"Azərbaycanda bu şəxslərin maaşı 5 min manatadək artırılsın"- Təklif

16:55 27.03.2019 500
"Azərbaycanda bu şəxslərin maaşı 5 min manatadək artırılsın"- Təklif

Ölkədə son zamanlar geniş vüsət alan islahatlar dalğası bütün sahələrdə olduğu kimi məhkəmə-hüquq sistemində də yeniliklərin olacağıyla bağlı fikirləri gündəmə gətirib. Qeyd edək ki, sözügedən məsələylə bağlı ölkə başçısı İlham Əliyev açıq şəkildə bildirib ki, məhkəmə-hüquq sistemində köklü dəyişikliklərə zərurət var. Bu dəyişikliklər necə və hansı şəkildə özünü göstərməlidir? Konstitusiya Araşdırmaları Fondunun prezidenti, Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının üzvü, keçmiş millət vəkili və hüquqşünas Əliməmməd Nuriyev Sonxeber.az-a açıqlamasında məhkəmə hüquq sistemindəki islahatlar barədə fikirlərini bölüşüb.

Onun sözlərinə görə, ilk növbədə bu istiqamətdə qanunvericilik bazası möhkəmləndirilməlidir. Ə.Nuriyev bildirdi ki, ölkə başçısı bu ilin əvvəlində Nazirlər Kabinetinin illik hesabatıyla bağlı keçirdiyi iclasda bu məsələyə toxunub və deyib ki, məhkəmə hüquq sistemində köklü olaraq dəyişikliklərə ehtiyac var:

"Bu çıxışdan dərhal sonra yeni qanunlar, qərarlar və sərəncamlar qəbul olundu. Xatırlayırsınızsa, 2016 ildə Konstitusiyaya əlavə və dəyişikliklər edildi və bu dəyişikliklərin fəlsəfəsində idarəetmənin daha da təkmilləşdirilməsi dururdu. Prezidentin çıxışı idarəetmə sisteminın köhnəldiyini, tamam dəyişməyə zərurət olduğunu və yeni idarəetmə sisteminə keçməyi nəzərdə tuturdu". Hüquqşünas hesab edir ki, əgər ölkəyə investiyaların kütləvi axmasını zəruri hesab ediriksə, sahibkarlıq mühitinin inkişafını arzulayırıqsa, o zaman məhkəmə hakimiyyətilə bağlı islahatlara böyük zərurət var.

Ə.Nuriyev qeyd edib ki, məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin edilməsi və ümumilikdə proseduraların sadələşdirilməsi vacibdir:"Hakimlərin müstəqilliyinin qanuna dayanaraq artılmasından və təmin olunmasından söhbət gedir". Hüquqşünas hesab edir ki, sistemdəki nəzərdə tutulan dəyişiklərin kökündəki problemlərdən biri də psixoloji amillərlə bağlıdır. Məhkəmədəki tərəflərin maraqlarının təmin olunması o şəkildə baş verməlidir ki, qərarın ədalətli olması təəssüratı insanlarda formalaşsın". Fond rəhbəri eyni zamanda hakimlərin əmək haqqlarının əhəmiyyətli dərəcədə artılmasının vacibliyini qeyd edib. Ə.Nuriyev vurğulayıb ki, bu sahədə çalışan insanların mövcud əmək haqqları onların ədalətli qərar qəbul etməsinə təsir göstərir.

Onun sözlərinə görə, hakimlərin maaşı ən azı 5000 manatadək artırılmalıdır: "Bundan əlavə hakimlərin sayının da artırılması məsələsinə bir daha baxılmalıdır. Məhkəmə aparatında işləyən hakim köməkçiləri və katiblərin də maaşları artırılmalıdır. Hazırda onların əmək haqqları 400-500 manat arasında dəyişir. Bu əmək haqqı ilə peşəkar hüquqşünasların qorunub saxlanması mümkün deyil". Hüquqşünas xüsusilə qeyd edib ki, məhkəmə və hüquq sahəsindəki öncəliyimiz ilk növbədə kadr hazırlığı və hüquq təhsilinin keyfiyyətinin artırılması olmalıdır. O, işə qəbulla bağlı ekspert kimi iştirak etdiyi proseslərdə bu istiqamətdə ciddi problemlərin olduğunu da əlavə edib.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO