Bir şəklin tarixçəsi- “Yeddi oğul”dan kimlər getdi, kimlər qaldı...

16:57 18.02.2019 667
Bir şəklin tarixçəsi- “Yeddi oğul”dan kimlər getdi, kimlər qaldı...

Bir şəklin tarixçəsi- "Yeddi oğul"dan kimlər getdi, kimlər qaldı...

Xalq şairi Səməd Vurğunun "Komsomol" poemasının motivləri əsasında ekranlaşdırılan "7 oğul istərəm" filmi... İnqilabın qələbəsinə sidqi-ürəklə inanan və qələbə naminə canlarından belə keçməyə hazır olan 20-ci illərin komsomolçuları haqqında romantik hekayə...

Ssenari müəllifi Yusif Səmədoğlu, quruluşçu rejissor Tofiq Tağızadə olan və "Azərbaycanfilm" kinostuidyasının ozamankı direktoru Adil İskəndərovun rəhbərliyilə çəkilən film 1969-cu ildə lentə alınıb.

Zamantv.az modern.az-a istinadən bildirir ki, "7 oğul istərəm" filminə çox istedadlı aktyorlar cəlb olunmuşdu...

"7 oğul"u canlandıran aktyorlar isə bunlar idi: Bəxtiyar (Həsən Məmmədov), Zalımoglu (Ələsgər İbrahimov), Qəzənfər (Şahmar Ələkbərov), Mirpaşa (Elçin Məmmədov), Cəlal (Ənvər Həsənov), Şahsuvar (Rafiq Əzimov), Qasım (Əbdül Mahmudov).

Möhtəşəm aktyor ansamblı və tam peşəkar yaradıcı heyət bu filmin uğurlu alınmasında əsas amillərdən biridir. Mükəmməl operator işi, musiqi, geyim - bütün bunlar filmin sevilməsində, bu gün də maraqla izlənməsində mühüm rol oynayıb. Uzun illər keçməsinə baxmayaraq, filmdə işlənən "Hamam, hamam içində" ifadəsi aforizmə çevrilib, dillər əzbəri olub.

Yeddi oğul filmdə olduğu kimi, həyatda da bir-birinə yaxın dostluq münasibətində olublar.

İndi onlardan 3-ü həyatdadır - Ənvər Həsənov, Əbdül Mahmudov və Rafiq Əzimov... Həsən Məmmədov, Ələsgər İbrahimov, Şahmar Ələkbərov və Elçin Məmmədov haqq dünyasındadırlar.


Şəkildə soldan sağa: Mirpaşa (Elçin Məmmədov), Şahsuvar (Rafiq Əzimov), Bəxtiyar (Həsən Məmmədov), Zalımoglu (Ələsgər İbrahimov), Qəzənfər (Şahmar Ələkbərov), Cəlal (Ənvər Həsənov), Qasım (Əbdül Mahmudov).

Filmin çəkilişləri zamanı maraqlı hadisələr yaşanıb. Cəlal obrazını yaradan aktyor Ənvər Həsənov: "Qobustanda Cəlalın ölüm səhnəsi çəkilirdi. Mənim əl-ayağımı bağlayıb atın üstünə atdılar. At Cəlalı Bəxtiyargilin yanına, öz məkanına gətirməli idi. Kələntər dayı (İsmayıl Osmanlı) "Hamam-hamam içində, xəlbir saman içində..." - deyərək ata qırmanc vurdu. Qobustanda isə çoxlu yaşıl rəngdə kərtənkələlər vardı. At 10-15 metr yeriyəndən sonra bu kərtənkələlərdənmi gördü, ya nədənsə hürkdü. Məni götürüb qaçmağa başladı. Baxmayaraq ki, mahir at sürən idim, əlim-ayağım bağlı olduğundan heç nə edə bilmirdim. Qarşıya baxanda uçurum gördüm. Fikirləşdim ki, artıq bitdi. Gözümü yumub Allaha dua etməyə başladım. Bir də gördüm kimsə özünü atın qabağına atdı, boynundan sallandı. Bu adam kinostudiyada işıq ustası işləyən Akif Məmmədzadə idi. Bu gün sağamsa, buna görə ona borcluyam. Sonra Tofiq müəllim ehtiyat edib həmin səhnəni çəkmədi...".

Şahsuvar - Rafiq Əzimov: ""Cıdır" meydanındakı məşqlər zamanı hərə öz atını yemləyir, qayğısına qalırdı ki, heyvanlar öz müvəqqəti sahiblərinə öyrəşsinlər. Çünki elə həmin atlar da filmdə çəkiləcəkdi. Ayyarımlıq məşq zamanı oğulların, demək olar ki, hamısı atdan yıxılmışdı. Birinci yıxılan isə Bəxtiyar - Həsən Məmmədov olmuşdu. Elə yıxılmışdı ki, diz qapağı zədələnmişdi və axsayırdı. İlk çəkilişlərdə axsaq iştirak etsə də, filmdə bu, hiss olunmur".

Qasım obrazını yaradan Əbdül Mahmudov da çəkilişlərin birində atdan yıxılır, qabırğası sınır. Aktyor bədəni gipsdə olsa da, çəkilişlərdə iştirak edb. Qabırğasının sınması bir yana, növbəti çəkilişdə damdan yıxılan aktyorun ayağında çat olur və tromb yaranır. Buna görə də ayağı əməliyyat olunur.

Ənvər Həsənov: "Qobustanda çəkilişlər davam edirdi. Bir də gördük ki, cırhacır istidə bir neçə nəfər bizə tərəf gəlir. Əllərində də uzun bir taxta var idi. Fikirləşdik ki, biz məcburuq bu istidə çöllərə düşməyə, axı bu insanalara nə düşüb? Bizə ilan yığdıqlarını dedilər. "Aparıb bunları lazımi quruma təhvil veririk, zəhərindən dərmanlar düzəldirlər" söylədilər. Nəsə, maraqla söhbət edirdik. Biz bunların danışığına qulaq asırdıq, elə bu dəm Elçin Məmmədov (Mirpaşa) Hamlet Xanızadənin (Gizir) ayağından tutub, ilan kimi fışıldadı. Hamletin ürəyi getdi, aləm qarışdı.

Tofiq Tağızadə gəlib kişilərin üstünə qışqırdı ki, "ədə, yığışdırın bu ilanlarınızı, aktyorların başına oyun açdınız". Bəlkə bir 10 dəqiqədən sonra güc-bəla ilə Hamleti özünə gətirdik. Bu hadisəni görən Elçin (Mirpaşa ) ordan qaçdı. Hamlet durdu ayağa ki, "hardadır o əclaf, onu tapın verin, mən bu saat onu öldürəcəm". Yalvar-yaxar etdik ki, "ay Hamlet, başına dönüm, gəl işimizi görək". Sakitləşəndən sonra Elçini gətirib onları barışdırdıq...

...Mirpaşanın ölümündən sonra Cəlal Humayın arxasınca gedir, Kələntərə "bəsdir-bəsdir qoca" deməsindən sonra ona şillə vurmalı idim. Amma vura bilmirdim. Aktyor İsmayıl Osmanlı məndən yaşca böyük idi deyə, bunu edə bilmirdim. Həmin səhnəni 2-3 dubla çəkdik. İsmayıl dayı mənə dedi ki, "ay, Ənvər belə aktyorluq etmək olmaz. Bilirəm sənin mənə hörmətin var. Amma gərək sən elə şillə çəkəsən ki, mən onu hiss edəm". Bu sözündən sonra mən də ona elə bir şillə vurudum ki, kişinin dişi çıxdı ağzından. Dublu çəkdilər, razı da qaldılar. Amma mən çox narahat idim. Özümdən böyük birinə doğrudan əl qaldrmaq mənə ağır gəlirdi.
Biz yeddi oğul bütün çəkilişlərdə bir yerdə olurduq. Baxmayaraq ki, Şahmar (Qəzənfər) da, Rafiq Əzimov (Şahsuvar) də ailəli idi. Gecə-gündüz bir yerdə idik, hər sözümüz bir idi. Mən Şahmar Ələkbərovla söhbət edirdim. Ona bildirdim ki, bu səhnənin filmə daxil edilməsini istəmirəm. Mənə dedilər ki, bu sənin roluna xələl gətirə bilər, filan-fəsməkan. Dedim yox eyy. Şahmar məndən böyük idi deyə, onunla məsləhətləşdim. Bu epizod mənim əqidəmə uyğun deyildi. Nə də olsa Kələntər dayı məni böyüdüb boya-başa çatdrıb, mənim dayəmdir. Nəysə, 7 oğulun hamısı ilə qərara gəldik ki, rejissora müraciət edək ki, bu kadrı çıxarsın. Tofiq Tağızadə bizimlə razılaşdı ki, "düzdür, bu bizim xalqımızın əqidəsinə xas deyil. Sənin xahişinlə çıxarıram. Onu da nəzərə al ki, Kələntər sənin tüfəngini götürüb, sənin atını minib". Mənim böyüklərə olan hörmətim nəticəsində o səhnəni filmdən çxıartdıq"...
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO