Azərbaycan bu il sülhə məcbur etmə əməliyyatı keçirə bilər - TƏHLİL

09:51 12.02.2019 478
Azərbaycan bu il sülhə məcbur etmə əməliyyatı keçirə bilər - TƏHLİL
Son aylar Qarabağa dair danışıqlarda bir canlanma müşahidə edilsə də, yüksək səviyyəli ikitərəfli təmaslar artsa da, hələ ki real irəliləyişdən və ya nizamlama prosesində ciddi dönüşdən danışmaq mümkün deyil. Bunun əsas səbəbi Ermənistanın yeni rəhbərliyinin də indilikdə Dağlıq Qarabağ məsələsində müstəqil qərarlar vermək imkanında olmamasıdır.

Şübhə yox ki, erməni baş nazir Nikol Paşinyan ən əvvəl bu səbəbdən Dağlıq Qarabağdakı separatçı rejimin birbaşa danışıqlara qoşulması üçün canfəşanlıq edir, “Qarabağın öz rəhbərliyi var, onlar məni seçməyiblər” kimi absurd bəyanatlar səsləndirir. Yəni məsuliyyəti və yükü öz üzərindən atmağa çalışır.

Halbuki Ermənistanın konfliktdə iki əsas tərəfdən biri olduğu BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair 4 məlum qətnaməsində, eləcə də digər nüfuzlu beynəlxalq təşkilatların (Avropa Parlamenti, AŞ PA, NATO, Islam Əməkdaşlıq Təşkilatı, Qoşulmamaq Hərəkatı) sənədlərində əks olunub. Nə Nikol Paşinyan, nə də separatçı ünsürlər bu reallığı gözardı edə bilməzlər.

Problem də ondadır ki, Ermənistana kimin rəhbərlik etməsindən asılı olmayaraq, bu ölkə hələ də müstəqil deyil. Ona görə Qarabağ məsələsində də müstəqil qərar vermək imkanında deyil. Hansısa qərar ərəfəsində isə mütləq əsas havadarının, yəni Rusiyanın “ağzına” baxırlar. Görək Nikol Paşinyan bu tilsimi qıra biləcəkmi?

Belə vəziyyətdə Azərbaycanın görməli olduğu tək iş əlbəttə ki,sülh danışıqlarından imtina etməməklə paralel, dost-müttəfiq ölkələr hesabına, yerli hərbi sənaye kompleksini inkişaf etdirmək hesabına özünün hərbi və döyüş potensialını günbəgün artırmaq, düşmən ölkə üzərində əzici iqtisadi və hərbi üstünlüyü daha da böyütməkdir. Xüsusən də hərbi üstünlük danışıqlar masası arxasında qarşı tərəfi konstruktiv mövqeyə kökləmək üçün mühüm amil hesab edilir. Azərbaycanın əzici hərbi üstünlüyünə əmin olan düşmən günün birində “daşı ətəyindən tökmək” zorunda qalacaq.

Hələliksə, üzücü atəşkəs rejimi davam edir. Atəşkəs isə nə sülhdür, nə də müharibə. Bu, nə vaxtsa böyük sülhə və ya böyük savaşa çevrilə biləcək bir anlayışdır. Üstəlik, təmas xəttində qarşı duran tərəflər arasında heç bir beynəlxalq ayırıcı qüvvə mövcud deyil. Vəziyyəti həssas edən, müharibəni hər an qaçılmaz edən həm də budur...

*****

“Hazırda müharibə davam edir. Atəşkəs rejimi, sadəcə, müharibənin bir mərhələsidir. Əgər təmas xəttində çoxlu sayda hərbi hissələr üz-üzə durursa və hər gün atəşkəs rejimi pozulursa, deməli, hər an müharibə passiv fazadan aktiv fazaya keçə bilər”. Bunu azərbaycanlı hərbi ekspert, polkovnik Şair Ramaldanov deyib.

Ona görə də onun sözlərinə görə, hazırda Azərbaycan Silahlı Qüvvələrinin inkişafı və silahlanması həm də müharibənin aktiv fazaya keçdiyi an ordumuzun öz qarşısına qoyduğu məqsədə qüsursuz nail olması üçündür (teleqraf.com). Şair Ramaldanov xatırladıb ki, Azərbaycan ordusu bu yaxınlarda Ermənistanla sərhədin bir hissəsini Sərhəd Xidmətinə təhvil verib və həmin ərazidə bu qurum dövlət sərhədlərini mühafizə edir. Onun fikrincə, bunu da yuxarıda qeyd edilən prosesin davamı kimi qəbul etmək olar.

Hərbi ekspertə görə, hələlik Ermənistanın yeni hakimiyyəti konflikti sülh vasitəsilə həll etmək imkanında olmasa da, getdikcə işğalçı ölkədə problemin sülh yolu ilə həlli tərəfdarları çoxalır. “Erməni cəmiyyətində anlayırlar ki, Ermənistan meqa-iqtisadi layihələrdən kənardan qalıb və özlərinin imkanı yoxdur ki, Dağlıq Qarabağa investisiya qoysunlar. Beləcə, Qarabağ zəif iqtisadiyyatı olan ölkə üçün əlavə yükdür, - deyə o qeyd edib.

Ancaq buna rəğmən, o, Ermənistanı da silahlandıran qüvvələrin olmasına da diqqət çəkib: “Amma reallıq odur ki, Azərbaycan regionda güc sahibidir. Azərbaycan ordusu nə qədər güclü olsa və düşmən bizim ordumuzun gücünü qiymətləndirib hiss etsə, konfliktin masa arxasında həlli variantına meyl edəcəklər. Güclü dövlətlə, güclü silahlı qüvvələri olan dövlətlə gücsüz dövlət heç vaxt müharibə aparmaq istəməz. Tarixdə belə faktlar var. Bu mənada Azərbaycan Ordusunun inkişafı və silahlandırılması gələcəkdə düşməni sülhə gətirmək baxımından da əhəmiyyətlidir”.

*****

Buna siyasi və diplomatik dildə hərbi güclə təhdid deyirlər. Başqa sözlə, Azərbaycanın artmaqda olan hərbi gücü getdikcə daha çox sülhə məcbur etmə faktoru kimi ortaya çıxmaqdadır. Sülhlə bağlı daha çox ümidlərin bağlandığı 2019-cu ildə məhz hərb faktoru heç vaxt olmadığı qədər önəm kəsb edəcək, önə çıxacaq. Hətta Azərbaycan bu il 2016-cı ilin 4 günlük aprel müharibəsini daha geniş miqyasda təkrarlayıb, düşməni sülhə məcbur etmə əməliyyatı keçirə bilər. Bu hüququ ona hər şeydən öncə yuxarıda adları çəkilən beynəlxalq təşkilatların hələ də qüvvədə olan qərar və qətnamələri, bütövlükdə beynəlxalq hüquq, həmçinin Ermənistanın özünün də səs verdiyi BMT Nizamnaməsi verir.

Ümid edək ki, heç olmasa, Ermənistanın yeni rəhbərliyi bu reallığı ciddiyə alıb, Qarabağ məsələsində inkarçı və absurd mövqedən, “dəvəquşu” siyasətindən uzaqlaşa biləcək. Bu ümid ən əvvəl ondan qaynaqlanır ki, Paşinyan hər necə olmasa, keçmiş “səhra komandir”lərindən deyil və səmimi şəkildə öz xalqının yaxşı günə çıxmasını istəyir. Üstəlik, o, öz sələflərinin son 20 ildəki inkarçı və radikal mövqeyi nəticəsində Ermənistanın hansı vəziyyətə gəlib çıxdığını da gözəl bilir.

Bu vəziyyətdən yeganə çıxış yolu qonşu Azərbaycan və Türkiyə ilə bacardıqca tez anlaşıb blokada vəziyyətindən çıxmaqdır. Yolu bəlli. Bunu indi təkcə biz demirik. ABŞ-ın və Avropa Birliyinin yüksək çinli rəsmiləri də neçə vaxtdır Paşinyana eyni xatırlatmanı edir, Ermənistana böyük sərmayələrin yalnız bundan sonra yatırıla biləcəyinə açıq işarə vururlar. Hətta Rusiyadan da bu yöndə çağırışlar səslənir. Necə deyərlər, suda boğulana köməyi ilk növbədə suda boğulanın özü eləməlidir... \\musavat.com\\
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO