Əjdahanın dostluğu: Çinlə tərəfdaşlıq Azərbaycana nə verəcək - TƏHLİL

17:40 6.05.2019 494
Əjdahanın dostluğu: Çinlə tərəfdaşlıq Azərbaycana nə verəcək - TƏHLİL

Bir müddət öncə Prezident İlham Əliyevin Çinə çox önəmli, önəmli olduğu qədər də məhsuldar bir işgüzar səfəri gerçəkləşmidi. Səfərdə əsas məqsəd Pekində keçirilən “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak idi. Amma səfər çərçivəsində ikitərəfli münasibətləri əhatə edən çox vacib görüşlər də baş tutdu. Cənab Prezident həm Çinin siyasi rəhbərliyi, həm də məşhur qlobal şirkətlərinə başçılıq edən şəxslərlə danışıqlar apardı.
Söhbət o şirkətlərdən gedir ki, onlar artıq Çinin dünyadakı “qlobal fabrik” imicini dəyişərək, onu texnoloji nəhəngə çeviriblər. Bu şirkətlərin çoxunun adları dünyanın hər yerində, eləcə də Azərbaycanda hər kəsə bəllidir – məsələn, Huawei, CETC, ZTE və sair. Dövlət başçımız istər Qərb, istərsə də Şərq ölkələrinə səfərləri zamanı yüksək texnoloji şirkətlərin rəhbərlərilə bir araya gəlir. Məsələn, biz hər il Davosda da onun Qərbin yüksək texnoloji şirkətlərinin rəhbərlərilə görüşlərinin şahidi oluruq. Hər şeydən əlavə, bu, xarici investorlara bir mesajdır ki, Azərbaycan da yüksək texnoloji sənaye qurmaqda maraqlıdır. Fərqi yoxdur, o investorlar Qərbdədirlər, ya Şərqdə!

Səfər zamanı Azərbaycan və Çin şirkətləri arasında müxtəlif istiqamətlər üzrə ümumi dəyəri 821 milyon dollar olan 10 sənədin imzalanması bu niyyətin nə qədər ciddi olduğunu göstərir. Hazırda Azərbaycan 43 faiz payla Çinin Güney Qafqazdakı əsas ticarət tərəfdaşıdır. Bu günə qədər Çin investorları ölkəmizə 800 milyon dollardan çox sərmayə yatırıblar. Bizim Çin iqtisadiyyatına qoyduğumuz investisiyaların həcmi isə 1 milyard 700 milyon dollara bərabərdir. Bunlar iki ölkənin münasibətlərinin səviyyəsini göstərən kifayət qədər ciddi rəqəmlərdirlər. Amma ən yaxın gələcəkdə həmin rəqəmlər xeyli artacaqlar. Çünki Azərbaycan Çinin həyata keçirdiyi ən önəmli qlobal layihələrdən olan "Bir kəmər, bir yol" təşəbbüsünə dəstək göstərən ilk ölkələrdən biridir. Bu dəstək ölkələrimizin arasındakı iş birliyini praktik olaraq, strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəldib.

Çinin qlobal iqtisadi siyasətindən danışanda vacib bir Şərq özəlliyini nəzərə almaq lazımdır. Bu nəhəng ölkə planetdəki geosiyasi maraqlarını da incə iqtisadi metodlarla təmin edir, Qərb dövlətləri - məsələn, ABŞ kimi,- sərt siyasi yollarla yox. Yəni Çinin qlobal siyasətini təhlil edəndə iqtisadi maraqların harada bitib, geosiyasətin harada başladığını göstərmək mümkün deyil. Belə bir xətt heç yoxdur da. Ona görə də, Azərbaycanın "Bir kəmər, bir yol" təşəbbüsünə ilk dəstək verən dövlətlərdən olması həm də böyük geosiyasi əhəmiyyətə malik idi. Və Çin bu dəstəyi adekvat qiymətləndirir. Bunu İlham Əliyevlə görüşündə Çin Xalq Respublikasının sədri Si Cinpinin dediyi sözlərdən də duymaq mümkün idi: “Cənab Prezident, Siz Çin xalqının çoxdankı dostusunuz, Çin-Azərbaycan münasibətlərinin və bütün sahələrdə əməkdaşlığın inkişafı üçün şəxsən daim səy göstərirsiniz. Mən bunu yüksək qiymətləndirirəm və Sizinlə sıx əlaqə saxlamağa, ikitərəfli münasibətləri birlikdə sağlam məcrada inkişaf etdirməyə hazıram”.

Dünyanın ikinci böyük iqtisadiyyatına malik bir dövlətin Azərbaycanı bu cür dəyərləndirməsi kifayət qədər ciddi mətləblərdən xəbər verir. Bu, onu göstərir ki, böyük geosiyasi güclər ölkəmizlə tərəfdaşlıqda, strateji münasibətlər qurmaqda maraqlıdırlar. Əgər Qərbə boylananda bu güc “Cənub Qaz Dəhlizi” ilə enerji təhlükəsizliyində vacib rol oynamağa başladığımız Avropa Birliyidirsə, Şərqdə verdiyimiz dəstəklə qlobal layihəsini reallaşdırmağa kömək etdiyimiz Çindir. Onların nəzərində Azərbaycan elə bir müttəfiqdir ki, birlikdə gələcəyə yönəlmiş böyük, strateji planların üzərində işləmək olar.

Çünki ölkəmiz həqiqi mənada müstəqil olduğundan, milli maraqlarına cavab verən tərəflərlə sona qədər sabit, etibarlı əlaqələri davam etdirir. “Bir kəmər, bir yol” isə elə bir qlobal layihədir ki, onu reallaşdırmaq üçün həm başqa güc mərkəzlərindən asılı olmadan müstəqil qərarlar verən, həm yaxşı nəqliyyat infrastrukturuna malik, həm də böyük layihələrin reallaşdırılması təcrübəsi olan dövlətlərlə əməkdaşlıq edilməlidir. Azərbaycan məhz belə dövlətdir. Ona görə üç il öncə rəsmi Bakının verdiyi dəstək, yəni, Çin “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumunun imzalanması Pekinin öz qlobal ideyasını həyata keçirə bilməsi üçün bu qədər önəmli idi.

Azərbaycanın iki nəqliyyat dəhlizinin kəsişməsində yerləşməsi bizim Çin üçün önəmimizi daha da artırır. Amma geosiyasətdə olan məşhur ifadə ilə desək, coğrafiya – taledir, tale isə böyük işlər görmək üçün kifayət deyil. Əgər Azərbaycan vaxtilə Transxəzər nəqliyyat dəhlizini inkişaf etdirməsəydi, bu gün Çinin yenilənmiş İpək yolunun taleyi də çətinə düşəcəkdi. Amma biz Xəzərdə güclü nəqliyyat donanması yaratmaqla bunu bacarmışıq. Prezident İlham Əliyevin forumda dediyi kimi, coğrafi mövqeyimizdən bəhrələnərək Asiya ilə Avropa arasında körpülərin qurulmasına investisiya yatırdıq. Nəticədə, açıq dənizə çıxışı olmayan ölkə olmağımıza baxmayaraq, biz Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirmişik. Bu, doğrudan da böyük nətcədir.

Azərbaycanın ilk ölkələrdən biri olaraq qoşulduğu Təşəbbüsü hazırda 150 ölkə dəstəkləyir ki, bu da praktik olaraq onun bütün dünyanı əhatə etdiyini göstərir. Demək, Azərbaycan artıq regional səviyyədən qalxaraq, dünya miqyaslı layihələrdə həlledici rol alan, buna görə qlobal güclərlə tərəfdaşlıq edən bir dövlətə çevrilib.
Azvision.az
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO