Sərdar Cəlaloğludan həbsdəki REAL sədrinə sərt ittihamlar

17:46 19.04.2018 591
Sərdar Cəlaloğludan həbsdəki REAL sədrinə sərt ittihamlar
“İqtidarın əsas alternativi kimdir?” polemikası sərt ittihamla başladı
Aprelin 16-da “Yeni Müsavat”ın canlı yayımının qonağı olan ictimai fəal Bəxtiyar Hacıyev hakimiyyətə əsas müxalif rəqib kimi REAL Partiyasının sədri İlqar Məmmədovun adını çəkib. İctimai fəal bildirib ki, Azərbaycan hökumətinin əsas rəqibi hazırda həbsdədir. B.Hacıyev məhz bu səbəbdən vicdan məhbusunun azadlığa buraxılmadığını bildirib. Bəs, digər müxalifət funksionerləri İ.Məmmədovu iqtidara əsas rəqib görürmü?

ADP sədri Sərdar Cəlaloğlu ictimai fəalın fikirləri ilə qətiyyən razı deyil. ADP sədri İ.Məmmədovun ünvanına ağır ittihamlar da səsləndirdi: “Allah qapısını açsın. Məhbus barədə nələrsə demək bəzən çətindir. Amma onu deyə bilərəm ki, İlqar Məmmədov nəinki Azərbaycan iqtidarına, mövcud olan partiyaların heç birinə rəqib deyil. Bir qüvvənin lider, olması üçün öncəliklə həmin qüvvənin liderinin şəxsi keyfiyyətləri, qabiliyyəti olmalıdır. Ardınca da həmin qüvvənin gücü, potensialı gəlir. Onu hamımız yaxşı tanıyırıq. Bir müddət Etibar Məmmədovun yanında oldu. Orada da Əli Əliyev və digər şəxslərlə müqayisədə söz sahibi olmayan, arxa planda olan şəxs olub. AMİP-in özündə belə İlqar Məmmədov tanınmırdı. Bu partiyadan çıxandan sonra Amerika səfirliyində işlədi. Ondan sonra bir QHT yaratdı və orada da Azərbaycana qarşı çox xəyanətkar bir sənədə qol çəkib. Mən, İsa Qəmbər, Əli Kərimli və Pənah Hüseyn Avropa Birliyinin nümayəndələri ilə görüşəndə dedik ki, bu birliyə inteqrasiyamızda əsas hədəflərdən biri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həll olunmasıdır. Onlar bizə həmin vaxt dedilər ki, siz heç vaxt Avropa Birliyi çərçivəsində Dağlıq Qarabağ məsələsini qaldıra bilməzsiniz. Səbəbini soruşduqda şok yaradacaq bu cavabı verdilər ki, siz bizə sənəd vermisiniz və bir şərtlə Avropa Birliyinə üzvlüyə razısınız ki, heç vaxt Dağlıq Qarabağla bağlı məsələ qaldırmayacaqsınız. Bir-birimizin üzünə baxdıq. Açığı şübhələndim ki, İsa Qəmbər, yaxud Əli Kərimli sənəd imzalayıb.

Sərdar Cəlaloğludan həbsdəki REAL sədrinə sərt ittihamlar


Belə bir sənədə qol çəkmədiyimizi deyəndən sonra bildirdilər ki, sizin bir birliyiniz var, ora 29 təşkilat daxildir, sədri də İlqar Məmmədovdur, o bizə belə bir sənəd verib. Sonralar İlqar Məmmədovun özü də bunu təsdiqlədi, yəni belə bir sənədə qol çəkdiyini. İqtidara alternativ deyilən İlqar Məmmədov bu qədər irəli gedib. Onun təşkilatının 200-300 nəfər üzvü olar, ya olmaz. Əgər həbsxanada yatmaq iqtidara əsas alternativ olmaq deməkdirsə, İsa Qəmbər, Əli Kərimli, İqbal Ağazadə, Pənah Hüseyn, Arif Hacılı və mən də həbsxana həyatı yaşamışam, hətta elələri var ki, 2-3 dəfə həbsxanaya düşüblər. Onun qətiyyən iqtidara alternativliyi yoxdur. Şəxsi keyfiyyətləri ona ölkənin birinci şəxsi olmağa imkan vermir. Bu gün ölkənin bütün müxalifəti bir yerdə olsa belə, ölkəni idarə etmək üçün hakimiyyətə alternativlik ortaya qoya bilməz. Bu, çılpaq bir gerçəklikdir. Bəxtiyar kimi şəxslərin belə fikirlər səsləndirmələri boş şeylərdir. Onu azad etdirmək üçün belə fikirlər də önə sürə bilərlər. Yəni Avropada bu fikri formalaşdırmaq istəyərlər ki, İlqar hakimiyyətə əsas alternativ görünsün, azadlığını tələb edənlər artsınlar”.

Sərdar Cəlaloğludan həbsdəki REAL sədrinə sərt ittihamlar


AĞ Partiya başqanı Tural Abbaslı bunları dedi: “Ola bilsin ki, hazırda həbsdə olan İlqar Məmmədov kimin üçünsə lider olsun və ümidlərini ona bağlasınlar. Hətta bəziləri üçün o müxalifətin ən şanslı namizədi kimi də ola bilər. Bunu da təbii qəbul edirəm. Mənim üçünsə İlqar Məmmədov həbsdə olan partiya sədridir. Sözün düzü, digər siyasi fiqurları analiz etmək və bu barədə düşünmək üçün nə vaxtım var, nə də həvəsim. Hər kəs öz işinə baxsa və öz mübarizəsiylə məşğul olsa yaxşı olar. Çox ümid edirəm ki, may ayında böyük bir əfv fərmanı verilər və bu gün həbsdə olan 140-a yaxın siyasi məhbus azad olar. O zaman İlqar Məmmədov, Seymur Həzi, Asif Yusifli və digərləri azadlıqda öz siyasi fəaliyyətlərini bərpa edərlər. Artıq o zaman hər kəsin siyasi çəkisi və bacarığı real şəkildə ortalıqda olacaq”.

Sərdar Cəlaloğludan həbsdəki REAL sədrinə sərt ittihamlar


AMİP katibi Əli Orucov keçmiş partiyadaşının alternativlik məsələsi barədə bunları düşünür: “Bəxtiyar Hacıyev belə düşünürsə, buna qıcıqla reaksiya verməyi, yaxud da təpki göstərməyi doğru saymıram. Azərbaycan siyasi arenasında hərənin öz yeri və çəkisi var. İlqar Məmmədov da siyasi cəhətdən özünü təsdiq etmiş və müəyyən təcrübə qazanmış siyasilərimizdəndir. Heç kəs İlham Əliyevin əsas rəqibinin kim olduğunu belə əminliklə söyləyə bilməz. Çünki bunu ölçə biləcək ölçü vahidi yoxdur. Demokratik cəmiyyətlərdə hər bir siyasi liderin və siyasi qüvvənin gücünü, potensialını seçkilər müəyyənləşdirir. Azərbaycanda indiyədək ədalətli və demokratik seçkilər keçirilmədiyindən bunu müəyyənləşdirmək mümkün olmur.

Ona görə də yanaşma obyektiv gerçəkliyi deyil, subyektiv mülahizələri əks etdirir. Digər tərəfdən, siyasi liderlərin nüfuzu və gücü hər dövr üçün eyni qalmır. Onun da yüksəlmə və enmə dövrləri olur. Cəmiyyət həmişə dinamik olduğundan yeniliyə, dəyişikliyə daha çox can atır və tələbat da dəyişir. O zaman siyasətçinin gücü və çevikliyi bu dəyişikliyə, tələbata necə cavab verməsindən asılı olur. Bütün bunlar Azərbaycanda olmadığından hakimiyyətin rəqibinin kim olduğu da məchuldur”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO