Kürdəmirin icra başçısı vətəndaşı dinləmək belə istəmir - "Ha sürünürəm, bir yerə çıxa bilmirəm..."

16:36 12.07.2019 512
Kürdəmirin icra başçısı vətəndaşı dinləmək belə istəmir - "Ha sürünürəm, bir yerə çıxa bilmirəm..."

“Normal kanalizasiya sistemi olmadığından evimiz çürüyüb, tökülür. Zirzəmisinə nə qədər su yığılıb. Ev özü də bir az çökəkdə yerləşir. Nəticədə, yaşanası vəziyyətdən çıxıb. Günü-gündən lap da betər duruma düşür”.

DİA.AZ bildirir ki, Kürdəmir sakini Elmira Həsənova belə deyir. Gənc yaşda həyat yoldaşını itirən Elmira xanım övladları ilə birgə yaşadığı evdən çıxarılıb. Deyir, uşaqlarını götürərək, doğulub böyüdüyü Kürdəmirə gəlib. Elə o vaxtdan canını dişinə tutub işləyib:

“Daha çox mövsümi işlərdə çalışırdım. Bağ-bostan, alaq, həyət-baca təmizliyi və s. Birtəhər böyütdüm uşaqları. Elə o zülmlə də bir balaca torpaq alıb, kiçik bir ev qaraltdım. İşləyib güclə, 8 ilə tikdim. Balalarımı böyütmüşəm, indi də ev uçub, başımıza tökülür. Baxan, maraqlanan yoxdur. Gəlib, baxsınlar, görsünlər, biz nə vəziyyətdə yaşayırıq. Hər şey yaxşıdır, insanlar əla yaşayır deməklə deyil ki… Qırılırıq, vallah”.

Elmira Həsənovanın bir övladı xəstədir. Deyir, onu həkimə, xəstəxanaya da apara bilmir. Pensiya yaşını artırmaqla isə onu alacağı məvacibdən də məhrum ediblər:

“Biz atlıyıq, o piyada. Hələ deyəsən neçə il 6 ay uzanacaq. Mən çatıram, o qaçır. Yaşlı adamam, daha işləyə də bilmirəm. Qızım boşanıb, qayıdıb. Evdəki uşaq da xəstə. İnanın, heç nədən yarımamışam. Ha sürünürəm, bir yerə çıxa bilmirəm”.

E.Həsənova deyir ki, artıq öz səhhəti də işləməyə imkan vermir. Sosial yardıma da müraciət edib.

“Sizə düşmür”, – cavabını alıb:

“Bu ölkədə bizim əlimiz hər şeydən üzülüb, bədbəxt olmuşuq. Yaşlı adamam, gedib harada işləyim, nə edim, bilmirəm. Ev də bir tərəfdən uçub-dağılır. Qalmışam belə. Biz səhər nə yeyəcəyimizi bilmirik, qaldı ki, ev təmir edək. Buna ümumiyyətlə, imkanımız yoxdur. Evin hər yeri çürüyüb. Döşəməyə ayaq basırsan, içəri batır. Deyirəm də, çürüyüb. Mən daha nə edim, bilmirəm, çarəsizəm. Keçən dəfə gecə yuxudan oyandım ki, çölə çıxım. Neçə yerdə ayağım döşəməyə girdi. Normal kanalizasiya sistemi olsa, evlərin altına su yığılmaz”.

Şikayətçi problemlə bağlı Kürdəmir Rayon İcra Hakimiyyətinə də müraciət edib. Deyir, baxan olmayıb. Heç məktublarına cavab da almayıblar:

“Xahiş edirəm, ya bizə normal bir şərait yaratsınlar, işləyək, pensiya alaq, dolanaq, ehtiyaclarımıza verək, ya da evimizi təmir etdirsinlər. İnanın, dolana bilmirik. Hamı sevinir ki, maaşlar artdı, vəziyyət düzələcək. Vallah, işsizə, bizə nə aidiyyatı? Biz sürünürük, yaşamırıq”. (DİA.AZ)
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO