Fevralın 1-də Serj Sarqsyan bir neçə saatı Xüsusi İstintaq Xidmətində keçirib.
Armtimes.com-un bildirdiyinə görə, Sarqsyan beş saata yaxın 1 mart işi ilə bağlı şahid qismində dindirilib.
Onun dindirilməsinin davam etdiriləcəyi bildirilir.
Lakin Xüsusi İstintaq Xidmətində bu məlumatı şərh etməyiblər.
Xatırladaq ki, Serj Sarqsyan 2008-ci ildə Ermənistan Respublikasının prezidenti vəzifəsinə seçilib, buna qədər isə o ölkənin baş naziri olub.
Daha əvəl Xüsusi İstintaq Xidmətinin sədri Sasun Xaçatryan jurnalistlərə bildirib ki, Serj Sarqsyan da daxil olmaqla, hamı dindiriləcək.
Xatırladaq ki, 19 fevral 2008-ci il prezident seçkilərindən sonra Yerevanda prezidentliyə namizəd və birinci prezident Levon Ter-Petrosyanın tərəfdaşları tərəfindən seçkilər zamanı baş verən qanun pozuntularına qarşı etiraz aksiyaları başlamışdı.
Günlərlə davam edən aksiyalar sonradan 1-2 mart tarixlərində nümayişçilərlə qanun keşikçiləri arasında toqquşmalara səbəb olmuşdu ki, nəticədə, on nəfər ölmüşdü.
İstintaq zamanı o zaman ikinci prezidentlik dövrünü başa vurmuş ikinci president Robert Koçaryana qarşı da ittihamlar irəli sürülüb. R.Koçaryan hazırda həbsdədir.
Zamantv.az