Burada hər şey baha olsa da insan sağlamlığı, taleyi çox ucuzdur... - İTTİHAM

16:50 29.04.2019 573
Burada hər şey baha olsa da insan sağlamlığı, taleyi çox ucuzdur... - İTTİHAM

Zaqatalalılar 2008-ci il sentyabrın 19-nu yaxşı xatırlayırlar. Çünki,həmin gün onların həyatında unudulmaz bir gündür.Belə ki, rayona səfərə gələn prezident İlham Əliyev Zaqatala Müalicə-Diaqnostika Mərkəzinin açılışını edərək sakinlərinin istifadəsinə verib. Təkcə Zaqatala üçün deyil,ətraf rayonlar üçün də böyük əhəmiyyət daşıyan Mərkəzin fəaliyyətə başlamasının sevinci elə də çox çəkməyib. Dövlət tərəfindən vətəndaşların sağlamlığı üçün nəzərdə tutulan Mərkəz çox keçməmiş bir çoxları üçün qazanc mənbəyinə çevrilib. Zaqatala Müalicə-Diaqnostika Mərkəzində baş verənlərlə bağlı Rubrika.az saytına ilginc məlumatlar daxil olub.
Verilən məlumatlarda bildirilir ki,Mərkəzin baş həkimi Nəriman Əfəndiyev özünə yaxın bir qrup həkimlə birlikdə Zaqatalada “səhiyyə bazarı” açıb. Xəstələrin yağmalanmasına elə girişdəncə başlanılır. Hər hansı həkimin qəbuluna düşmək üçün talon almaq gərəkir. Təbii ki, talonu da havayı vermirlər. Daha sonra isə əsl həngamə başlanır. Rubrika.az saytına danışan sakinlər bildirir ki, UZİ aparatında bir orqnın müayinəsi 15 manatdan başlanır. Allah eləməmiş başqa bir müayinəyə də ehtiyac yaranarsa məbləğ 20-25 manata qədər yüksəlir. Ümumiyyətlə Mərkəzdə analizlərin qiymətləri “əl yandırır.” Burada pulsuz ancaq nəfəs almaq mümkündür. Görəsən xalqa pulsuz xidmət göstərilməsi üçün nəzərdə tutulan Mərkəz necə olur ki,özəl klinikaya çevrilib. Xatırladaq ki, xəstələrdən alınan pullara dair heç bir çek verilmir.
Rubrika.az saytına məlumat verən şikayətçilər bildirir ki, laborotoriya həkimi Vüsalə Şabanova analizə gələnlərdən ilk öncə “pul analizi” götürür. Onun otağında olan daxıl isə tamam başqa bir aləmdir. Günorta olmamış pulla dolub daşan daxıl mərkəzdə çalışan neçə-neçə həkimin “dolanacaq yeridir.” Belə ki, Mərkəzin ürək həkimi Leyla Şabanova (o həm də Vüsalə Şabanovanın bacısıdır) daxılın dolub daşmasında heç də az rol oynamır. Şikayətçilər deyir ki, Leyla həkim qəbuluna gələnləri lazım oldu olmadı bacısının laborotoriyasına göndərir. Bacıların həmrəyliyi isə binəva xəstələrə “baha başa gəlir.” Daxıldan isə sonda hər kəs öz nəsibini alır. Məlumatda bildirilir ki, ən çox pay bu bazara şərait yaradan,göz yuman baş həkim Nəriman Əfəndiyevə çatır.
Zaqatala Müalicə Diaqnostika Mərkəzində hər şey baha olsa da insan sağlamlığı,taleyi çox ucuzdur. Verilən məlumata görə Mərkəzin ginekoloqu Səadət xanım hətta xəstəni əməlyyata analizsiz salmaqdan belə çəkinmir. Mərkəzə müraciət edən xəstə Telli Salehova məhz Səadət həkimin və Nəriman əfəndiyevin uğursuz əməliyyatının qurbanı olub. Onların etdiyi əməliyyatdan bir neçə gün sonra gənc yaşında dünyaya vida edən xəstənin taleyi Mərkəzdə yaranan acınacaqlı durumun bariz nümunəsidir.
Şikayətçilər bildirir ki, Zaqatala Müalicə Mərkəzi sosial narazılıq mərkəzinə çevrilib. Rayon sakinlərinin sosial vəziyyətini,maddi durumunu nəzərə almadan pul tələb etmək, insan talelərini,sağlamlığını alver predmetinə çevirmək əsl cinayətdir. Səhiyyə nazirliyi bütün bunları görməyə bilməz. Amma,görmək heç də kifayət etmir. Həm də tədbir görmək lazımdır. Özü də tezliklə!
Rubrika.Az
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO