Politoloq: Ermənistan “xoruzlanır”, vəziyyətin ağası isə Azərbaycandır

17:58 4.04.2019 516
Politoloq: Ermənistan “xoruzlanır”, vəziyyətin ağası isə Azərbaycandır


Bu günlərdə Azərbaycanda 2016-cı ilin Aprel döyüşləri şəhidlərinin xatirəsi anılır. Həmin döyüşlərdə Azərbaycan ordusu öz gücü və qüdrətini açıq şəkildə nümayiş etdirərək, Azərbaycanın bir sıra ərazilərini işğaldan azad edib.

Elə bir neçə gün əvvəl Vyanada Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilən görüşün heç də təsadüfi olmadığını düşünmək olar.

Politoloq Tofiq Abbasov Oxu.Az-a verdiyi müsahibədə danışıqlar ətrafında gedən proseslər, Azərbaycanın diplomatik qələbəsi, həmçinin, Ermənistan Müdafiə Nazirliyinin yeni ərazilərin zəbt olunması ilə bağlı bəyanatı barədə danışıb.

- Əliyev-Paşinyan danışıqları nəyi göstərir?

- Danışıqlar onu göstərdi ki, ATƏT-in Minsk qrupu danışıqlar prosesinin formatını dəyişmək niyyətində deyil, onlar danışıqlar masasına separatçıların cəlb olunması ilə bağlı Yerevanın təklifini rədd etdilər.

Biz bir daha əmin olduq ki, Ermənistan tərəfi sülh prosesinə hazır deyil, prosesin daşa dirənməsi və Azərbaycanı torpaqlarının itirilməsi ilə barışmağa vadar etmək üçün vaxtı uzadır. Ancaq o, buna, əlbəttə ki, nail ola bilməyəcək. Ona görə ki, Azərbaycanın istənilən an işə salına biləcək alternativ tədbirlər planı var.

Hazırda Ermənistanın "xoruzlanmasına” və strateji təşəbbüsün onların tərəfindən olduğunu göstərməyə çalışmasına baxmayaraq, vəziyyətin ağası Azərbaycandır. Azərbaycanın əmr gözləyən ordusu, sabit iqtisadiyyatı, nəyahət, onun tərəfində olan beynəlxalq hüquq var.

- Bu görüşü Ermənistanın diplomatik iflası kimi qiymətləndirmək olar?

- Onlar, sözün düzü, belə düşünmürlər. Ancaq əslində, bu, elə iflasa bərabərdir. Çünki Vyana görüşündən dərhal sonra iki ölkənin başçıları öz mövqelərini səsləndirdi və Nikol Paşinyan bildirdi ki, görüşün yekunlarında qalib və ya məğlub tərəfi axtarmaq lazım deyil, ona görə ki, separatçıların danışıqlar masasına gətirilməsi təklifi qəbul olunmayıb. Bu məsələdə həmsədrlər də prinsipial mövqe tutdu, separatçıların danışıqlarda iştirakına imkan vermədi.

Bütün beynəlxalq təşkilatlar formatın dəyişilməsinin əleyhinə idi. Ona görə də biz Ermənistan tərəfinin diplomatik iflasının şahidi olduq. Beləcə, Nikol Paşinyan öz siyasi səriştəsizliyini üzə çıxardı və onun diplomatik "fərariliyi” heç bir nəticə vermədi, onu suyu süzülmüş şəkildə danışıqlar masasına əyləşməyə vadar etdilər.

- Bildiyiniz kimi, Ermənistanın müdafiə naziri David Tonoyan Ermənistan ordusunun Azərbaycanın başqa ərazilərini zəbt etməyə hazır olduğunu bəyan edib. Bu bəyanatı necə qiymətləndirərdiniz?

- Hesab edirəm ki, bu cəfəngiyyatı şərh etməyə belə lüzum yoxdur. Bu bəyanat başdan ayağa sarsaqlıqdır, ona görə ki, Ermənistan heç ordusunu təmin etməyə pul tapmayan, az şeyə qadir olan ölkədir.

Nəticə etibarilə, o qədər də peşəkar olmayan kadr kimi Ermənistan müdafiə naziri ölkənin hərbi planda zəif olduğunu və ordu sıralarında hansı səviyyədə hərc-mərcliyin olduğunu bilə-bilə, açıq aydın sarsaqlayır.

Bu gün Ermənistan əsgərləri komandanlığa qarşı qiyam edir, cəza olaraq onlar Qarabağda hərbi qulluğa göndərilir. Qarabağda xidmət onlar üçün qeyri-prestijli və təhlükəli xidmət sayılır. Belə bəyanatlar ölkə rəhbərliyinin tamamilə mənəviyyatını itirdiyini və belə bəyanatların köməyi ilə özlərini ölkə vətəndaşlarına yaxşı göstərməyə can atdıqlarını göstərir.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO