"Sirena Motors" vergidən hansı yollarla yayınır? - İDDİA

11:35 27.03.2019 513
"Sirena Motors" vergidən hansı yollarla yayınır? - İDDİA

Belə bir siyasi aforizm var: “Qanun hörümçək toru kimidir – xırda həşəratlar ilişib qalır, iri həşəratlar isə dəlib keçir”. Bəri başdan qeyd edək ki,kifayət qədər “iri həşərat” sayıla biləcək Çin avtomobil markalarının Azərbaycandakı rəsmi nümayəndəsi olan “Sirena Motors” MMC müştərilərisırasından yetərincə hüquqi savada malik olmayan şəxslərə qarşı əsassız iddialar qaldırır. Özü isə vergidən yayınır.

Məsələ burasındadır ki, “Sirena Motors” MMC alıcıları ilə aralarında bağladığı müqavilə, lizinq müqaviləsi yox, alqı-satqı (borc müqaviləsi)müqaviləsidir. Alıcı avtomobilin ümumi dəyərinin əsas hissəsini ödəyib qurtarandan sonra, yerdə qalan borcun az bir hissəsindən şirkət bilərəkdənimtina edir, cüzi borc, gecikmə bəhanələriylə müştəriyə qarşı əsassız məhkəmə davası açır. Həm avtomobilin qiymətinin, həm də yerdə qalan borcun üzərinə yüksək faiz hesablayaraq müştərinin belinə yükləyir və məhkəmədə tələblə çıxış edərək, pulun və avtomobilin geri qaytarılmasına dair qətnamə çıxarılmasını istəyir. “Sirena Motors” MMC hətta hüquq müstəvisində müştərilərə qarşı iddiaları təmin edilmədiyi, avtomobilin cavabdehdən alınmasının qanunamüvafiq və ədalətli hesab edilmədiyi hallarda belə məhkəmə qərarlarını icra etməyə tələsmir.

Bu cür qanunsuz hərəkətlər əməldə Cinayət Məcəlləsinin dələduzluq maddəsinin tərkibini yaradır. Belə çıxır ki, şirkət müştərilərini aldadaraq aralarında alqı-satqı (borc müqaviləsi) müqaviləsi bağlayıb. Əgər belə deyilsə, adı çəkilən şirkət avtomobilin ümumi dəyərinin əsas hissəsini ödəyən müştərini məhkəməyə niyə versin? Və yaxud, onlara qarşı əsassız iddialar irəli sürərək avtomobili geri qaytarılmasıni niyə tələb etsin ki? Bir çox hallarda, şirkətin müştərilərə qarşı belə əsassız iddiaları məhkəmələr tərəfindən araşdırılmadan, müştərinin avtomobilə görə ümumi dəyərinin əsas hissəsini ödədiyi nəzərə alınmadan, eləcə də tərəflər – Satıcı ilə Alıcı arasında bağlanmış müqavilənin alqı-satqı (borc müqaviləsi) müqaviləsi olduğu araşdırılmadan müştərinin üzərinə avtomobilin, tələb olunan pulun alınıb şirkətə qaytarılması öhdəliyi qoyulur. Belə məqamda “Sirena Motors” MMC-dən avtomobil alıb bu cür problemlərlə üzləşən müştərilər diqqəti olmalıdırlar.



Mehmet Çoşkun
“Sirena Motorus” MMC-nin direktoru
Bəs yaxşı,müştərilərini əsassız yerə məhkəməyə verən “Sirena Motors” MMC özü necə vergi ödəyir?

Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyatdan keçmiş, Nizamnamə əsasında fəaliyyət göstərən “SİRENA” MMC hazırda Abşeron rayon, Bakı-Quba yolunun 5-ci km qərbində yerləşən “Autosity Abşeron” avtomobil satış yolunun üzərində fəaliyyət göstərir. “Sirena Motors” Bakı şəhərində Çin istehsalı olan avtomobillərin satışı ilə məşğul olur. Avtomobillər sözsüz ki, Çin Xalq Respublikasından gömrük yolu ilə gətirilir. Həmin avtomobillər ölkəyə keçirilərkən hər birinə ayrı-ayrılıqda gömrük rüsumu ödənilir. Bəllidir ki, avtomobillər ölkəyə keçirildikdən sonra qazanc əldə etmək üçün qiymətinin üzərinə müəyyən qədər pul qoyulur. Məsələn, avtomobilin birinin dəyəri 17000 (on yeddi) min manatdırsa, ona uyğun da vergi hesablaşmaları aparılır. Ancaq bir çox hallarda bu belə olmur. Avtomobil ilkin qiymətinin üzərinə həddən artıq faiz əlavə olunaraq müştəriyə satılır. Məsələn, qiymət 17000 manatdan 25000-26000 manata qədər artırılır. Elə “Sirena” MMC ilə bu aramızdakı mübahisənin predmeti də budur.

“Bu günlərdə, “Sirena” MMC ilə aramızda yaranmış mübahisə və əlimdə olan alqı-satqı müqaviləsini təkirar nəzərdən keçirməyim şirkətin vergidən yayınma hallarını ortaya çıxardı. Apardığım kiçicik bir araşdırmadan belə qənaətə gəldim ki, sözügedən şirkət “alıcı”yla bağladığı “alqı-satqı” müqaviləsində avtomobilin real qiymətini 8000-9000 min manata qədər artırır. Lakin vergi hesablaşmalarını ilkin qiymətlə aparır. “Sirena” MMC –lə aramızda bağlanmış 24 oktyabr 2014-cü il tarixli 1135 nömrəli alqı-satqı müqaviləsinə əsasən tərəflər arasında razılaşmış qiymətə və dəyəri ödəniş cədvəlinə uyğun olaraq ödənilmək şərtilə 1 (bir) ədəd avtomaşın alıcıya, yəni mənə satılmışdır. “MÜQAVİLƏ ÜZRƏ AVTOMAŞININ QİYMƏTİ VƏ ÖDƏNİŞ QAYDASIN” da müqavilə üzrə avtomaşının qiyməti 25768 (iyirmi beş min yeddi yüz altmış səkkiz) manat müəyyən olunur. Hansı ki, həmin avtomobilin real qiyməti 17300 (on yeddi min üç yüz) manat təşkil edirdi. Avtomaşının üzərinə yülklənmiş faiz borcu isə vergidən gizlədilir. Bu qənaətdəyəm ki, sözügedən şirkətdə ciddi vergi yoxlamaları aparılmasına böyük ehtiyac var. Neyləməli?: Azərbaycan istehlakçısı aldığı malın keyfiyyətində və qiymətində uduzursa, qoy heç olmasa dövlətimiz tutduğu vergidə itirməsin.(RealMedia.az)
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO