"Azərbaycana olimpiya medalı gətirəcəyəm" - Nazim Babayev

17:02 20.02.2019 475
"Azərbaycana olimpiya medalı gətirəcəyəm" - Nazim Babayev

Yaponiyanın paytaxtı Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunlarına lisenziya yarışları bu ilin iyulunda başlayacaq.

Milli.Az xəbər verir ki, bu barədə "report"a azərbaycanlı atlet Nazim Babayev məlumat verib. Üçtəkanla uzunluğa tullanma yarışlarında iştirak edən 22 yaşlı idmançı lisenziya qazanmaq üçün ən azı 16,95metrlik nəticə göstərməli olduğunu vurğulayıb.

O, həmçinin dünyada 32 ən güclü atlet arasında olmağın vacibliyini qeyd edib: "Bu nəticəni Azərbaycan çempionatı da daxil olmaqla, müxtəlif beynəlxalq turnirlərdə göstərmək olar. Bunlara Avropa, dünya çempionatları və hansısa Brilliant Liqa da daxildir".

Babayev bu vəzifənin öhdəsindən gələcəyini vurğulayıb. O, "Tokio-2020"də medala da ümid etdiyini söyləyib: "Real danışsaq, ən azı, ilk "3-lük"də yer almaq istəyirəm. Qızıl medal demirəm, amma hansısa əyarlı medal qazanmaq niyyətindəyəm. Bir atlet kimi Azərbaycana olimpiadadan medal gətirə biləcəyimə inanıram".

Gənc idmançı son olaraq iştirak etdiyi və gümüş medal qazandığı Balkan qış çempionatı barədə də danışıb. O, həmin yarışın özü üçün uğurlu alınmadığını deyib: "İstədiyim kimi alınmadı. Yarışın əvvəlində qaçış məsafəmdə bir az problem oldu ki, bunu da gec aradan qaldırdım. Uğurla tullana bilməsəm də, bu, mənim qış mövsümü üçün ən yaxşı nəticəmdir. Amma daha artığını bacara bilərəm. İlk növbədə, hədəfim "qızıl" idi. Gümüş medalı qənaətbəxş hesab etmirəm".

Yeniyetmə və gənclər (U-23) arasında Avropa çempionu olan atlet fevralın 27-də qış Avropa çempionatı üçün Şotlandiyanın Qlazqo şəhərinə yollanacağını bildirib. Yarış isə 1 - 3 martda olacaq.

N.Babayev üçtəkanla uzununa tullanma növü ilə məşğul olmaq istəyənlərə səbrli olmağı tövsiyə edib: "Hər bir atlet ilk növbədə öz üzərində işləməli və məşqlərə laqeyid yanaşmamalıdır. Bu növlə məşğuliyyətdən ötrü fanat olmalısan. Atletikaya 6 yaşımdan başlamışam. Həmin vaxt valideynlərim məni bura yönəldiblər. Ondan sonra isə marağım yaranmağa başlayıb. Hazırda elə gün yoxdur ki, məşq barədə fikirləşməyim".

Təlim-məşq toplanışları üçün Türkiyənin Antalya bölgəsini seçmə səbəblərinə də toxunan gənc atlet deyib: "Ora bizim üçün ən əlverişli yerdir. Toplanışa hər qış və yay mövsümündən öncə yollanırıq. Qış mövsümündən əvvəl iki təlim-məşq toplanışı keçmişəm. Yarışlar bitəndən sonra isə apreldə yenə həmin məkanda hazırlıq prosesində olacağam".
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO