ın 2015-ci ilin sonunda kredit portfeli 364 milyyon manat idi. Ötən 3,5 il ərzində Bankın kredit portfeli 8 dəfəyə yaxın azalıb.

"VTB Bank Azərbaycan”da depozitlər də azalmaqda davam edir. 2019-cu ilin 1-ci yarısında Bankın depozit portfeli 1 milyon 622 min manat azalaraq, 57 milyon 102 min manata düşüb. Həmçinin, bu gün "VTB Bank Azərbaycan” 144 milyon manat cəmi aktivləri ilə ölkəmizdə ən kiçik banklardan biridir.

Ümumilikdə Rusiyanın "VTB Bank”ının Azərbaycanda törəmə bank açması ona xeyir gətirməyib. 2008-ci ildən fəaliyyət göstərən "Bank VTB Azərbaycan” ASC, müstəqil auditorun hesabatlarına görə, 2008-ci ildə 162 min manat, 2009-cu ildə 1 milyon 510 min manat, 2010-cu ildə 4 milyon 5 min manat, 2011-ci ildə 3 milyon 86 min manat,2012-ci ildə 2 milyon 293 min manat zərər edib. Bank 2013-cü ildə ilk dəfə 4 milyon 539 min manat, 2014-cü ildə isə 4 milyon 921 min manat xalis mənfəət əldə edə bilib. 2015-ci ildə yenidən "qara buludlar” bankın başının üstünü alıb və nəticədə "VTB Bank Azərbaycan” 2015-ci ildə 36 milyon 525 min manat, 2016-cı ildə 141 milyon 7 min manat, 2017-ci ildə 51 milyon 441 min manat, 2018-ci ildə isə 2 milyon 481 min manat xalis zərər edib.

Son 11 il ərzində "VTB Bank Azərbaycan” 242 milyon 510 min manat zərər, 9 milyon 460 min manat xalis mənfəət əldə etmişdir. Bankın 11 illik xalis zərəri 233 milyon 50 min manatdır.


Gəlirləri xərclərini ödəmir


2019-cu ildə də "Bank VTB Azərbaycan” gəlirlə işləmir. Yerli standartlar əsasında hazırlanmış hesabata görə, "VTB Bank Azərbaycan” 2019-cu ilin 1-ci yarısını 4 milyon 712 min manat xalis mənfəətlə başa vurub. Lakin bu mənfəət, Bankın gəlirli fəaliyyətindən qaynaqlanmır, sadəcə aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılmış xüsusi ehtiyatın bir hissəsinin azad olması hesabınadır. Hələ də Bankın gəlirləri xərclərini ödəmir. Belə ki, 2019-cu ilin yanvar-iyun dövründə "VTB Bank Azərbaycan”ın cəmi faiz və qeyri-faiz gəlirləri 6 milyon 480 min manat, cəmi faiz və qeyri-faiz xərcləri isə 10 milyon 253 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən bankın 3 milyon 773 min manat əməliyyat zərəri yaranıb. Lakin aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılmış xüsusi ehtiyatın 8 milyon 486 min manatının azad olması hesabına həm əməliyyat zərəri bağlanıb, həm də 4 milyon 712 min manat xalis mənfəət qalıb.

Yerli standartlar əsasında hazırlanmış hesabata görə, 30 iyun 2019-cu il tarixində "VTB Bank Azərbaycan”ın təxminən 257 milyon manat yığılmış zərəri var. Ötən il "VTB Bank Rusiya”nın Azərbaycandakı törəməsinə 265 milyon manat yardım edərək, nizamnamə kapitalını 51 milyon manatdan 316 milyon manata qaldırıb. Bu yardım sayəsində Bank məcmu kapital kəsirini aradan qaldıra bilsə də, onun fəaliyyətində hansısa ciddi dönüşə səbəb ola bilməyib.

Bu gedişlə, yəni aşağı kredit aktivliyi və güclü rəqabət şəraitində "VTB Bank Azərbaycan”ın maliyyə göstəricilərini artıracağı çətin görünür. Hələ ki, Bankın İdarə Heyətinin sədri Evgeniy Kirin, Azərbaycanda qanunların və məhkəmələrin mükəmməl olmadığından şikayət etməkdədir. O, Azərbaycanda bir sıra qanunların işləmədiyini, hüquqi alətlərin çatışmadığını iddia edir.

Lakin qeyd edək ki, digər banklar da eyni şəraitdə fəaliyyət göstərir. Ancaq buna baxmayaraq, daha aktiv və çevik siyasət aparmaqla hansısa nailiyyətlər qazana bilirlər. Bununla yanaşı, E.Kirinin söylədiklərində də həqiqət var və hamıya bəllidir ki, Azərbaycanın bank sektorundakı "oyun qaydaları” heç də hər zaman qanunlara və hüquqi alətlərə söykənmir…
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO