“Alkelik Group” büdcədən külli miqdarda oğruluq edib - Şirkətin daha bir sabiq əməkdaşı baş verən qanunsuzluqlardan şikayətçidir

13:20 13.12.2018 608
“Alkelik Group” büdcədən külli miqdarda oğruluq edib - Şirkətin daha bir sabiq əməkdaşı baş verən qanunsuzluqlardan şikayətçidir


“Hürriyyət”in redaksiyasına müraciət edən Cəfərov Şahin Tofiq oğlu ona qarşı haqsızlıq edildiyini bildirir. “Alke İnşaat Sanayi ve Ticaret” ASC-də ( indiki adı “Alkelik Group”ASC) çalışan şikayətçi burada baş verən qanunsuzluqlarla bağlı əməkdaşımıza danışıb:

- Mən, Cəfərov Şahin Tofiq oğlu, “Alke İnşaat Sanayi ve Ticaret” ASC-də (ikinci adı “Alke İnşaat Sanayi ve Ticaret Anonim” şirkəti idi) 2015-ci ildən 2018-ci ilə qədər çalışmışam. İşə qəbul olunduğum vaxt şirkətin təsisçisi Süleyman Babayev, 1-ci baş direktor Rasim Babayev və 2-ci baş direktor Mehmet Oğuz Erkan idi.

Texniki nəzarətçi ştatına qəbul edilsəm də, maliyyəçi vəzifəsini icra etmişəm və maliyyəçi üçün nəzərdə tutulmuş 2000 AZN məbləğində əmək haqqı almışam.

Problem 2018-ci ilin mart ayında, adıçəkilən şirkətin Hacıqabul rayon filialının “Padarçöl layihəsi”nin icrası zamanı yarandı və mən həmin vaxt da maliyyəçi vəzifəsində çalışırdım.

“Padarçöl layihəsi”nin yekunlaşmasına bir ay qalmış layihə rəhbəri Məhəmməd Həsənov mənə yaxınlaşıb dedi ki, öz hesabıma məzuniyyətə çıxmalıyam. Bunun səbəbini xəbər alanda isə mənə cavab verdi ki, məsləhət belədir.

Məsələni aydınlaşdırmaq üçün şirkətin baş mühasibi (hazırda da işləyir) və Məhəmməd Həsənovun yaxın qohumu Səməd Əhmədova zəng vurdum. Ona bildirdim ki, layihənin bitməsinə hələ bir ay var və mən maliyyə məsələləri ilə bağlı məsuliyyət daşıyıram. Baş mühasib layihə rəhbərinin sözlərini təsdiqləmədi, onun əksinə olaraq, mənə söylədi ki, məzuniyyətə çıxmayım, qalıb öz vəzifəmi icra edim.

Bu dolaşıq vəziyyətdən çıxış yolu tapmaq məqsədilə dəfələrlə təsisçi Süleyman Babayevlə əlaqə saxlamağa çalışsam da, zənglərimə cavab vermədi. Bu hadisədən sonra Məhəmməd Həsənov yerli-yersiz mənimlə söz güləşdirməyə başladı.

Qeyd edim ki, əslində Məhəmməd Həsənovla konfliktimiz çox əvvəl başlamışdı. Şirkətin işindəki əyər-əskiyə, nöqsanlara göz yummadığım üçün, baş verən yeyinti və oğurluq halları ilə bağlı Səməd Əhmədova telefon vasitəsilə məlumat verdiyimə görə (Ona bildirmişdim ki, yaxın qohumu oğurluqla məşğuldur, eyni zamanda oğurluq edən bir neçə adamı himayə edir), mənimlə arası yox idi. Çöx guman ki, məni vaxtsız məzuniyyətə yollamaq istəyi də elə bundan qaynaqlanırdı. Məni bir müddət işdən kənarlaşdırmaq istəyirdi ki, onların fırıldaqlarından xəbərim olmasın.

Onu da deyim ki, maaş cədvəlində adı layihə rəhbəri kimi qeyd olunan və bu vəzifə üçün nəzərdə tutulan 1500 manat məbləğində maaş alan Məhəmməd Həsənovun əslində layihə rəhbəri işləməyə ixtiyarı yox idi. Çünki mənə verilən məlumata görə, 2015-ci ildə oğurluqda ittiham olunaraq işdən qovulmuşdu və "Azərsu" ASC-də adı tamam başqa bir vəzifənin icraçısı kimi qeyd olunmuşdu.

- Amma siz də rəsmi vəzifənizi icra etmirdiniz. Əslində bu da qanuna ziddir...

- Doğrudur, mən ixtisasca mühəndisəm, sözügedən şirkətə texniki nəzarətçi kimi qəbul edilmişdim, amma mənə maliyyəçi vəzifəsi tapşırılmışdı. Rəhbərlik belə lazım bilmişdi. Mən rəhbərliyə yaxın adam sayıldığımdan, maliyyə məsələlərini mənə etibar etmişdilər. Bunun qeyri-qanuni əməl olduğu ilə də razıyam.

Ümumiyyətlə, şirkətin işində çox böyük nöqsanlar vardı. Verilən maaşlar ciddi hesabat blankı sayılmayan, baş direktorun imzası olmayan adi kağız parçalarında qeyd olunurdu. Həmin kağızlarda maaş alanların atalarının adı yazılmırdı, baş direktorun kassa kitabı isə adi kompüter qeydiyyatından ibarət idi, nə imzası vardı, nə də möhürü (kassadan 100-200 manat məbləğində çıxarışlar heç yerdə qeyd olunmurdu, yəni bu işə heç kəs nəzarət etmirdi). Dediyim odur ki, ciddi hesabat blankı sayılmayan maliyyə sənədlərinə əsasən işçilərə əmək haqqı verilirdi.

- Amma maaşlar da ölkə reallığı ilə müqayisədə həddən artıq yüksək olub...

- Bəli, maaşlar kifayət qədər yüksək idi. Amma mənə verilən məlumata görə (bunu yoxlamaq çətin deyil), DSMF bazasına fərqli məlumat verilirdi. Yəni maaşların məbləği işçilərə veriləndən az göstərilirdi, bu isə vergidən yayınma deməkdir.

Digər tərəfdən, əmək müqaviləsində cəmi 5-6 nəfər işçinin adı qeyd olunsa da, faktiki adıçəkilən layihənin 60-a yaxın icraçısı vardı, söhbət Hacıqabulda həyata keçirilən layihədən gedir. Məndə işçi imzası olmayan və Bakıda, kadrlar şöbəsində qeydiyyata düşmədiyi halda maaşları nəğd pulla ödənilən işçilərin əmək müqavilələri var. Səməd Əhmədov həmin müqavilələri məndən almaqdan imtina etdiyinə görə, sənədlər bu günədək məndədir, təqdim edə bilərəm.

Əmək müqaviləsinə görə, 100 manatdan yuxarı əmək haqqı işçinin bank hesabına yatırılmalıdır, amma pul əlbəəl verilirdi. Hazırda şirkətin Ağdaş layihəsində də maaş işçilərə ciddi hesabat blankı hesab olunmayan maliyyə sənədlərinə əsasən nəğd pulla ödənilir.

Necə oldu ki, işdən kənarlaşdırıldınız?

- 2018-ci ilin mart ayı idi, məzuniyyətə çıxmaqdan imtina edib öz işimlə məşğul idim. Günlərin birində fəhlələrlə birgə kirayə qaldığım evin (bu ev həm də mənim ofisim idi və orada nəzarət kamerası vardı, kameranın qeydə aldığı bütün video görüntülər və səs yazıları hazırda məndədir) qapısı açıldı və baş mühasib Səməd Əhmədov içəri daxil oldu. Mənə yaxınlaşıb kobud formada dedi ki, sən maliyyə fırıldağına yol vermisən. Dediyindən belə çıxırdı ki, pul mənimsəmişəm, oğurluq etmişəm. Ondan bunu sübut edən sənəd tələb edəndə isə “Sən kimsən ki, sənə nə isə göstərim, nəyi isə sübut edim? Dur, buradan rədd ol! Səni işdən çıxarırıq” - cavbını aldım. Ona mənimlə bu tərzdə danışmağa haqqı olmadığını bildirəndə, üstümə hücum etdi.

Bu olay əsnasında evdən çıxarıldığımı görən ev sahibi məndən iki aylıq kirayə haqqını istədi. Mən isə ona pulu Səməd Əhmədovdan almağı məsləhət gördüm. Buna cavab olaraq Səməd Əhmədov ev sahibinə “Şahini döyüb evdən qov, pulunu verim”, - dedi.

Söylədiklərimi ev sahibi də təsdiq edə bilər. Üstəlik, nəzarət kamerası da bütün olanları qeydə alıb, həmin video qeydləri təqdim edə bilərəm.

Onu da deyim ki, Səməd Əhmədov məni qaralamaq üçün hər çür çirkin yola əl atırdı. Hətta mal aldığımız dükanlara gedib dükançıları mənim əleyhimə ifadə verməyə təhrik edirdi, onları polislə hədələyirdi. Onlar da bunu mənə xəbər verirdilər. Həmin insanların zəngləri telefonumda qeyd olunub, istənilən vaxt onları təqdim etməyə hazıram.

- Dediyiniz kimi, əmək kitabçanızda texniki nəzarətçi vəzifəsini icra etdiyiniz bildirilsə də, əslində maliyyəçi kimi çalışmısınız. Demək, bütün pullar sizin əlinizdən gəlib keçib. Əmək haqlarını da siz paylayırdınız işçilərə?

- Xeyr. Maaş cədvəlini baş mühasib Səməd Əhmədovun telefon vasitəsi ilə mənə verdiyi göstəriş əsasında kompüterdə hazırlayıb, elektron versiyasını ona yollayırdım.

Sonra həmin maaş cədvəlini (artıq qeyd etdiyim kimi, heç bir maaş cədvəlində baş direktorun imzası yox idi, cədvəldə yekun məbləğ də göstərilmirdi) gətirib pulu paylayırdılar.

Hacıqabul layihəsində haradasa 8 dəfə maaş paylanıb, 7 dəfə maaşı hüquqşünas Ramiz Nuriyev paylayıb. Halbuki bu, onun səlahiyyətləri xaricindədir. Son dəfə isə bu işi baş mühasib Səməd Əhmədov icra edib.

- Demək maliyyəçi kimi çalışsanız da, hüquqi səlahiyyətiniz olmadığından, maaş cədvəllərinin heç birində sizin imzanız olmayıb, ümumiyyətlə, nəğd pul əlinizdən gəlib keçməyib?

- Xeyr, mən heç bir mədaxil və məxaric qəbzinə imza atmamışam, nəğd pulla da heç bir işim olmayıb. Onu da deyim ki, bu vəziyyətlə bağlı, yəni maaşların rəsmi hesabat blanklarına əsasən paylanmamasına dair həm Səməd Əhmədova, həm də Ramiz Nuriyevə dəfələrlə etirazımı bildirmişəm. Amma sözlərimə məhəl qoyulmayıb. Əminəm ki, sonucda işdən çıxarılmağımın əsas səbəbi də elə bu oldu.

-Bəs sizə qarşı edilən haqsızlıqla bağlı rəhbərliyə şikayət etmisiniz?

(Ardı var)

“Alkelik Group” büdcədən külli miqdarda oğruluq edib - Şirkətin daha bir sabiq əməkdaşı baş verən qanunsuzluqlardan şikayətçidir
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO