“Siyasətin akademiki”- Ramiz Mehdiyevi deputatlar belə təbrik etdi

16:55 17.04.2018 790
“Siyasətin akademiki”- Ramiz Mehdiyevi deputatlar belə təbrik etdi
PA rəhbərinə yubiley təbriklərini “Yeni Müsavat” vasitəsilə çatdıran deputatlar nələr dedilər...
Aprelin 17-də Prezidentin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin 80 yaşı tamam oldu. Prezident İlham Əliyev yubileyi münasibətilə PA rəhbərini “Şöhrət” ordeni ilə təltif edib.
Milli Məclisin bir sıra tanınmış deputatları Ramiz Mehdiyevin yubileyi münasibəti ilə onun haqqında fikirlərini və təbriklərini “Yeni Müsavat”a açıqlamalarında ifadə ediblər.
“Siyasətin akademiki”- Ramiz Mehdiyevi deputatlar belə təbrik etdi


Deputat Zahid Oruc “Yeni Müsavat”a bildirib ki, Ramiz Mehdiyev zəngin tərcümeyi-hala malikdir. “O fərqli formasiyalarda çalışmasına baxmayaraq, peşəkarlığına və özünü yarada bilmək xüsusiyyətlərinə görə mənsub olduğu nəslin nümayəndələrindən hər zaman köklü surətdə fərqlənib. Ona görə də sovetlər birliyinin dağılması fonunda yaşadığı karyera itkilərini və şəxsinə yönələn zərbələri imperiyanın çöküşünün məntiqi nəticəsi sayaraq, dünyəvi hadisələrin gedişini düzgün təhlil edə və sonrakı dövrə hazırlaşmağı bacarmışdı: “Ulu öndər Heydər Əliyevin Azərbaycanı hissə-hissə yığaraq, müstəqil dövlətə çevirməsi yolunda keçmiş nomenklatura təmsilçilərindən çox az adam yeni dövrün çağırışlarına cavab verə bildi.

“Siyasətin akademiki”- Ramiz Mehdiyevi deputatlar belə təbrik etdi


Çünki vahid ideologiyanın və mərkəzləşmiş hakimiyyətin şinelindən çıxanların əksəriyyəti demokratik idarəçiliyin sərt rəqabətinə, üzərlərinə gələn mənafe toqquşmalarına və hələ oturuşmamış ənənələrə görə demək olar hamısı siyasi olimpin zirvəsindən enməyə məcbur oldular. Ramiz Mehdiyev özünün soyuqqanlılığı, rasionallığı, prinsipiallığı və yüksək təşkilatçılıq bacarığı ilə dünya siyasətinin patriarxı Heydər Əliyevin ən yaxın silahdaşına çevrildi. Ötən əsrin 90-cı illərindən sonrakı hərbi toqquşmalar və dövlət çevrilişlərinə cəhdlər zamanı ölkənin birinci şəxsinin apardığı misilsiz siyasi döyüşlər, xalqla birgə həyata keçirilən xilaskarlıq tədbirləri zamanı bütün düşmən qüvvələr həm də Prezidentin siyasi komandasının zirehinə çırpılıb iflasa uğrayırdılar. O dövrün informasiya hücumlarına yenidən səthi nəzər sübut edir ki, əvvəlki hakimiyyətlərin uğursuzluğunun səbəblərindən biri də aparat sistemini zəif bəndə, intriqa yuvasına çevirmələri, eyni zamanda, ictimai ruhu hiss edən elita formalaşdıra bilməmələri olub.

Ramiz Mehdiyev elmi-fəlsəfi dünyagörüşdən çıxış edərək, hər zaman siyasi məkanı fundamental ideyalar və əsərlərlə zənginləşdirib, nəhəng idarəçilik sisteminə dərin məzmun və məna verməyi bacarıb. Ona görə də dövlətin mühüm siyasi-iqtisadi qərarları, baş verən mürəkkəb dəyişikliklərin mahiyyəti haqda ən çox reaksiyalar və qızğın müzakirələr ölkə rəhbərindən sonra məhz Ramiz Mehdiyevin adı ətrafında cərəyan edir. O, zərbələri özünə götürür, böhranlı anlarda qərblilərə xas soyuqqanlılıq və şərqli müdrikliyi nümayiş etdirir, bütün bədgüman təxmin və təhlilləri dərin təcrübi-idrak dünyasından keçirərək onunla döyüşənləri ram edir və öz dəmir məntiqi ilə qalib gəlir”.

Deputat qeyd edir ki, qarşıya qoyulan məqsədə doğru gedilən yolda ardıcıllıq baxımından Ramiz Mehdiyevi “siyasətin akademiki” saymaq olar: “Yaşının zirvəsində nümayiş etdirdiyi qibtə olunacaq intizam, dəqiqlik və örnəklər onun iradi keyfiyyətlərini də üzə çıxarır və siyasi uzunömürlüyün sirləri haqda epopeyalar yazmaq istəyənlərə əvəzsiz materiallar verir.

Onun tarixi obrazı həmişə çoxları üçün müstəsna maraq kəsb edib. Bir vaxtlar sovet imperiyasının rəhbərlərindən olan Andrey Qromıko demişdi ki, o malik olduğu sirləri açsa, dünyanın bir tərəfi əyilər. Əlbəttə, təmsil etdiyi dövlətin ağır informasiya yükünə, regional və qlobal savaş aparan dövlətlərin sərt mənafe yarışlarına bələd olan Ramiz Mehdiyevin fundamental baxışları Qromıko qədər əhəmiyyətə malikdir və öyrənilməyə layiqdir.

Onu yubileyi münasibətilə təbrik edərkən Ramiz Mehdiyevə yaratdığı “böyük dövlətçi” obrazına görə ən səmimi arzularımı bildirmək istəyirəm. Ömrü uzun olsun”.
“Siyasətin akademiki”- Ramiz Mehdiyevi deputatlar belə təbrik etdi


Deputat Elman Nəsirov isə bildirdi ki, Ramiz Mehdiyev Azərbaycanın dövlət quruculuğu prosesində çox böyük xidmətləri olan şəxsiyyətdir: “Ramiz Mehdiyev Heydər Əliyev siyasi məktəbinin ustad şagirdlərindən biridir. Hörmətli Ramiz müəllimin dövlət idarəçiliyi sahəsində çox zəngin bilik, bacarıq və təcrübəsi var. Olduqca ciddi dövlət adamıdır, hadisələri soyuq başla təhlil etmək qabiliyyətinə, peşəkarlıq keyfiyyətlərinə malikdir. Ramiz Mehdiyevin ən müstəsna xüsusiyyəti odur ki, dövlətə, dövlətçiliyə, prezidentə sədaqətli insan olub və bu gün də belədir. Heydər Əliyev kimi nəhəng şəxsiyyət Ramiz Mehdiyevə Prezident Administrasiyasının rəhbəri vəzifəsini həvalə edibsə, bu artıq bütün suallara tam cavab verir. Hörmətli Ramiz müəllim bu gün də böyük təcrübəsini və bacarığını, elmi biliyini dövlətimizin mənafeyinə sərf edir. Hörmətli akademikin məqalələri də xüsusi vurğulanmalıdır. Onun məqalələri hər zaman proqram xarakterli olur. Fürsətdən istifadə edib sizin qəzetiniz vasitəsilə hörmətli Ramiz Mehdiyevi yubileyi münasibətilə təbrik edirəm. Ona can sağlığı arzulayıram”.
“Siyasətin akademiki”- Ramiz Mehdiyevi deputatlar belə təbrik etdi


Deputat Fazil Mustafa isə Ramiz Mehdiyevi dövlət idarəetməsində təcrübəsi və elmi dünya görüşü ilə müstəsna yeri olan şəxsiyyətlərdən biri kimi xarakterizə etdi: “İndiki şəraitdə bir dövlətin sütunlarının qorunması olduqca çətin məsələdir. Çünki bir qrup super güclər arasında manevr eləyən bir dövlət modelini həmişə təsəvvürümüzə gətirməliyik. Bir-birinə zidd münasibətləri olan böyük dövlətlər arasında, eyni zamanda bölgədə xüsusi gücü olan Türkiyə kimi dövlətlə münasibətlərin qorunub saxlanması, inkişaf etdirilməsi mühiti Azərbaycan üçün vacibdir. Müəyyən dərəcədə bu balansın qorunmasında və ölkənin siyasi sisteminin formalaşmasında Ramiz Mehdiyevin xüsusi rolu olduğunu qeyd etməliyik. Həm də cənab Ramiz Mehdiyev bəzən təsəvvür olunduğu qədər mühafizəkar bir obraz deyil. Bir çox məsələlərə onun baxışı hakimiyyətdə təmsil olunan gənc insanlardan daha mütərəqqi baxışdır, elmi cəhətdən daha sağlam baxışdır. Bu baxımdan da onun dövlətin bugünkü inkişafında, mövcudluğunda kifayət qədər böyük rolu var. Çünki administrativ bir aparatın idarə olunması olduqca mühüm məsələdir. Burada müəyyən dərəcədə bütün sistemin normal işləməsi çox çətin məsələdir. Bu yükün altından qalxmaq ağır işdir. Məncə Azərbaycanda Ramiz Mehdiyev faktoru kifayət qədər siyasətdə önəmli faktorlardan biridir. Mən də yubileyini təbrik edirəm. Hesab edirəm ki, ölkə prezidentinin ona yüksək təltifi verməsi də çox müsbət bir hadisədir”.

“Siyasətin akademiki”- Ramiz Mehdiyevi deputatlar belə təbrik etdi


Deputat Tahir Kərimli Ramiz Mehdiyevi dövlətdə strateji önəm daşıyan şəxs kimi tanıdığını dedi: “Mən Ramiz müəllimin fəaliyyətini sovet dövründən izləmişəm. O zaman Ramiz müəllim Kommunist Partiyasının rəhbərliyində faydalı fəaliyyətlə məşğul olurdu. Mən onu görkəmli alim, enerjili adam kimi tanıyırdım. O, daha sonra Yeni Azərbaycan Partiyasında fəaliyyət göstərməyə başladı. Və dövləti idarə edən şəxslərdən biri oldu. Onun ilk illərdə əleyhdarları və tərəfdarları da vardı. O, 25 il dövlətin rəhbər postunda işləməklə sübut etdi ki, nə qədər strateji önəm daşıyan bir fiqurdur və dövlət idarəçiliyində mühüm rol oynayır. Onun böyük fəlsəfi düşüncələri var. Tarixdə çox az adamlar var ki, dövlət başçısı ilə yanaşı, dövlətin idarə edilməsində əsas sima olsun və nailiyyətlər əldə etsin. Ramiz müəllim müstəqil Azərbaycan dövlətinin qurulmasında, inkişafında böyük rolu oynayıb. Mən onu təbrik edir və fəaliyyətində uğurlar arzulayıram”.
“Siyasətin akademiki”- Ramiz Mehdiyevi deputatlar belə təbrik etdi
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO