Süd vəzinin qeyri-şiş mənşəli xəstəlikləri: Süd vəzi vərəmi

17:49 30.01.2019 554
Süd vəzinin qeyri-şiş mənşəli xəstəlikləri: Süd vəzi vərəmi

Hazırda dünyada süd vəzinin xərçəngindən əlavə qeyri-şiş mənşəli xəstəlikləri də aktualdır. Ətraf mühit, sosial, fizioloji və s. amillər nəticəsində süd vəzi xəstəlikləri gündən-günə artır. Bu xəstəliklərin bəziləri preonkogen xarakterlidir, yəni onkoloji xəstəliklərdən əvvəl yaranır. Onlar vaxtında müayinə və müalicə olunmasa, gələcəkdə süd vəzinin onkoloji xəstəliklərinə çevrilə bilər. Bəzi xəstəliklər də var ki, onların süd vəzinin onkoloji xəstəliklərinə çevrilməsi haqqında məlumat olmasa da, həkim baxışı və müalicə tələb edir. Qeyri-şiş mənşəli xəstəliklərə süd vəzi vərəmi, mastiti, absesi, fibroadenomanı, kistoz dəyişiklikləri, mastopatiyanın hər bir növünü, süd vəzinin axarlarının patologiyalarını misal göstərmək olar.

Bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin şüa diaqnostikası və terapiyası kafedrasının müəllimi, universitetin Tədris Terapevtik Klinikasının həkimi, mamoloq-radioloq Günel Qəmbərova məlumat verib.

Mütəxəssis qeyri-şiş mənşəli xəstəliklər arasında daha çox rast gəlinən süd vəzi vərəmi haqqında məlumat verərək deyib: “Süd vəzi vərəmi birincili və ikincili olmaqla iki qrupa bölünür. Birincili vərəmdə xəstəlik süd vəzinin özündə yaranır. Yəni, birinci ocaq süd vəzinin özüdür. Xəstəlik vərəm basilləri tərəfindən törədilir. Xəstəliyə üç-altı faiz hallarda rast gəlinməsinə baxmayaraq, bu səbəbdən həkimə müraciət edənlərin sayı yetəri qədərdir. Əgər ağciyərdə vərəm olarsa və orqanizmdə müalicəyə qarşı rezistentlik yaranarsa, o zaman xəstəlik süd vəzinə keçmiş olur. Bu, süd vəzinin ikincili vərəmi adlanır. Təəssüf ki, pasiyentlər bəzən öz xəstəliklərini gizlədirlər və bu da diaqnoz qoyarkən çətinliyə səbəb olur. Belə ki, süd vəzi şikayətləri ilə həkimə müraciət edən pasiyent keçmişdə və ya hazırda ağciyər vərəmindən əziyyət çəkdiyini gizlətməməlidir.

Süd vəzi vərəminin əlamətləri əvvəlcədən hiss olunmur. Ancaq erkən əlamətləri təbii ki, mövcuddur. Pasiyentlərdə arıqlama, iştahasızlıq, süd vəzində ödəm, dəri qalınlaşması, ağrılı düyünlərin olması erkən əlamətlərdir. Daha sonralar isə süd vəzində qaşınma, yara, irin, dəri qopması və ifrazat gəlməsi kimi əlamətlər müşahidə olunur. Bunlar gecikmiş əlamətlər hesab olunurlar. Həkim baxışından sonra xəstədə ultrasəs və mamoqrafik müayinə aparılır. Digər kliniki əlamətlərlə yanaşı, süd vəzində hər hansı bir ocaqlı dəyişikliklər, heterogen nahamar kölgəliklər, ödəm fruktasiya və makrokalsinatlar aşkarlanarsa, mütəxəssis mütləq iltihabi mastit, abses, orqanın onkoloji xəstəliyini, o cümlədən vərəmi düşünərək differensasiya aparmalıdır. Əgər xəstəlik tuberkulindiaqnostika, Mantu sınağı və sitoloji yaxma ilə təsdiqlənirsə, o zaman müalicəni yalnız həkim-fiziatr həyata keçirməlidir. Çünki bu xəstəlik onkoloji və mamoloji müalicəyə tabe deyil. Xəstəliyin proqnozu qənaətbəxşdir. Vərəm əleyhinə müalicə alan xəstə tam sağalır. Lakin ağciyər, uşaqlıq yolu, yumurtalıq da mütləq müayinə olunmalıdır. Çünki süd vəzində ikincili vərəm varsa, digər orqanlara da keçə bilər”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO