“Hərbi təlimlərdə bir məqsəd var: ordu komanda alanda Qarabağı azad etmək iqtidarında olsun!” - General Yaşar Aydəmirov

12:49 20.03.2019 495
“Hərbi təlimlərdə bir məqsəd var: ordu komanda alanda Qarabağı azad etmək iqtidarında olsun!” - General Yaşar Aydəmirov

Martın 18-də Gürcüstanın paytaxtında “NATO-Gürcüstan 2019" çoxmillətli komanda-qərargah hərbi təlimlərinin rəsmi açılış mərasimi keçirilib.

Gürcüstan Müdafiə Nazirliyinin “Armyhall” zalında baş tutan tədbirdə müdafiə nazirinin müavini Lela Çikovani, NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzinin (JTEC) rəis müavini, briqada generalı Ladislav Jung, digər rəsmi şəxslər və hərbçilər iştirak ediblər. L.Jung bildirib ki, hərbi təlimlərin keçirilməsi NATO və Gürcüstan arasında münasibətlərin yüksək səviyyədə olduğunu nümayiş etdirir: “Təlimlərin keçirilməsində əsas məqsəd NATO-ya üzv və Alyansın tərəfdaşları olan ölkələrin müdafiə imkanlarının gücləndirilməsi və təcrübə mübadiləsinə nail olmaqdır. Gürcüstan NATO-ya üzv olmayan yeganə dövlətdir ki, Alyansın genişmiqyaslı təlimlərinin keçirilməsinə dəstək göstərir. Hərbçilərə uğurlu və məhsuldar təlimlər arzu edirəm”. (Report) L.Çikovani Gürcüstanın NATO təlimlərinə növbəti dəfə ev sahibliyi etməsindən qürur duyduğunu deyib: “NATO və Gürcüstan arasında münasibətlər dinamik və intensiv inkişaf edir. ”NATO-Gürcüstan 2019" təlimləri bunu bir daha sübut edir. Bu təlimlər həmçinin Gürcüstanın NATO-ya üzv olması üçün hazırlıq səviyyəsinin gücləndirilməsinə xidmət edir".

Martın 29-na qədər davam edəcək təlimlərdə 24 ölkə - Albaniya, Belçika, Bolqarıstan, Çexiya, Almaniya, Danimarka, Estoniya, Fransa, Yunanıstan, Böyük Britaniya, Macarıstan, Latviya, Litva, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Türkiyə, ABŞ, Azərbaycan, Gürcüstan və İsveçdən olan, ümumilikdə, 350-yə yaxın hərbçi iştirak edəcək.

Təlimlər Tiflis yaxınlığında NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzi (JTEC) və Krtsanisi Milli Təlim Mərkəzində keçiriləcək. Azərbaycanlı hərbçilər isə “NATO-Gürcüstan 2019" hərbi təlimlərinə martın 21-də qatılacaqlar. Təlimə Beynəlxalq Qırmızı Xaç Komitəsi (ICRC), BMT-nin Sülhməramlı Əməliyyatlar üzrə Departamenti (DPKO) və Ümumdünya Səhiyyə Təşkilatı (WHO) müşahidəçi və mentor qismində cəlb olunacaqlar. Qeyd edək ki, birinci ”NATO-Gürcüstan Təlimi" 2016-cı ildə keçirilib.

Bu təlimlərin məram-məqsədi barədə müxtəlif fikirlər mövcuddur. Bəzi müşahidəçilər bunu NATO-nun Rusiya sərhədlərinə yaxınlaşmasının tərkib hissəsi, Cənubi Qafqaza daxil olmaq cəhdi kimi də qiymətləndirir. Azərbaycan uzun illərdir ki, Qoşulmamaq Hərəkatının üzvü olaraq müxtəlif təlimlərdə iştirak edir, o cümlədən NATO-nun. Bu mənada ekspertlərimizlə təlimlərin ölkəmizə faydaları, həmçinin Rusiyanın gözlənilə bilən reaksiyası barədə danışdıq.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a dedi ki, Azərbaycandan fərqli olaraq, Ermənistan Gürcüstanda başlayan NATO təlimlərində iştirakdan imtina edib: “Halbuki ötən il əksi olmuşdu. Bu da bir göstəricidir və rəsmi Bakının təhlükəsizlik siyasətindəki prioritetlərini göstərir. Təlimlərdə NATO baş katibinin iştirakı isə onu göstərir ki, Şimali Atlantika Bloku Gürcüstanda keçirilən bu təlimlərə önəm verir. Alyansın bu təlimlərdə məqsədi Cənubi Qafqaza daha yaxın olmaqdır. Əlbəttə, indiki şərtlər daxilində Gürcüstanın NATO-ya üzv olması hələ ki, problematikdir. Ancaq bu, o demək deyil ki, bu hər zaman belə olacaq. Gürcüstan Şimali Atlantika Blokunun üzvü olmaq istəyir ki, özünü Rusiyadan qoruya bilsin və oyun qaydaları bəlli olan ümumi komandada yer alsın”.

E.Şahinoğlu qeyd etdi ki, 2008-ci ildə NATO-nun Buxarest sammitində Gürcüstanın NATO üzvlüyünə yaşıl işıq yandırılsaydı, bəlkə də daha sonra Rusiya bu ölkəyə hücum etməzdi: “NATO Rusiya təhlükəsini hiss edir və buna qarşı müəyyən adekvat addımlar atır. Ancaq bu azdır. Vacib addım Gürcüstan və Ukraynanın NATO üzvlüyünə qəbuludur. Azərbaycanın tərəfdaşlarının NATO-ya üzv olmaları bizim də xeyrimizədir. Gürcüstan NATO üzvü olarsa, Azərbaycanın iştirakçısı olduğu enerji layihələrin və boru xətlərinin təhlükəsizliyi artacaq. Gürcüstandakı təlimlər və Azərbaycanın bu təlimlərdə iştirakı Rusiyadakı siyasi və hərbi mərkəzlərin xoşuna gəlməyəcək. Ancaq bu, onların problemidir. Azərbaycan müstəqil dövlətdir və başqa dövlətin təzyiqi altına qərar vermir və verməməlidir. Azərbaycan NATO ilə tərəfdaşlığı davam etdirir ki, bu da ölkəmizin təhlükəsizlik maraqlarına uyğundur. Kim bilir, bəlkə gələcəkdə elə bir dövr yetişəcək ki, Gürcüstan və Ukrayna NATO üzvü olduqdan sonra Azərbaycanın da üzvlüyü aktuallaşacaq”.

Ehtiyatda olan zabit, general Yaşar Aydəmirov isə “Yeni Müsavat”a açıqlamasında NATO təlimlərinin Azərbaycan üçün böyük faydasından danışdı: “Sözsüz ki, hər bir təlim keçiriləndə təcrübə mübadilələri həyata keçirilir, müasir silahlardan istifadə istiqamətində yeni vərdişlər qazanılır. NATO təlimlərində dünyanın ən qabaqcıl orduları iştirak edir, burada yeni sistemlərin idarə olunmasında təcrübə qazanılır. Burada ayrı-ayrı dövlətlərin hərbçilərinin qarşılıqlı şəkildə ideyaları paylaşmaq məsələsi də var. Azərbaycan ordusundan da onların götürəcəyi çox məsələlər var. Bu, həm döyüş hazırlığı, həm nizam-intizam, həm vətənpərvərlik sahəsi, həm də atışlarla bağlıdır. Ona görə də Azərbaycanın bu təlimlərdə iştirak etməsi çox önəmlidir. NATO dövlətləri də ölkəmizə önəm verdiyi üçün bu təlimlərə dəvət olunmuşuq”.

Y.Aydəmirov budəfəki NATO təlimlərində Gürcüstan və Azərbaycandan fərqli olaraq, Ermənistanın iştirak etməməsini təbii saydı: “Əvvəla, təlim əlavə vəsaitlərin xərclənməsi deməkdir. İmkanı olan dövlət bütün təlimlərdə iştirak edir, sınaqlara qatılır. Ermənistan nə sınaq təlimlərini keçirir, nə də xarici dövlətlərlə birgə təlimlərə qatılır. Çünki ölkənin vəziyyəti hamıya bəllidir. Ermənistan acınacaqlı vəziyyətdədir. Digər tərəfdən, onlar təlimlərə qatılsalar, nə haqda danışacaqlar? Onlar nəsə demək üçün ilk növbədə daxildə təlimlər keçirməlidirlər”.

General İrəvanın NATO təlimlərindən kənarda qalmasında Rusiya faktorunun rol oynadığını da istisna etmir: “Sözsüz ki, Rusiya tərəfindən yardım azalanda Ermənistan Qərbə meyllənir. Yaxud Qərbdən təzyiq gələndə, dərhal ruslara meyllənirlər. Yəni bu, onların milli xüsusiyyətləridir”.

Y.Aydəmirov Azərbaycanın NATO təlimlərində iştirakına Rusiyadan hər hansı qıcıqlı reaksiya verilməsini mümkün saymır: “Ümumiyyətlə, irimiqyaslı təlimlər keçirəndə bir dövlət digər dövlətin hərbi strukturlarına məlumat verir. Ruslar özləri də NATO ilə əməkdaşlıq edirlər. Baxmayaraq ki, aralarında problemlər var. Azərbaycan da Rusiya və ya digər dövlətlərin nəzərinə çatdırır ki, biz bu təlimləri əməkdaşlıq çərçivəsində keçiririk, hansısa dövlətə qarşı deyilik. Onda gərək İran da bundan qıcıqlansın. Amma Azərbaycan qatıldığı təlimlərlə heç vaxt İran və ya Rusiyanı qıcıqlandırmır. Heç vaxt bizim ölkəyə qarşı sərt mövqe bildirilmir, çünki razılaşdırılmış addımlardır”.

General həmçinin qeyd etdi ki, Azərbaycan heç bir hərbi bloka qoşulmur: “Kimdənsə yeni bir şey öyrənmək qəbahət deyil. İkinci Dünya müharibəsi öncəsi alman generallar gəlib rusların təlimlərində iştirak edirdilər, onlardan ”oğurlayırdılar". Azərbaycanın xaricdə, daxildə atdığı bütün addımlarda, hərbi təlimlərdə bir məqsəd var: ordu komanda alanda Qarabağı azad etmək iqtidarında olsun!"
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO