Şirəliyev Cenevrədə: hansı ÜSA ölkəsində belə vandal səhiyyə var? - Video

16:09 23.05.2019 513
Şirəliyev Cenevrədə: hansı ÜSA ölkəsində belə vandal səhiyyə var? - Video

Hazırda İsveçrənin Cenevrə şəhərində Ümumdünya Səhiyyə Assambleyasının 72-ci sessiyası keçirilir.
Mayın 20-dən başlayan və 28-dək davam edəcək tədbirdə səhiyyə naziri Oqtay Şirəliyevin başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti də iştirak edir.
Anaxeber.info yazır ki, ancaq çətin ÜSA üzvü olan ölkələr siyahısında Azərbaycan qədər bərbad, rüsvayçı səhiyyəsi olan dövlətə rast gəlinsin.
Görəsən, hansı ÜSA üzvü olan ölkənin xəstəxanasında vətəndaşa iynə-dərman aldırır, tibb bacısından tutmuş həkiminə qədər dilənir, kütləvi şəkildə səhv diaqnoz qoyur, səhənkarlıqdan əməliyyat masasında insan ölür?
O.Şirəliyevin şəstlə oturub iştirak etdiyi sessiyada olanların xəbəri belə yoxdur ki, Azərbaycan səhiyyəsi insanlara zülm etməkdədir.
Bu günlərdə jurnalist Teymur Kərimovun onkoloji xəstə olan anasına pulsuz baxılmamasına görə nazirlik qarşısında aksiya keçirməsi, paltarını satışa çıxarmağa məcbur qalması faktı başqa hansı ÜSA dövlətində var?
Görəsən, O.Şirəliyev belə bir səhiyyə sistemi qurduğuna görə həmin konfransda özünə suallar verirmi? Görəsən, Azərbaycanın ÜSA-da əməkdaşlıq etdiyi Türkiyə, Avstriya, Belarusda belə səhiyyə varmı?
Səhiyyə nazirinin müavini Elsevər Ağayev nə zaman ictimaiyyətin önünə çıxaraq hər gün yüzlərlə prezidentə, mediaya göndərilən şikayətlərlə bağlı açıqlama verəcək, aydınlıq gətirəcək?
Bəs nə zaman dərmanların keyfiyyəti, tibbi sığorta haqda tez-tez şablon açıqlamalar verən baş nazirin müavini Əli Əhmədov ölkənin xəstəxanalarında baş verən dəhşətlərə gözünü açıb baxacaq?
Azərbaycanın təhsil, sosial təminat, maliyyə və digər sahələrindəki vəziyyət səhiyyədə olduğu qədər ağır deyil. Əhalinin sağlamlığı rəsmən təhdid altındadır və nazirlik yumruq, güc yolunu seçir, şikayət edəni polis çağırıb təzyiq göstərir.
Necə ki, jurnalist Teymur Kərimovu polis ərazidən uzaqlaşdırmışdı, bu günlərdə vətəndaş Məmmədov Rəfini də eyni qaydada polislə xəstəxanadan kənarlaşdırdılar.
Vətəndaş anasının ölümü ilə bağlı Sabunçu rayon 3 saylı şəhər klinik xəstəxanasında etiraz edir, Rasim həkimi anasının qatili adlandırır, prokurorluğa, Patoloji Anatomiya, Səhiyyə Nazirliyinə şikayət yazır, amma müraciətini araşdırmaq əvəzində onu polisə aparırlar.
İsveçrədə olan səhiyyə naziri vətəndaşların həkimlərdən, xəstəxanalardan olan şikayətini indi güc strukturu, hüquq-mühafizə orqanları ilə həll etmək yolu tutub.
R.Məmmədov bildirir ki, rüşvəti ondan alan anasını müalicə edən Rasim həkim olub. Əslində, Sabunçu rayon 3 saylı şəhər klinik xəstəxanasının morqa çevrildiyi çoxdan məlumdur və ora heç bir yaxınınızı aparmayın, sağ adam da ölü çıxır.
Necə ki, R.Məmmədovun anasının da başına eyni aqibəti gətiriblər: “Nazirliyə şikayət edəndə Rasim tülkü kimi gətirib 200 manat verir ki, mənim günahım yoxdur.
Qapıdan çıxanda pul, girəndə pul idi. Bir aydır burada mən pul tökürəm. Niyə anamı sağaltmırdılar? Rasim mənə deyir ki, götür ananı, öləcək.
Prezident səhiyyəyə milyonlar ayırır, mənə dərmanlar aldırırdılar. Səhiyyə Nazirliyi mənə məktub yazır ki, Rasim günahsızdır. Günahsızdırsa, Allah bəlasını versin.
Mənə restorandan yemək aldırıb özləri yeyirdilər. Anama baxmayıblar, Mahir və Rasim adlı həkimlər anamı öldürüblər”.
Onun odlu-alovlu şəkildə kameralar qarşısında çıxış etdiyi zaman xəstəxanadan çıxan daha bir pasient dediklərini təsdiqləyir: “Düz deyir, məni də bu günə qoyublar. Astma, qulaq xəstəliyim var. Baxan yoxdur, iynə-dərman pulunu kimdən dilənim?”
Anaxeber.info yazır ki, bu fakt bir nümunədir və Səhiyyə Nazirliyinə, prezidentə, mətbuata hər gün yüzlərlə belə şikayətlər göndərilir. R.Məmmədovun başına gətirilənlər, rüşvətxorluq, səhlənkarlıq bütün səhiyyə sistemini əhatə edib.
İsveçrədə ÜSA sessiyasını təşkil edənlər, O.Şirəliyevi ora dəvət edənlər Azərbaycan səhiyyəsi ilə maraqlanıb sonra çağırmalıydılar ki, biz ora layiqliyikmi, beyənlxalq səviyyədə olan səhiyyəmiz, tibbimiz varmı? Ən azından ABŞ-ın Bakıda yaşayan vətəndaşlarına apteklərdən dərman almamağa çağırışını xatırlamalıydılar.
Sirr deyil ki, rüşvətxorluq və total korrupsiya bu sistemi çökdürüb. Dövlətin yetərincə diqqət və qayğısına rəğmən Azərbaycan səhiyyəsi qonşu dövlətlərin səhiyyəsinə nisbətdə gülünc durumdadır.
Xəstəyə potensial qazanc mənbəyi kimi yanaşılan, insan talelərinin heçə sayıldığı bu sistemdə hər şey əlahəzrət pulun iradəsinə tabe edilib. Pulsuz xəstənin baxımsızlıqdan ölməsi Azərbaycanda sıradan bir hadisədir.
Ümumiyyətlə səhiyyədə formalaşan korrupsioner şəbəkə nəinki bu günümüzü, eləcə də xalqın gələcək genefondunu təhlükə altında qoyur. Keyfiyyətsiz dərmanlar, bu keyfiyyətsiz dərmanların lazım oldu-olmadı xəstələrə “sırınması” insan sağlamlığı üçün təhlükədir.
O.Şirəliyev hər şeydən öncə Azərbaycan vətəndaşının səhiyyəsinə inamını məhv etməyi bacardı- xəstələrimiz acınacaqlı durumda İranın, Gürcüstanın, Rusiyanın xəstəxanalarında dolaşırlar.
Şirəliyev həkimlərin tamamilə ələbaxan, cibəgirən vəziyyətinə düşməsi prosesini rəsmən yekunlaşdırdı, rüşvət Azərbaycan səhiyyəsinin devizinə çevrildi. Yeni tikilən, tam təmir olunan xəstəxanaların göz dağına çevrilməsi prosesi baş verdi.
El diliylə desək “neyniyirəm qızıl teşti, içinə qan qusum” məsəli reallaşdı. Dərman mafiyası qol qanad açdı, keyfiyyətsiz məhsullar, mənşəyi məlum olmayan kimyəvi preparatlar ömrümüzə balta çaldı.
Siyahını kifayət qədər uzatmaq olar. Çünki O. Şirəliyevin “xidmətlərini” öz həyatında dadmayan Azərbaycan insanı tapmaq mümkün deyil.
İmkanı olan müalicəsi üçün bu ölkədən başını götürüb qaçır.Azərbaycan səhiyyəsinin ən yaralı yerlərindən biri də savadsız kadrların xəstəxanalarda at oynatmasıdır.
Ürəyin yerinə böyrəyi, gözün əvəzinə qulağı müalicə edən, sol ayağın yerinə sağ ayağı kəsən həkimlərimizin “möcüzələri” bütün dünyaya əyandır. Bunun da kökündə yenə də təbii olaraq total rüşvət dayanır.
Ağına-bozuna baxmayaraq pulunu alıb xəstəxanalara doldurulan savadsız, təcrübəsiz həkimlər insan taleləri üzərində təcrübə keçirlər.
Ötən il iyulun əvvəlində baş verən enerji böhranından sonra prezident yanındakı müşavirədə ən sərt ittihamlar səhiyyə nazirinin ünvanına səsləndirildi. Adicə generator tapılmayan xəstəxanalarla səhiyyənin analoqsuz inkişafından danışan O.Şirəliyev ifşa olundu.
Düşünmək olardı ki, bu boyda biabırçılıqdan sonra O. Şirəliyev dərhal istefa verəcək, xalqdan və dövlət başçısından üzr istəyəcək. Amma gördüyünüz kimi, Cenevrədə sessiyada iştirak edir və səhiyyəmizin inkişafından danışır...
Anaxeber.info
Turan

Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO