"Kim verib işdən qovulan bu adama makler səlahiyyətini?" - GİLEY

17:10 18.07.2019 459
"Kim verib işdən qovulan bu adama makler səlahiyyətini?" - GİLEY

Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, İlham Məmmədov küç.,26 ünvanda yaşayan SOCAR işçisi olmuş 3 uşaq atası (əlil) Ağəliyev Şahin Samil oğlu tərəfindən bir sıra dövlət qurumlarının rəhbərlərinə şikayət ərizəsi ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Əvvəcə bidirim ki, mən 2005-ci idən SOCAR-da 5-ci dərəcəli çlingər vəzifəsində işləmişəm.1995-ci ildən Xətai rayonun NZS qəsəbəsində qardaşımın evində 5 nəfərlik ailəmlə indiyədək kirayədə yaşamışam. Övladımın biri əlildir. Yaşadığım yerin yanında qonşular kimi mən də ev tikmək üçün 4 sot torpaq sahəsini hasarlayıb bağ kimi istifadə edirdim. Həmin ərazidən istifadə etmək üçün SOCAR-a yazdığım ərizəyə 2009-cu ildə cavab olaraq bildirdilər ki, ərazi sənaye obyekti olduğu üçün şəxsi istifadəyə vermək olmaz. Lakin yataqxana veriləcəkdir.O zaman SOCAR Neft kəmərləri İdarəsi rəisi Zöhrab da mənə söz verdi ki, narahat olma əgər sənin 4 sot torpağından kimsə şəxsi məqsəd üçün istifadə etsə, səninlə hesablaşacaq, halallıq alacaqlar.Budur, bir neçə gün əvvəl Xətai rayonun Babək prospektində, “Neft Emalı” Zavodunun yanacaq rezervuarları ilə “Arzu” şadlıq evi arasında olan, digər tərəfi NZS qəsəbəsindən İlham Məmmədov küçəsinin kəsişməsindəki 0,38 ha ərazidə yerləşən yüksək gərcinlikli iki nəhəng dəmir konstruksiyalı elektrik dirəklərinin yeri dəyişilmiş, həmin torpaq sahəsini isə eləcə də mənə məxsus olan və kənarları hasarlanmış 0,04 ha ərazi dağıdılmış və mənimsənilmişdir.Yəni mənim hasarımı özbaşına uçuraraq yenisini səliqə ilə tikmişlər. Tezliklə öyrəndim ki, mənə məxsus olan 4 sot torpaq sahəsinin Yusif adlı şəxs tərəfindən zəbt olunduğunu və SOCAR –ın sabiq Neft Kəmərləri rəisi olmuş Zöhrabdan aldığını bildim. Yusif mənə bildirmişdir ki, biz Zöhraba milyonlarla pul verib bu ərazini almışıq. Get, Zöhrabla haq-hesabını çək!. Etizaımı bildirdim və özümə yaxın adamalarla mübahisənin halallıqla yekunlaşmasını istədim. Ərazidə aparılan müzakirə zamanı torpaq sahəsini alan və ortalıqda olan əsas fiqur hesab edilən Yusif makler İlqarla mənim doğma dayılarım olan Asəfin, Alovun və dostum 1-ci qrup Qarabağ Müharibəsi əlili Daşdəmirin yanında etiraf etmişdir ki, bəli, bu torpağa görə biz Zöhraba çox ağır pul vermişik. Bu sahədə olan dəmir konstruksiyalı elektrik dirəklərinin yerinin dəyişilməsi üçünsə hər birinə 250000 manat pul vermişik. İkisinə isə 500000 AZN. Onu da bilin ki, bu torpağa görə pulları xərcləyənlər generallar və icra başçısıdır (adlarını çəkmədi). Ona görə də yaxşısı budur ki, sən burada bizimlə torpaq mübahisəsi eləmə!, Yoxsa səni atacaqlar içəri. Bildinmi?” Əgər mən bir SOCAR işçisi kimi bu torpaqdan qonşuluqda olan başqaları kimi 20 ildir ki, ev tikmək üçün istifadə edə bilmirdimsə, onda bu kənar şəxslər ( Yusif, İlqar və onun arxasında duran generallar) necə olur ki, SOCAR ın sənaye kateqoriyalı ərazisinə milyonlar verib sənəd ala bilirlər, elektrik dirəklərini özbaşına yarım milyon rüşvət verib yerini dəyişdirirlər, torpağı hasarlayıb ildırımsürətilə hansısa obyektin tikintisinə başlayırlar? Doğrudanmı ölkədə bu dərəcədə dərəbəylik baş alıb gedir?. Xatırladım ki, Babək prospektinin həmin ərazisində 1 sot torpağın qiyməti 100000 manatdır. Onu da xatırlatmaq yerinə düşərdi ki, torpağı adı hələlik bizə məlum olmayan generallara satan SOCAR Neft Kəmərləri İdarəsinin rəisi olmuş Zöhrab bir neçə il əvvəl Xətai rayon İcra Hakimiyyəti başçısısnın 1-ci müavini, əslən Gürcüstandan olan Zaməddin müəllimə qarşı fiziki kobudluq etdiyinə görə şəxsən SOCAR vitse-prezidenti Mikayıl İsmayılov tərəfindən işdən qovulmuşdur. İndi necə olur ki, həmin Zöhrab mənə məxsus olan torpaq sahəsilə birlikdə “Neft Emalı” zavodunun torpağını dədəsinin malı kimi satır? Kim verib işdən qovulan bu adama makler səlahiyyətini? Mən məsələnin aidiyyatı orqanlar tərəfindən dərhal araşdırılmasını və baş verən və verməkdə davam edən özbaşnalıqların dərahal dayandırlmasını və abadlaşdırdığım, bağ sahəsi kimi saxladığım ərazinin əvvəlki kimi mənə qaytarılmasını istəyirəm".(Dia.az)
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO