Kimlərə güzəşt edilir? — Özəl və dövlət sektoru ilə bağlı qərar

23:07 19.02.2019 494
Kimlərə güzəşt edilir? — Özəl və dövlət sektoru ilə bağlı qərar

Nazirlər Kabineti “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nı təsdiq edib. Nəticədə dövlət sektoru və qeyri-dövlət sektoruna kimlər aiddir və onların əmək haqqından gəlir vergisi necə tutulacaq, bu məsələyə hökumət aydınlıq gətirdi.
"Ölkə.Az" oxu.az-a istinadla xəbər verir ki, dövlət adından yaradılan publik hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan maliyyələşən digər orqan və qurumlar, habelə səhmlərinin və ya paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər dövlət sektorudur.

Neft-qaz sahəsində fəaliyyətə dair meyarlara görə, Dövlət Neft Şirkəti və onun strukturuna daxil olan müəssisələr, habelə hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlər üzrə podratçılar və əməliyyat şirkətləri fəaliyyət növündən asılı olmayaraq, tam tərkibdə bu siyahıya daxildir.

Neft-qaz sahəsində fəaliyyət göstərən şirkətlərə xidmət göstərən xarici və yerli subpodratçılar üzrə meyarlara görə, təqdim olunan mal, görülən iş və göstərilən xidmətlər qarşılığında əvvəlki təqvim ili ərzində əldə olunan illik gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi məcmu illik gəlirlərin 50 faizindən çox olduğu təqdirdə əməkhaqqından gəlir vergisini güzəştli dərəcələrlə tətbiq edir.

İl ərzində yeni yaradılacaq subpodratçılar üzrə – yeni yaradılan subpodratçı ilin əvvəlindən meyarlarda göstərilən şəxslərə mal təqdim etməyə, iş görməyə və xidmət göstərməyə başladığı ayadək əməkhaqqından gəlir vergisini güzəştli dərəcələrlə tətbiq edir.

Təqvim ili ərzində müqavilə bağlayan subpodratçıların ilin əvvəlindən artan yekunla cəmi gəlirlərində (xərclər nəzərə alınmadan) həmin müqavilələr üzrə gəlirlərin (xərclər nəzərə alınmadan) xüsusi çəkisi 50 faizdən çox olduğu təqdirdə, növbəti ayın 1-dən etibarən təqvim ilinin sonunadək güzəşt hüququnu itirir.

Dövlət və neft-qaz sektorunda çalışanların əmək haqqından vergilər belə hesablanacaq:

Vergiyə cəlb olunan məbləğ = Hesablanan aylıq əmək haqqı - Güzəşt

Yəni, vergiyə cəlb olunan məbləğ 2500 manatadək olduqda: (Vergiyə cəlb olunan məbləğ - 200) x 14%
Vergiyə cəlb olunan məbləğ 2500 manatdan çox olduqda: 350 + (Vergiyə cəlb olunan məbləğ - 2500)x25%

DSMF ayırmaları = Hesablanan aylıq əmək haqqı x 3%

İşsizlikdən sığorta haqqı = Hesablanan aylıq əmək haqqı x 0.5%

Həmkarlar təşkilatına üzvlük haqqı = Hesablanan aylıq əmək haqqı x 2%:
Yekun ödəniləcək məbləğ = Hesablanan əmək haqqı - Gəlir vergisi - DSMF ayırmaları - İşsizlikdən sığorta haqqı - Həmkarlar təşkilatına üzvlük haqqı

Yuxarıda qeyd olunan dövlət sektoruna aid qurumlar istisna olmaqla, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər və vergi ödəyicisi olan fiziki şəxslər qeyri-dövlət sektoru hesab olunacaq.

Xatırladaq ki, bu ildən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərinə vergi güzəştləri verilib.

Qeyri neft-qaz və özəl sektor:

Vergiyə cəlb olunan məbləğ = Hesablanan aylıq əmək haqqı - Güzəşt

Gəlir vergisi belə hesablanır:
Vergiyə cəlb olunan məbləğ 8 000 manatadək olduqda: 0
Vergiyə cəlb olunan məbləğ 8 000 manatdan çox olduqda: Vergiyə cəlb olunan məbləğ x 14%

DSMF ayırmaları:
Əmək haqqı 200 manatadək olduqda: Hesablanan aylıq əmək haqqı x 3%
Əmək haqqı 200 manatdan çox olduqda: 6 + (Hesablanan aylıq əmək haqqı-200) x 10%

İşsizlikdən sığorta haqqı = Hesablanan aylıq əmək haqqı x 0.5%

Həmkarlar təşkilatına üzvlük haqqı = Hesablanan aylıq əmək haqqı x 2%:

Yekun ödəniləcək məbləğ = Hesablanan əmək haqqı - Gəlir vergisi - DSMF ayırmaları - İşsizlikdən sığorta haqqı - Həmkarlar təşkilatına üzvlük haqqı
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO