Ermənistanı Rusiyaya birləşdirən “göbəyi”... - Paşinyan kəsə biləcəkmi?

13:46 5.01.2019 451
Ermənistanı Rusiyaya birləşdirən “göbəyi”... - Paşinyan kəsə biləcəkmi?
2018-ci il Qarabağ konfliktinin dinc həllində real dönüşə gətirməsə də, sülh prosesinə təsir edən iki mühüm olayla yadda qaldı. Onlardan biri Qarabağ klanının, Sərkisyan-Köçəryan xunta rejiminin inqilab yolu ilə Ermənistanda hakimiyyətdən uzaqlaşdırılması, digəri isə ilsonu Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbərliyinə XİN-dən diplomat bir şəxsin seçilməsi oldu.

Bir çox təhlilçilərə görə, hər iki hadisə 2019-cu ildə aparılacaq Qarabağ danışıqlarına yeni və pozitiv məzmun gətirə, nizamlama prosesi, danışıqlar formatı yeni keyfiyyət dəyişikliyi qazana bilər. Bunlar, əlbəttə ki, ehtimallardır. Çox şey, o cümlədən hərb, yoxsa sülh dilemması Ermənistandakı yeni hakimiyyətin seçəcəyi daxili və xarici siyasət oriyenytasiyasından asılı olacaq. Bir şey dəqiqdir ki, bu il həll edilməmiş Qarabağ problemi Paşinyan hökumətinin başı üzərində “Domokl qılıncı” tək asılı qalacaq.

Azərbaycanlı və erməni siyasi şərhçilərin bu yöndə təxmin və gözləntiləri maraq doğurur.

*****

“Keçən il Ermənistanda proqnozlaşdırılmayan hadisələr oldu. 2018-ci ildə Nikol Paşinyanın hakimiyyətə gəlişi gözlənilməz idi”. Bunu mətbuat konfransında politoloq Elxan Şahinoğlu deyib. O, Ermənistandakı gözlənilməz hakimiyyət dəyişikliyinin Dağlıq Qarabağ münaqişəsinə mümkün təsirlərindən də danışıb. “Təəssüf ki, Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş olmadı. Ermənistandakı hakimiyyət dəyişikliyinə baxmayaraq, münaqişənin həll prosesində tərpəniş yoxdur”, - deyə o qeyd edib.

Elxan Şahinoğlu həmçinin, keçən ilin dekabr ayında Ermənistanda keçirilmiş erkən parlament seçkilərindən danışıb. Paşinyanın seçkilərin tarixini dəyişməsinin təsadüfi olmadığını bildirib: “Paşinyan düşünürdü ki, seçkiləri 2019-cu ildə keçirsə, reytinqi ona qədər aşağı düşə bilər və buna görə qələbə şansını əldən verəcək. Nəticədə seçkiləri dekabrda keçirdi və istədiyi nəticəni əldə etdi. Üstəgəl, keçmiş hakim Respublikaçı Partiyasını meydandan uzaqlaşdıra bildi”.

Politoloq 2019-cu ilin Ermənistan baş naziri üçün ağır olacağını diqqətə çatdırıb və onun 3 məsələni həll etməli olduğunu qeyd edib: “Birincisi, ondan Dağlıq Qarabağ münaqişəsinin həlli tələb olunacaq. Digər yandan, sosial-iqtisadi problemləri həll etməlidir ki, bunun üçün maliyyə resursları yoxdur. Xarici borc həcminin yüksək səviyyəsinə görə də, xarici ölkələr pul ayırmaq istəmirlər. Üçüncüsü, Paşinyan xarici siyasət kursunu müəyyən etməlidir. Bir tərəfdən də, Rusiya ilə münasibətlər kəskinləşib. Ermənistan təzyiq altındadır. Gördük ki, Paşinyan ənənəvi xarici siyasəti dəyişmək niyyətinə düşən kimi, Rusiya qazın qiymətini artıracağı anonsunu verdi. Başqa sözlə, Paşinyan verdiyi vədləri yerinə yetirməlidir, mövcud şərtlər isə buna imkan vermir”.

“Dağlıq Qarabağ məsələsinin həlli ətrafında tamamilə yeni bir vəziyyət yaranıb”. Bunu isə “Yeni Müsavat”ın məlumatına görə, axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspert bunu son aylar danışıqlar prosesi ilə bağlı yaranmış nikbinliklə əlaqələndirib: “Düzdür, hələ detallar tam məlum deyil, ancaq danışıqlar prosesindəki nikbinlik birbaşa konkret mövzuların müzakirəsi ilə bağlıdır. Hələlik bu məsələlərin müzakirəsi gizli şəkildə aparılır. Söhbət əlbəttə ki, ilkin mərhələdə Azərbaycan torpaqlarının boşaldılması və qaçqınların qayıtmasından gedir. Çox güman ki, Ermənistan tərəfi danışıqlarda Dağlıq Qarabağ nümayəndələrinin də iştirakını irəli sürür. Bakı İrəvanın ideyasına Azərbaycan icmasının da danışıqlar prosesində iştirakı qarşılığında razılıq verə bilər. Əslində bu, tamamilə yeni vəziyyətdir. Çünki Ermənistan tərəfi illərlə icmalararası dialoqun əleyhinə çıxıb. Görünür, İrəvan artıq bu ideyanı dəstəkləyir”.

Politoloq Rusiyanın hələ ki bu məsələyə konkret münasibət göstərəcəyini düşünmür. “Moskva-İrəvan dialoqu demək olar ki, bərbad vəziyyətdədir. Rusiya daha çox bu dialoqu normal vəziyyətə qaytarmağa çalışacaq. Yalnız bundan sonra Dağlıq Qarabağ məsələsi Rusiya-Ermənistan dialoqunda prioritet olacaq. Əks təqdirdə Rusiyadan problemin həllinə dair yeni təkliflər gözləmək çətin olacaq. Bütün hallarda əsas situasiya yanvarda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən sonra bəlli olacaq. Məhz bu görüş Rusiyanın nə dərəcədə fəal olacağını ortaya qoyacaq”, - deyə o əlavə edib.

Beləliklə, Dağlıq Qarabağın azərbaycanlı icmasında sədr dəyişikliyinin daha bir hədəfi üzə çıxır: ATƏT-in Minsk Qrupunun mandatı çərçivəsində sülh prosesinə əlavə dinamika vermək üçün icmalararası dialoqu təşviq eləmək. Bunu Ermənistanda 9 dekabr parlament seçkilərinə şərait yaradan rəsmi Bakının qarşı tərəfə növbəti “pas”ı hesab eləmək olar. Başqa sözlə, işğalçı tərəfin ciddi danışıqlardan yayınması üçün bəhanəsi qalmır.

*****

Şübhəsiz ki, Rusiya amili bu ildə öz sanbalını saxlayacaq. Bu xüsusda Moskva-İrəvan münasibətlərinin hansı məcrada inkişaf edəcəyindən təkcə Qarabağ ətrafında durum yox, bütövlükdə bölgədə situasiya ciddi şəkildə asılı olacaq. Çünki söhbət Ermənistana ABŞ təsirinin artıb-artmayacağından gedir.

Maraqlıdır ki, dekabr seçkilərindən sonra Ermənistanı tədricən Rusiya orbitindən uzaqlaşdırmaqla bağlı Paşinyana ünvanlı tələblər getdikcə artmaqdadır. Erməni baş nazir bu məsələdə həqiqətən ağır seçimlə üz-üzədir. Yada salaq ki, onu hakimiyyətə gətirən kütlənin əsas tələblərindən biri budur. Bəs hələ də Rusiyaya sədaqət andları içən və Putinlə çoxsaylı görüşlərdən qürur duyduğunu söyləyən Paşinyan bunu bacaracaqmı?

“Ermənistan məhv olmaqda olan bir imperiyaya özünü bağlaya bilməz. Biz bu imperiyanın qalıqları altında qala bilərik. Ona görə nə qədər gec deyil, nəzakətlə, amma qətiyyətlə Ermənistanı Rusiyaya bağlayan göbəyi kəsməyə başlamalıyıq. Çünki bu - olum, ya da ölüm məsələsidir”. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə qərbyönlü armenianreport.com-un dünənki baş məqaləsində deyilir.

Müəllif eyni zamanda Ermənistanın təcili şəkildə özünə yeni “çətir” axtarmalı olduğunu yazır: “Avropada daxili gərginliklərə rəğmən, hələ ki dünyada Avroatlantik strukturların alternativi yoxdur. Doğrudanmı biz ötən ilin o ağır aprel günlərində Nikol Paşinynın ardınca getməklə yenə Rusiyanın ardınca getmişik? Biz əslində başqa şeyin ardınca getmişik. Mənə xarici işlər naziri əvəzi Zoqrab Mnatsakanyanın ”Moskva ilə əlaqələrin dərinləşməsi İrəvan üçün həyati əhəmiyyət kəsb edir" sözləri də dəhşətli gəldi. Cənab Mnatsakanyan, “həyati əhəmiyyət” yox, “həyatsız, ölüvay əhəmiyyət”. Rusiya - yaşamaq qabiliyyəti olmayan, toksik siyasi orqanizmdir və onda “həyat axtarmağın” mənası yoxdur. Hələ ki biz Nikol Paşinyana və onun yeni hökumətinə inanırıq. Və biz ondan kəskin dönüşü başqa şeydə - həqiqətən də həyati əhəmiyyətli siyasi istiqamətdə gözləyirik".

Beləliklə, 2019-cu ilin Qarabağ məsələsinə də təsir edəcək siyasi olaylar baxımından zəngin olacağı gözlənilir...
“Yeni Müsavat”
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO