"Azəriqaz" vətəndaşların haqlı tələblərini qulaqardına vurur... - GİLEY

14:22 20.04.2019 458
"Azəriqaz" vətəndaşların haqlı tələblərini qulaqardına vurur... - GİLEY

Bərdə rayonunun Qaradağlı kənd sakinləri yaşadıqları evlərə qaz çəkilişinin aparılmamasından şikayətçidirlər. Onların sözlərinə görə, kənddə qazlaşdırılma həyata keçirilsə də, tam başa çatdırılmayıb.

Kənd sakini Kamal Nuriyev Sputnik Azərbaycan-ın bölgə müxbirinə açıqlamasında qaz çəkilişi üçün boru xəttinin yaxınlıqdan keçdiyini bildirib: "Hal-hazırda qazdan istifadə edə bilmirik. Qaz idarəsindən deyirlər ki, dövlət hesabına layihələndirilmiş plan əsasında işlər görülüb, başa çatdırılıb. Bundan sonra nə iş görülsə, vətəndaşların vəsaiti hesabına olacaq".

"Öz vəsaitimiz hesabına qaz çəkilişini həyata keçirməyə isə bizim gücümüz çatmır. Çox istərdik ki, qaz idarəsindən gəlib, çəkilişin aparılmasını təmin etsinlər. Qaz xətti elə də uzaqda deyil, küçənin sonuna qədər olan məsafə 300 metrdir. Çəkilişi başa çatdırıb bizə qaz versinlər, biz də aydan-aya istifadə elədiyimiz qazın pulunu ödəyək" - o deyib.

K.Nuriyevin dediyinə görə, Tərtər Regional Qaz İstismar İdarəsinin Bərdə rayon şöbəsindən evlərə boru xətlərinin çəkilişi, sayğacların quraşdırılması üçün yaranan xərclərin abonentlərin hesabına ödənilməli olduğunu bildiriblər: "Küçədəki problem tək qaz deyil. Elektrik xətlərinin çəkilişi də düzgün aparılmayıb, mühəndis qaydalarınının tələblərinə cavab vermir. Evlərinin divarına yaxın yerdən keçən xətlərə görə sakinlər daim yarana biləcək qəzadan ehtiyat edirlər. Yarana biləcək təhlükəyə görə elektrik xətlərinə daş asıblar ki, külək əsəndə bir-birinə dolaşmasın".

"Hazırda küçədə iyirmiyə qədər ev var. Gələcəkdə bu evlərin sayının 30-35-ə qədər artacağı gözlənilir. Qonşu küçələrdəki kimi biz də mavi yanacaqdan bəhrələnmək istəyirik" - deyə Kamal Nuriyev əlaqədar təşkilatları lazımi tədbirlər görmək üçün yardıma səsləyib.

Laçın rayonunun Ərikli kəndindən məcburi köçkün, hazırda küçənin sakini olan Sahib Abbasov da küçənin yeni salındığını, şəxsi vəsaitləri hesabına çətinliklə də olsa, yolunu hamarlatdıqlarını deyib. Növbəti qışın qayğılarını indidən fikirləşməyə başladıqlarını, körpələrinə, yaşlı valideynlərinə görə narahat olduqlarını bildirib. Bunun üçün də əlaqədar təşkilatları onların səsinə səs verməyə çağırıb.

Laçın rayonundan məcburi köçkün və sözügedən küçədəki evlərdən birində yaşayan Etibar Atakişiyev də həmkəndlilərinin fikirlərini təkrarlayıb. Onun da ümidi dövlətədir. Hesab edir ki, maddi imkansızlıqdan qaz çəkilişini öz vəsaitləri hesabına qarşılaya bilməsələr də, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və onun prezidenti onların arzularının tezliklə həyata keçməsində lazımi köməkliklər göstərə bilər.

Bərdə şəhərinin digər bir ərazisində - "Təzə bazar"ın arxasındakı küçələrdə də analoji vəziyyət hökm sürür. Həmin ərazidə yaşayan Anar Məmmədov da qaz çəkilişinə görə "Azəriqaz"a müraciət etdiklərini, lakin dövlət vəsaiti hesabına onlara qaz çəkilişindən imtina edildiyini deyib. Adıçəkilən idarədən bildirilib ki, qaz çəkilişi sakinlərin vəsaiti hesabına aparıla bilər. Bunun üçün sakinlər hesablanan xərcləri ödədikdən sonra qaz çəkilişinin aparılması mümkündür.
Maraqlıdır ki, vətəndaşlara qaz çəkilişində ikili standart tətbiq olunur. İlkin mərhələdə hansı yaşayış məntəqələrində qaz çəkilişi aparılıbsa, dövlət vəsaiti hesabına olub. Ondan sonra bir çox yerlərdə, qazlaşmadan kənarda qalan fərdi təsərrüfatlar

ARDNŞ-nin Regional Qaz İdarələrində görüləcək işlərə görə yarana biləcək xərclərin vətəndaşların üzərilərinə atırlar. Qaradağlı kəndindəki sakinlər kimi Bərdə rayonunun Dilənçilər kəndində də vətəndaşlar analoji problemlə qarşılaşıblar.

Tərtər Regional Qaz İdarəsinin Bərdə rayon bölməsinin rəisi Əbdül Qasımov Sputnik Azərbaycan-a açıqlamasında sakinlərin şikayətinə münasibət bildirməkdən imtina edib. O, bunun üçün "Azəriqaz"ın mətbuat xidməti ilə əlaqə saxlamağı məsləhət görüb.

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev isə Sputnik Azərbaycan-a deyib ki, Bərdənin Qaradağlı kəndinə qaz xətti çəkilib və orada yaşayan sakinlər qazla təmin olunublar: “Qazlaşdırma zamanı da texniki icra, layihə sənədləri hazırlanıb, xərclər smetası tutulub və dövlət vəsait ayırıb. Ayrılmış dövlət vəsaiti hesabına qazlaşdırma işləri həyata keçirilib".

"Bu prosedur bütün bölgələr üzrə belədir. İndi narazılıq edənlər həmin layihə hazırlanan və icra olunan zaman mövcud olmayan evlərin sakinləridir. Onlar qazlaşdırma olandan sonra salınmış evlərdir" - deyə Kərbəlayev bildirib.

O vurğulayıb ki, həmin evlərin qazlaşdırılması üçün ya vətəndaşlar öz hesablarına mənzillərinə qaz çəkməlidirlər, ya da gözləməlidirlər ki, nə zaman dövlətdən həmin əraziyə qazlaşdırma üçün vəsait ayrılacaq.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO