"Şahmar müəllim mənə dedi ki, camaatı incitmə, onları yola ver, yoxsa səni işdən qovacağıq" - 6.5 milyon manatlıq məhkəmə qalmaqalı

16:13 17.12.2018 559
"Şahmar müəllim mənə dedi ki, camaatı incitmə, onları yola ver, yoxsa səni işdən qovacağıq" - 6.5 milyon manatlıq məhkəmə qalmaqalı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin külli miqdarda dələduzluqda təqsirləndirilən sədri Səmyar Abdullayev, vəzifəli şəxsi Himmət Şükürov və Nərimanov Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin sabiq rəhbəri Niyaməddin Şıxəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Şahmar İbadov ifadə verib.

O bildirib ki, imtiyazlı ailələr üçün nəzərədə tutulnuş evlərin verilməsində Komisiya sədri olub: "Şəhid ailələri, gözdən əlillər icra hakimiyyətinə şikayətə gələndə Hüquq şöbəsinə sənədlərin tezləşdirilməsini xahiş edirdim. Sənədləşmə işi mənim səlahiyyətində deyildi, buna Hüquq şöbəsi baxırdı".

Hakim bildirib ki, vətəndaşların 99 faizi Nərimanov Rayon İcra Hakimiyyətinə müraciət etmədən ev növbəsinə qeydiyyata götürülüb: "Təqsirləndirilən şəxslərə qarşı 6,5 milyon manat pulu dələduzluqla ələ keçirmək ittihamı irəli sürülüb".

Ş.İbadov qeyd edib ki, bu barədə Hüquq şöbəsindən soruşmaq lazımdır: "İcra hakimiyyəti heç kəsdən pul almayıb".

Hakim söyləyib ki, zərərçəkmişlərin bir çoxu gözdən əlillər deyil: "Elə məhkəmədə əyləşən zərərçəkmişlər də normal insanlardır. Onların ali təhsilləri və həmçinin bir neçə evləri var. Lakin həmin şəxslər gözdən əllillər üçün nəzərdə tutulan mənzillərin alınması qeydiyyatına alınıb. Biz bilmək istəyirik ki, bu, hansı sənədlər əsasında belə olub? "

İcra başçısının müavini yenə də bu suala Hüquq şöbəsinin sabiq rəhbərindən soruşmaq lazəm olduğunu qeyd edib.

Sualları cavablandıran Ş.İbadov bildirib ki, icra başçısının sərəncamları 3 ildən sonra məhv edilməyib, həmin sənədlər arxivə göndərilib: "Bu hadisələr baş verən zaman cənab başçı Abdin müəllim zəng edib dedi ki, bu işlər araşdırılıb, cinayətkar tapılmalıdır. Mən Komissiya sədri olan zaman imtiyazlı ailələr evlə təmin edilib".

Daha sonra təqsirləndirilən Nərimanov Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin sabiq rəhbəri N.Şıxəliyev deyib ki, Ş.İbadov onu bu işlərə görə hədələyib: "Belə çıxır ki, İcra Hakimiyyətində bu işləri yanlız mən görmüşəm, səlahiyyətlər də yalnız məndə olub. Mən orada yalnız sənədləri aparıb-gətirən şəxs olmuşam. Bu məsələ böyüyəndə Şahmar müəllim mənə dedi ki, "get polisdə izahat yaz". Mən də gedib izahat yazdım. On bir aydır məhkəməyə gedib-gəlirəm, səhhətimdə problem yaranıb. Düzdü, bu işdə Şahmar müəllimin rolu olmayıb. Mənə göstərişləri Firdovsi müəllim verib. O deyirdi ki, "rəhbərliyin göstərişidir, işləri həll et"".

Hakimin sözlərinə görə, N.Şıxəliyev ifadəsində söyləyib ki, göstərişi başqa şəxsdən alıb. O, "Şahmar müəllim mənə dedi ki, camaatı incitmə, onları yola ver, yoxsa səni işdən qovacağıq", deyib: "Niyaməddin Şıxəliyev ifadəsində söyləyib ki, bu işə onu Şahmar İbadov məcbur edib. Sənədləri də Şahmar İbadovun təziqi altında imzalayıb".

N.Şıxəliyev ifadəsini təsdiq etdiyini bildirib.

Ş.İbadov isə şikayətlər çox olduğuna görə belə söz dediyini qeyd edib: "Heç kəsi məcbur etməmişəm. Nə də ki, ona müdaxilə etməmişəm".

Proses günün ikinci yarısında davam etdiriləcək.

Qeyd edək ki, S.Abdullayev və digərləri Cinayət Məcəllləsinin 178.3.2-cü (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunur. İş üzrə 100-dən çox zərərçəkmişin olduğu qeyd edilib. Dəyən zərər isə ümumilikdə 6.5 milyon manatdır.

İttihama görə, iş üzrə zərərçəkənlərdən əlillər üçün tikiləcək binadan mənzil veriləcək adı ilə pullar alınıb. Lakin verilən sözlərə əməl edilməyib.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO