Fermerlər dad çəkir, KTN isə Hafiz Hacıyevlə uğraşır - GİLEY

14:56 24.07.2019 466
Fermerlər dad çəkir, KTN isə Hafiz Hacıyevlə uğraşır - GİLEY

“4 hektardan artıq ərazidə pambıq əkmişəm, amma tarlaya su verilməməsi səbəbindən kollar quruyur, əməyim heçə gedir”.

Salyan rayonunun Şorsulu kənd sakini Pərvin Sadıqov Ovqat.com-a açıqlamasında belə deyib.

Onun sözlərinə görə, rayonda su hər fermerə verilmir:

“Kim rüşvət verirsə, suyu da o ala bilir”.

Fermer Pərvin Sadıqovun pambıqçılığa meyllənməsi təsadüfi olmayıb. Prezident İlham Əliyevin 28 mart 2017-ci il tarixində respublikada pambıqçılığın inkişafına həsr olunmuş müşavirədə söylədiyi bəzi fikirlər Pərvin Sadıqovu da qollarını çırmalayıb bu işə girişməsinə təşviq edib. Əlində, ovcunda nə qədər pulu var, toplayıb pambıq əkininə yatıran Pərvin Sadıqov bu il acı sürprizlə qarşılaşıb. Məlum olub ki, Salyanda Prezidentin sözünü eşidən, onun iqtisadi prioritet hesab etdiyi sahələrə diqqət ayıran bir Allah bəndəsi yoxdur. Kür çayının sahillərində yerləşən bu rayonda kənd təsərrüfatı məhsulu yetişdirmək üçün su tapmaq mümkün deyilmiş. Baxmayaraq ki, Salyan rayonunda əkinçiliyin inkişafına ölkə başçısı xüsusi diqqət göstərib, su-meliorasiya işlərinə böyük vəsaitlər ayırıb. Təkcə bu ilin əvvəllərində Salyan və Sabirabad royanlarında qış otlaqlarının və tarlaların suvarılması üçün dövlət büdəcəsindən 30 milyon manat ayıran Prezidentin müvafiq Sərəncamında belə deyilir:

“Son illərdə respublikada pambıqçılığın, taxılçılığın, digər kənd təsərrüfatı bitkiləri və heyvandarlıq məhsulları istehsalının genişləndirilməsi məqsədilə müasir tələblərə cavab verən su anbarlarının, nasos stansiyalarının, suvarma kanallarının və digər su təsərrüfatı obyektlərinin tikilməsi on minlərlə hektar torpaq sahəsinin əkin dövriyyəsinə cəlb edilməsinə, aqrar sektorun inkişafına, ən mütərəqqi standartlar səviyyəsində aqroparkların və iri kənd təsərrüfatı müəssisələrinin fəaliyyətə başlamasına zəmin yaratmışdır. Aqrar sahədə aparılan uğurlu islahatlar nəticəsində bir sıra strateji məhsullara tələbatın yerli istehsal hesabına tam ödənilməsinə, ölkənin ərzaq təminatında xarici bazardan asılılığın azaldılmasına, ixracyönümlü məhsulların istehsal həcminin artırılmasına və bununla da regionların davamlı inkişafına nail olunmuşdur”.

Fermer isə pambıq sahələrini ildə iki dəfə belə suvara bilmir.

Həmsöhbətimizin bildirdiyinə görə isə, Salyan rayonunda su-meliorasiya tədbirləri adı altında yaradılan fürsətdən kiçik fermerlərin istifadə etmək imkanları yoxdur:

“Su balıqçılıq təsərrüfatları üçün yaradılan vətəgələrə verilir. Bizim kimi zavallı fermerlər isə ildə iki dəfə belə, təsərrüfatlarımızı suvara bilmirik. Balıqçılıq təsərrüfatları isə rayonun və respublikanın rəhbər şəxslərinə məxsusdur”.

Bununla əlaqədar, dəfələrlə rayon icra hakimiyyətinə şəxsən müraciət edən, KTN-nin qaynar xəttinə zəng edən fermerin şikayətinə isə baxan yoxdur. Ümidi hər yerdən kəsilən Pərvin Sadıqov çarəni saytımız vasitəsilə Prezdentə şikayət etməkdə görür:

“Cənab Prezident, Siz dəfələrlə etdiyiniz çıxışlarda pambıqçılığın inkişafı üçün əlaqədar qurumlara müvafiq göstərişlər veribsiniz. Hətta məhsullarlığı 20 sentnerə yüksəltməyi tapşırmısınız. Məhsuldarlığın yüksəlməsi üçün pambıq sahələri suvarılmalı, lazımi aqrotexniki tədbirlər görülməlidir. Biz isə min bir əziyyətlə ərsəyə gətirdiyimiz tarlaları suvara bilmirik. Sizdən xahiş edirəm ki, rayonlarımızda, o cümlədən Salyanda baş alıb gedən bu özbaşınalığın qarşısını alasınız”.

Qeyd edək ki, Prezidentin 2016-cı ildən bəri az qala bütün müşavirələrdə tapşırığına baxmayaraq, pamçıqçılıqda məhsuldarlığı 20 s/ha-ya yüksəltmək mümkün olmayıb. Ötən ilin göstəricilərinə görə, respublika üzrə bu göstərici 17.5 s/ha olub. Məhsuldarlıqda ən geridə qalan rayonlardan biri də Salyan rayonu idi - 14,5 s/ha. Yəni respublika ortalamasından hardasa 30% aşağı.

Bir çoxları bunun səbəbini Salyan torpağının pambıqçılıq üçün yetərli aqro-texniki mühitə uyğun olmaması ilə əsaslandırsalar da, fermer Pərvin Sadıqovun dilə gətirdiyi həqiqətlər məsələnin heç də təbii mühitdən qaynaqlanmadığını göstərir. Belə aydın olur ki, Salyan fermerlərinə pambıq yetişdirmək üçün əlverişli şərait yaradılmır, KTN isə…

KTN-də isə maraqlı kadr dəyişiklikləri baş verir. Və bu dəyişikliklər sanki zərurətdən deyil, kimlərəsə mesaj vermək xarakteri daşıyır. Belə ki, bir neçə gün öncə Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev nazir İnam Kərimovu rəhbərlik etdiyi nazirliyi xanımlar klubuna çevirməkdə ittiham etdiyi halda, KTN-dən onun çağırışına qeyri-adi cavab gəldi. Dünən nazirliyin yaydığı məlumata əsasən, Kənd təsərrüfatı naziri İnam Kərimov “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin (İH) üzvlərinin təyin olunması barədə əmr imzalayıb. Əmrə əsasən, səhmdar cəmiyyətinin sədri vəzifəsi Leyla Məmmədovaya tapşırılıb. Qeyd edək ki, Leyla Məmmədova həm də ötən ilin 15-də təsis olunan “Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin direktoru təyin olunmuşdu. Tam 1 ildən sonra eyni xanıma ikinci vəzifə. Belə görünür ki, bundan sonra KTN-də satan da, alan da eyni şəxs olacaq.

Fermerlərin isə canı cəhənnəmə!
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO